Amea folklor institutu



Download 40,44 Mb.
bet229/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   225   226   227   228   229   230   231   232   ...   295
Keywords: Journal SMOMPK, Caucas, the Caucasian people, folklore, fairy tales, a myth, the legend etc.
Qafqaz tarixinin yaxın keçmişi Rusiya ilə sıx şəkildə bağlı olmuşdur. XIX əsrin əvəllərində Qafqaz üç imperiyanın – Rusiya, İran və Osmanlı dövlətlərinin bu ərzilərə yiyələnmək üçün apardıqları ağır müharibələrin və çəkişmələrin meydanına çevrilmişdi. Xırda əyalətlərə, xanlıqlara, çarlıqlara, knyazlıqlara və sultanlıqlara parçalanmış Qafqaz ya Rusiyanın, ya da o dövrdə Rusiyaya nisbətən geri qalmış İran və ya Türkiyə dövlətlərindən birinin tabeliyini qəbul etməyə məcbur idi. Digər – ən mütərəqqi yol isə, nə qədər çətin olsa da, Qafqaz xalqlarının hər birinin müstəqil bir dövlətə çevrilməsi idi. Bu isə təbii ki, o dövr üçün müxtəlif obyektiv səbəblərdən mümkün deyildi. Odur ki, Qafqaz xalqları əvvəlki iki yoldan birini qəbul etmək zəruriyyətində qalmışdı. Bu halda ikinci yol – yəni Rusiyanın tərkibinə daxil olmaq Qafqazın gələcək iqtisadi və mədəni inkişafı üçün nisbətən mütərəqqi bir yol idi. Hər şeydən əvvəl, ona görə ki, Rusiya o dövrdə Türkiyə və İrana nisbətən iqtisadi və mədəni cəhətdən inkişaf etmiş böyük və qüdrətli bir ölkə idi. Türkiyə və İran dövlətləri isə XIX əsrdə həm iqtisadi, həm də mədəni cəhətdən Rusiyadan geridə qalmışdı (1, 11-12).
Qafqazın Rusiya dövlətinin tərkibinə daxil edilməsi XVIII əsrin ortalarında – 1783-cü ilin 24 iyulunda Rusiya ilə Kartli-Kaxetiya çarlığı arasında bağlanmış Georgiyevsk traktatı ilə başlanmış və 1828-ci ilin 10 fevralında Rusiya ilə İran arasında bağlanmış Türkmənçay sülh müqaviləsi ilə başa çatdırılmışdır. Buna görə də bütün Qafqazın, eləcə də Azərbaycanın XVIII-XX əsrlər tarixi Rusiya ilə sıx şəkildə bağlı olmuşdur. Belə ki, 1828-ci ildən etibarən Qafqazın Rusiya tərəfindən işğal olunmuş hissələri quberniyalara bölünərək Rusiya imperiyasının tərkibinə qatıldı.
XIX əsrin I yarısında – «Qafqaz Rusiya imperiyasının tərkibinə daxil edildikdən sonra, Tiflis şəhəri Zaqafqaziyanın inzibati və mədəni mərkəzi kimi fəaliyyət göstər­məyə başladı. Qafqazda yaşayan yüzlərlə xalqı idarə etmək üçün çar Rusiyası orada bir sıra inzibati təşkilat, idarə və cəmiyyətlər açmış, müxtəlif elmi və mədəni müəssisələr təşkil etmişdir. XIX əsrin əvvəllərindən etibarən, həmin idarə və təşkilatlar müxtəlif kitab, məcmuə, jurnal və qəzetlər çap etməyə başlamışdı. Bunlara «Tiflis quberniyasının təsviri üçün məcmuə», «Qafqazın təqvimi», «Qafqaz Arxeoloji Komissiyalarının aktları», «Qafqaz dağlıları haqqında məlumat toplusu», «Kənd təsərrüfatı üzrə Qafqaz İmperator Cəmiyyətinin məcmuəsi» və s. misal göstərilə bilər» (2, 3-4).
Tiflisdə çap olunan bu məcmuələr içərisində «Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu»- QƏXTMT (SMOMPK – Sbornik materialov dlya opisaniy mesnostey i plemen Kafqaza) Qafqaz xalqlarının folklorunu, etnoqrafiyasını və mədəniyyətini ən geniş şəkildə əks etdirən bir toplu olmuşdur. Qafqaz Tədris İdarəsi tərəfindən 1881-ci ildən nəşr edilən SMOMPK (QƏXTMT) məcmuəsinin nəşri, 1881-1929-cu illərdə, təxminən, 50 il davam etmiş və onun cəmi 46 cildi çapdan çıxmışdır. Toplunun ilk 44 cildi 1881-1915-ci illərdə Tiflisdə, son iki cildi, yəni -45 və 46-cı cildləri isə 1926-1929-cu illərdə Mahaçqalada nəşr olunmuşdur. Ümumiyyətlə, SMOMPK (QƏXTMT) məcmuəsi çap olunduğu 1881-1929-ci ilərdə Qafqaz xalqlarının mədəni həyatında çox mühüm işlər görə bilmişdir.
XIX əfsrdə Qafqazda nəşr olunan çoxsaylı qəzet və məcmuələrin hamısından çox SMOMPK (QƏXTMT) – də folklor materiallarının çapına xüsusi əhəmiyyət verilirdi. Qafqaz xalqlarının folklorunun bu məcmuədə toplanıb nəşr olunmasında o dövrün mütərəqqi fikirli ziyalıları daha fəal iştirak edirdilər. Onlar folklor nümunələrini həm toplayır, həm də bu şifahi xalq ədəbiyyatı nümunələrini rus dilinə tərcümə edib SMOMPK (QƏXTMT) məcmuəsinə göndərirdilər. Belə ziyalılara misal olaraq F.Köçərlini, E.Sultanovu, R.Əfəndiyevi, T.Bayraməlibəyovu, İ.Qopadzeni, V.Nijarad­zeni, M.Canaşvilini, V.Kiknadzeni, N.Kalaşevi, K.Nikitini, P.Vostrikovu, P.Zelinskini, B.Vniaminovu və başqalarını göstərmək olar.
Adları çəkilən ziyalılar bir tərəfdən folklorun ayrı-ayrı janrlarını, o cümlədən, nağılları, əfsanə və rəvayətlərı, dastanları, atalar sözü və məsəlləri, tapmacaları, inamlar və sınamaları və s. toplayıb sistemləşdirir, digər tərəfdən isə onları kitabçalar şəklində nəşr etdirirdilər. SMOMPK (QƏXTMT) məcmuəsi müxtəlif janrlarında olan folklor nümunələrə geniş yer verməklə yanaşı, ayrı-ayrı xalq qəhrəmanları haqqında nağıl, əfsanə və rəvayətlərin də təbliğinə çalışırdı. Qafqaz xalqlarının folklorunun toplanılması və təbliği ilə yanaşı, burada yaşayan xalqların tarixinin, etnoqrafiyasının, məişətinin, adət-ənələrinin və s. məsələlərin öyrənilməsində SMOMPK (QƏXTMT) toplusunun əhəmiyyəti son dərəcə böyük idi.
Məcmuə Qafazın yaxın keçmişin mühüm mədəniyyət abidələrindən biri sayıla biləcək dərəcədə zəngin materiala malikdir. Burada məqsəd, heç şübhəsiz ki, Qafqazda yaşayan hər bir xalqı bütövlükdə, bir mədəni sistem kimi öyrənmək olub. Ona görə də məcmuənin səhifələrində maddi və mənəvi mədəniyyətin bütün məsələləri öz əksini tapmışdır. Bu zəngin materiallar içərisində xalq yaradıcılığı örnəkləri və onlarla bağlı məlumatlarla yanaşı, onlara verilən şərhlər çox geniş yer tutur.
Məcmuədə yer alan folklor nümunələri, demək olar ki, xalq yaradıcılığının əksər janrlarını əhatə edir. Burada folklorşünaslıq baxımından diqqəti çəkən və elmi əhəmiyyəti olan iki mühüm məsələ müşahidə olunurdu:

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   225   226   227   228   229   230   231   232   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish