Amea folklor institutu



Download 40,44 Mb.
bet215/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   211   212   213   214   215   216   217   218   ...   295
3. ŞEİRİN TANITIM BİLGİSİ
Yazılış ili: 1998
Yayını: Şeir müəllifin 2000-ci ildə Tiflisdə Gürcüstan Yazıçılar İttifaqı Azər­bay­can Bölməsinin qrifiylə işıq üzü görmüş “Hərşənin Ocağı” şeirlər və poema kitabında yer almışdır. Təsadüfi deyil ki, adı keçən kitab məhz bu şeirlə açılır. Kitabda şeirə dəs­tək olaraq süjetli rəsm də verilmişdir. Rəsmdə dağ, bağ, şəlalə fonunda üzündən-gö­zün­dən nuranilik yağan dünyagörmüş bir ahıl baba təsvir edilir. Təbiətlə, torpaqla Qarapa­paq insanının vəhdətini əks etdirən bu rəsm şeirin məzmunuyla uyumluluq təşkil edir.
4. ŞEİRDƏ MÖVZU
Adından da gördüyümüz kimi, şeirin ana mövzusu Qarapapaq el-obalarının tə­rənnümündən ibarətdir.
Aşıqlama olaraq qeyd edək ki, Qarapapaqlar sözü Borçalılıların etnik adı kimi iş­lə­nir. Bu etnonimin miladdan öncələr salnamələrdə xatırlanan Barsılların (Burcoğ­luların), 12-ci əsrdə əsgəri qüvvə kimi Gürcüstan səmtlərə gəlmiş Kümən-Qıpcaqların Burçol, Qarabörk / Qarapapaq uruğunun adlarından qaldığı bildirilir. İslam qaynaq­la­rında Qarabörklü, Siyah-külahan, Rus salnamələrində «черные клобуки» (qara şişpa­paqlar) deyə anılmış bu Qarapapaqlar döyüşkənliyilə tarixdə, o cümlədən Gürcüstanın 12–13-cü əsrlər tarixində həlledici iz qoymuşlar; belə ki, o dövrdə Gürcü şahı Qurucu David həmin Qıpcaqların yardımıyla Səlcuqları yenmişdi. Qarsdakı, Sulduzdakı Qara­papaqların əksəri Qazax–Borçalı–Ahısqadan köçənlərdir. Borçalı ellərində Qarapapaq nəsilləri, Qazaxda Qarapapaq kəndi bu etnosun yadigarlarıdır.
5. ŞEİRDƏ İZLƏK
Şeiri oxuduqca vəya dinlədikcə bu duyğuları yaşayırıq: Qarapapaq elləri baba­la­rımızın məskəni olub. Bu ellər, obalar, oymaqlar ordu sayaq düzümlənmişlər. Bu el-obaların igid ərənləri düşmənə hər zaman qan uddurmuşlar, tarixlərdə ad qoymuşlar. Bu el-obalar hər zaman qonağı təmiz ürəklə qəbul etmiş, bol süfrə açmışdır. Bu el-obalar şeirin, sənətin ilkin beşiyidir, sönməz ocağıdır. Bu el-obaların hər biri min nemətli, min bucaqlıdır. Bu el-obalar cənnət misallı yar-yaraşıqlıdır. Bu el-obalar başlı-bağatlıdır, aranlı-dağlıdır. Bu el-obalar kökü torpağa bağlıdır, yəni əzəli, əbədidir.
6. ŞEİRDƏ DÜŞÜNCƏ
Şeir daşıdığı düşüncə, fikir, ideya ünsürləri baxımından ideolojik tutuma sahibdir və Gürcüstanda Qarapapaq varlığı ideolojisini geniş boyutuyla əks etdirir.
7. ŞEİRDƏ OLAY HÖRGÜSÜ (süjet)
Şeirin üz səthində müəyyən bir olay (hadisə), olay hörgüsü, başqa deyişlə, süjet xətti yox kimidir; ancaq dərin qatlarda Qarapapaq topluluğunun tarixdə və günümüzdə üz-üzə qaldığı bəzi milli olaylara parça parça pünhan göndərmələr nəzərə çarpır.
8. ŞEİRDƏ VARLIQLAR
Şeirdə rastladığımız varlıqlar milli dəyərləri yansıtmaları və önəmləri baxımından diqqət çəkir. Bu varlıqları iki qismə bölə bilirik: Konkret (maddi) varlıqlar və məzaci (mənəvi) varlıqlar.
Konkret (maddi) varlıqlar: • yurd, • ordu, • süfrə, • bağça, • bağ, • aran, • dağ, • torpaq
Məcazi (mənəvi varlıqlar): • ərənlər, • tarix, • cənnət
9. ŞEİRDƏ DUYĞU
Şeirdə milli hisslər bağlamında həyəcan duyğusu ağırlıq təşkil edir. Öz həyəcanını yüksək səviyyədə sərgiləyən şair bunu oxucuya da aşılayır. Həmçinin təbii, bütün milli dəyərlərimizi sonuna qədər qoruma ümidi duyğusu da aşkardır.
10. ŞEİRDƏ BİÇİM (forma)
Bu şeir biçimiylə lirikanın bariz bir örnəyidir. Şeirdə lirizmi təmin edən ana ünsür heca, təqti, qafiyə quruluşudur. Bu amillər şeirə özəl bir bədii ahəng, intonasiya qazandırmışdır.
10.1. Şeirin janrı: Şeir biçim düzəniylə Bayatı-Gəraylı qarışıq bir janrdadır. Yəni heca sayı etibarıyla Bayatı, bənd sıralanması, qafiyə (uyaq) ilgəklənməsiylə Gəraylı qəlibindədir. Bayatı şifahi, folklor ədəbiyyatımızın ən yayğın janrı, Gəraylı aşıq yaradıcılığımızın ən xoşlanan janrıdır. Folkloru, aşıqlıq gələnəkləri ən əhatəli şəkildə gəlişmiş olan Qarapapaq elləri mövzusunda şeirin məhz belə bir qəlibdə yazılması məntiqli görünür.
10.2. Şeirin küməsi: Şeir beş bənddən ibarətdir və bu dördlüklər bir-biriylə həm anlamca, həm də biçimcə vəhdətdədir, bir-birindən qoparılmazdır.
10.3. Şeirin vəzni: Şeir heca vəznindədir. Hər misrada 7-lik heca qəlibinə sığdırılmışdır. Bildiyimiz kimi, yeddilik heca ahəngi ən çox Bayatı janrına özgüdür. Və bu şeirin də Bayatı heca düzənində olması onun ahəngini xalq poeziyası, folklor şeiri ahənginə yaxınlaşdırmış, bərabər­ləşdirmişdir.
10.4. Şeirdə təqti (ayrıc): Misraların çoxu 4+3 təqtisində, üçü 3+4 təqtisində, yalnızca biri 2+5 təqtisindədir.
Təqtisi 4+3 olan misralar: “Babaların yurdudur”, “Qarapapaq elləri”, “Ərənləri ad qoyub”, “Düşməninə od qoyub”, “Tarixləri mat qoyub”, “Süfrələri qonaqlı”, “Şeir, sənət ocaqlı”, “Hər eli min bucaqlı”, “Babaların şöhrəti”, “Nəvələrin qeyrəti”, “Yer üzünün cənnəti”
Təqtisi 3+4 olan misralar: “Hərəsi bir ordudur”, “Bağçası bağa bağlı”, “Aranı dağa bağlı”
Təqtisi 2+5 olan misra: “Kökü torpağa bağlı”
10.5. Şeirin qafiyə düzümü: Qafiyələnmədə xoş bir axıcılıq görürük. Bəndlərin üçündə zəngin qafiyələr, ikisində rədifli qafiyələr yer alır.
Zəngin qafiyələr: yurdudur – ordudur, qonaqlı – ocaqlı – bucaqlı, şöhrəti – qeyrəti – cənnəti
Rədifli qafiyələr: ad qoyub – od qoyub – mat qoyub, bağa bağlı – dağa bağlı – torpağa bağlı
11. ŞEİRDƏ DİL
Şeirin dili obrazlıdır, dadlıdır. Şair Azərbaycan Türkcəsinin ədəbi dil özəlliklərini və gözəlliklərini çox məharətlə nəzmə axıtmışdır. Ərənlərin ad qoymağı, düşmənə od qoymaq, tarixləri mat qoymaq, şeir-sənət ocaqlı, hər eli min bucaqlı deyimləri, Qarapapaq ellərinin yer üzünün cənnətinə bənzədilməsi, şeir – sənət, bağça – bağ, kök – torpaq anlamdaş sözlərinin, ərən – düşmən, aran – dağ zidd anlamlı kəlmələrinin işlədilməsi misralarda bədii estetikliyi gücləndirən amillərdir.
12. ŞEİRDƏ BİÇƏM (üslub)
Şeirdə şirin bir axıcılıq seyr edilməkdədir. Burada oxucuyu milli gələnək-görənəklərimizə, milli varlığımıza sahib çıxmaq yönündə həyəcanlandırıcı, hətta hərəkətə keçirici bir söyləm ortaya qoyulur. Eyni zamanda burada tarixi və günümüzün güncəl ictimai məsələləri xatırlanmaqla eyham, ismarıç üslubunu da görürük. Təbii ki, şeirin anlaşılmasını, sevilməsini təmin edən müəyyən bir sadə üslubu, daha doğrusu, sadəlikdə klassiklik tərzini də nəzərdən qaçırmamağımız gərəkir.
13. ŞEİRDƏ MİSRALAR İÇİ İMGƏLƏR / SİMGƏLƏR (obrazlar / simvollar)
• “Qarapapaq elləri”
Hər bənddə “Qarapapaq elləri” söz birləşməsinin ana misra olaraq təkrar­lan­masıyla müəllifin qarşıya qoyduğu hədəfi vurğulanır.
Xatırladaq ki, məhz Valeh Hacıların fəaliyyəti sayəsində Qarapapaqlar, Qarapapaq elləri etnonim, toponim deyimi sirrli-soraqlı bir anlayışdan elm, tarix, etnoqrafya müs­təvilərinə çatdırılmış, etnik yaddaşımıza qaytarılmış, möhkəmləndirilmişdir. Qarapapaq boy adının unudulmaqdan qorunması, Gürcüstanda elli ikən elli olmaq, dilli ikən dilli olmaq, Türklük, Azərbaycanlılıq düşüncələrinin yurddaşları arasında iliklərə işlədilməsi onun fəaliyyətiylə bağlıdır.
Qarapapaqlar dedikdə bu gün Gürcüstana bağlı Borçalı bölgəsində, Azərbaycanın Qazax rayonunda məskunlaşan, zamanında buralardan köç edərək, Türkiyənin Çıldır, Kars, Ağrı, Ərzurum, Sivas, Tokat, Bursa bölgələrində, İranın “Eli Qarapapaq” deyilən Sulduz mahalında toplu halda yerləşmiş, ləhcə-şivə özəllikləriylə, aşıqlığa vurğun­luqlarıyla, tarix boyunca sərgilədikləri hünərləriylə seçilən saf bir Türk boyu düşünülür.
Çözümlədiyimiz şeirdə mövzu obyekti Gürcüstandakı Qarapapaqlardır. Günü­müz­də Qarapapaqlar Gürcüstanın sayca önəmli qismini, sayca Gürcülərdən sonra ikinci, Gürcü olmayan etnik qruplar arasında birinci yeri tuturlar, həm də buradakı başqa qeyri-Gürcü etnoslarından fərqli olaraq, Gürcüstanın sadiq vətənpərvər qismini təşkil edirlər.
“El” sözü tarixən yaylaq-qışlaq güzəranı yaşayan qruplara deyilmişdir. Oturaq yaşam tərzi keçirənlərə da oba deyilmişdir. Günümüzdə el-oba deyimi işlənməkdədir ki, bu, ümumiyyətlə kənd, qəsəbə sözlərinin sinonimi yerindədir. Borçalılıların zaman boyunca yaylaq-qışlaq, başqa deyişlə köçər-qonar, tərəkəmə yaşam tərzi keçirmiş olduqlarını ön görərək, şeirdə el kəlməsinin tamamilə yerinə düşdüyünü söyləyə bilirik.
Şeirdə Qarapapaq etnonimiylə ellər sözünün bir araya gətirilməsi önəmlidir. Qara­papaq elləri deyimiylə Borçalıda Türklərin yığcam, toplu halında yaşamlarını sürdür­mə­lərinə, onların kənd və qəsəbələrinin təsbeh misallı düzümlənməsinə eyham vurulmuş­dur.
Bizimkilər Tiflis, Rustav şəhərlərində, Marneul, Bolnis, Dmanis (Başkeçid), Qar­daban (Qarayazı), Saqareco, Laqodex, Telav, Msxet, Kaspi, Tetrisxaro (Ağbulaq), Zalqa bölgələrində məskundurlar, əhalisinin sayı etibarıyla sadəcə Borçalıda deyil, bütün Gür­cüstanda ən böyük kənd olan Sadaxlımız var, yenə iri yerləşimlərimizdən Telav-Qa­ra­ca­larımız var, Qızılhacılımız, Faxralımız, Bolus-Kəpənəkçimiz, Ləmbəlimiz, Nazarlımız, Soğanlığımız, Kosalımız, Görarxı Algetimiz, Arıxlımız, Ağtəhləmiz, Qaracalarımız, Qa­çağanımız, Darbazımız, neçə-neçə böyük-kiçik, gözəl-göyçək ellərimiz-obalarımız var.
• “Babaların yurdudur”
Bu misrada iki kəlmə var: Babalar, yurd. Və davamınca da “Qarapapaq elləri” tamamlama dizəsi gəlir. Bu kəlmələrin hamısı bir-biriylə bir bütünlük təşkil edir, bu bütünlüyü onların vəhdətdə bir anlam kəsb etməsində görürük. Bu anlam ellərimizin əzəllərdən Qarapapaq babalarımızın məskəni, yurdu olmasının bəri başdanca, öncəliklə vurğulanmasıdır. Bu vurğuyu bir az açıqlayaq. Gürcüstan ərazisində çox-çox öncələrdən Türk varlığını təsdiqləyən danılmaz qaynaqlar üzdədir. Bu yerlərdə hələ miladdan öncələrdə Buntürklərin, Barçil Türklərinin məskunlaşdıqlarına yazılı salnamələr tanıqlıq edirlər. Sonra buraları Qarapapaq-Qıpçaq Türkləri özlərinə yurd seçmişlər. Və bu yurdlar bizlərə babalarimizdan mirasdır. Bu baxımdan Valeh Hacıların “Ulu baban kim olub” silsiləsindən araşdırmalarının da önəmini qeyd etməliyik. O, Gürcüstan arxi­vin­dən Gürcüstandakı azərbaycanlılar məskunlaşmış kəndlərimizin 19. yüzildə əhali bilgi­lərini əldə etmiş, onlardan bəzilərini, o sıradan Bolus-Kəpənəkçi, Darbaz kəndləri haqqında bilgiləri işıq üzünə çıxarmışdır.
• “Hərəsi bir ordudur”
Babalar yadigarı yurdlarımızın orduya bənzədilməsi sərrast obrazdır. Xəritəyə baxarsaq, gerçəkdən, Qaraçöpdən tutmuş Başkeçidə qədər Borçalı elləri qırılmaz bir ipin ilgəkləri kimi düzüm düzüm cərgələnmişlər, dağılmaz bir ordunun, qoşunun əsgərləri kimi səf səf düzülmüşlər. Ordu sözü nəsil-nəsil günümüzə daşıdığımız dəyər­lərimizi qorumaq gərəkcəsini ifadələyər.
• “Ərənləri ad qoyub”
Ərənləri dedikdə ata yurdumuzun igidləri dilə gətirilir. Həqiqətən, Borçalı öz mərd, cəsur qəhrəmanlarıyla bəllidir. Borçalı qəhrəmanları və Borçalıda qəhrəmanlıq mövzusu Valeh Hacıların da araşdırmaları sonucu ortaya qoyulmuşdur. Osmanlıda paşalıq rütbəsinə ucalmış olan Mehralı Bəyimiz, igidlik zirvəsində şux dayanmış olan Səməd Bəyimiz, İsmail Bəyimiz, Cöyrüoğlu Qaramız və başqaları Qarapapaq yenilməzliyi örnəkləri olaraq xalq arasında qürurla xatırlanmaqdadırlar. Borçalıda axar sular zaman boyu axar, axar.
• “Düşməninə od qoyub”
Bunlar o ərənlərdir ki, şeirdə deyildiyi kimi, ad qoyublar, düşmənə od qoyublar. Düşmən kimlərdir? Borçalılılar dostluqda vəfalı, halal olduqları kimi, xain xislətli yağıyı susdurmaqda da mahirdirlər. Bu misradakı “od qoyub” deyimi də orijinaldır, özgündür. Borçalı şivəsincə, dosta can qurban edərlər, düşmənin canına vəlvələ salarlar, düşmənə od qoyarlar.
• “Tarixləri mat qoyub”
Tarix yaşlı qosqoca Qarapapaq ellərinin keçmişi qürurverici, şan-şöhrətli bir tarixdir. Bu gərdişli keçmişdə 18-ci yüzildə Gürcü şahı İraklinin yanında ən güvənilir alay başçısı olaraq bilinən Xudu Bəy Borçalının Gürcüstanı mərdliklə qoruması, Osmanlı torpaqlarında Mehralı Bəyin hünərlər göstərməsi və başqa faktlar günümüz yurddaşlarımız üçün də vüqar, örnək, ibrət bayrağımızdır.
• “Süfrələri qonaqlı”
Borçalı qonaqpərvərliyi hər zaman və hər yerdə bəllidir. Ellərimiz bol nemətli ol­ması dolayısıyla bol da süfrəlidirlər. Maddi cəhətdən çox da zənginlikləriylə öyün­məyən Borçalılilar daha çox könül zənginlikləriylə, süfrə əliaçıqlıqlarıyla qürrələn­miş­lər. Qonağa toğlu, quzu kəsilər, süfrələrdən qurutlu yarpaq xəngəli, yarpaq dolması, bozbaş, lülə kabab, süddaş, ayranaşı, əvəlikli isti, cincilim kətəsi, xımı turşusu, quymaq, gilas, əncir, nar əskik olmaz.
• “Şeir, sənət ocaqlı”
Bu misranın daşıdığı anlam sanballıdır. Borçalı zəngin ədəbiyyat, sənət gələnəyinə sahibdir. Burada poeziya öz zənginliyiylə, anlam, biçim (forma), biçəm (üslub) çalarlılığıyla özgün bir ədəbi mühit oluşdurmaqdadır. Öncəliklə də, aşıq ifaçılığının beşiyi, bənzərsiz ocaqlarından biri sayılır. Bu diyarın zənginlik meyarı ən öncə onun şirin-şəkər sözüdür, telli-tavar sazıdır, dürlü-dürlü nağılları, dastanlarıdır, bayatılarıdır. Borçalı ədəbi mühitində “Dünyaya əmlakım, yurdum deyənlər, Onlar da köçdülər, quru dam qaldı” söyləmiş Qul Allahqulu, “Atam-anam Borçalıda qaldılar, Bizi hardan tapar Alım, ay fələk” söyləmiş Fatma Alıqızı, “Qarsa sarı baxıb-baxıb ağlaram, Vurulub köksümə yaralar, qardaş” söyləmiş Güllər Pəri, “Dərya-ümmandı Ağacan” söyləmiş Ağacan, “Borçalı elini tərk eləməklə Əritdim ürəkdən yağım, ay fələk” söyləmiş Göyəmlikli Əhməd, ünlü Abdulla Şaiq, “Pirim mənə verdi badə, İçirdi həddən ziyadə” söyləmiş Mirzə Mehdi Vəlizadə, Borçalı “Molla Nəsrəddin”çisi Məcruh, “Mühəqqər maildir vətən daşına, Dolanaram çör-çöpünün başına” söyləmiş Mühəqqər, dramaturq Kərim Şərifli, “Məskənim Lök dərəsi, Oylağım Qarayazı” söyləmiş Alxas Ağa Hacallı, “Yolun düşsə təşbehidi İstanbul, Faxralı tək ağır elim var mənim” söyləmiş Şair Nəbi, İsa Borçalı, Ziya Borçalı, İsa İsmayılzadə, Tahir Hüseynov, Abbas Abdulla, Zəlimxan Yaqub, daha neçə-neçələrimiz ulduz misallı parlayarlar. Ana sazımızı şaqraq-şaqraq dilləndirən, saz-söz yığnaqları dillər əzbəri olan Sadıq Sultan, Hüseyn Saraçlı, Dədə Əmrah, Xan Kamandar olublar, bu gün saz boyda saz aşiqləri fidanlarımız var və olacaqlar da. Qarapapaq ellərimizin toy-düyünlərdə qayım-qayım qaynayan qara zurnası da, Bakı, Tiflis, İstanbul, Nyu-York, Berlin, Münhen muzeylərinin qiymətli eksponatları arasında yer alan “Borçalı”, “Papaqlı”, “Qaraçöp”, “Qarayazı”, “Faxralı”, “Ləmbəli”, “Dəmirçihasannı”, “Qaçağan”. “Zinətnişan” xalıları da, “Qarakəhər”, “Qürbəti”, “Yurdyeri”, “Qaraqoyu”, “İbrahimi”, “Doşanquloğlu”, “Mansırı”, “Başxanımı” saz havacatları da, “Tərəkəmə”, “Tellayı”, “Əjdər Əmi” oyun havaları da bəllidir.
• “Hər eli min bucaqlı”
Bu misradan güdülən amac ellərimizin hər birininin təbiəti, nəsilləri, şivəsi vs baxımlardan çox çalarlılığını, çox çeşidliliyini tərənnüm etməkdir. Həqiqətən, Borçalı kəndlərimizin hər birinin özünəxas təbiəti var. Bəziləri salğarlı dağlarıyla, sarp qayalarıyla, bəziləri saf-qaynar bulaqlarıyla, bəziləri al-yaşıl çəmənləriylə, bəziləri geniş düzənləriylə, bəziləri sıx ormanlarıyla, bəziləri bar-bəhrəli bağ-bostanlarıyla tanınarlar. Kəndlərimizə ayrı ayrı nəsillər də rəng qatarlar. Dəllər, Çövdarlar, Çıraqlar, Zorvalar, Mərdallar, Qacarlar, vb özgün isimlər daşıyan nəsil adlarımız Türklüyün qədim izlərinin nişanələridir. Ağız-şivə, danışıq fərqliliyi də kəndlərimizin əlvanlıq işartılarıdır deyə bilərik. Darbazlıların “gələcəm, vuracam”, Arıxlı-Kolayırlıların “gələşdi, vuraşdı”, Sarallıların “gəlirəŋmi, vururaŋmı” vs ağız gözəlliyi həm də bir çalarlılıqdır, Valeh Hacıların poetik deyimincə, min bucaqlılıqdır.
• “Babaların şöhrəti”
Bu misra yuxarıdakı “Ərənləri ad qoyub”, “Düşməninə od qoyub”, “Tarixləri mat qoyub” dizələrinin davamıdır. Babalar ərənlikləriylə, tarixdə iz qoymaqlarıyla şöhrət-şan ucalığına yüksəlmişlər.
• “Nəvələrin qeyrəti”
Əslində, bu misranı ondan öncəki misradan ayırmaq olmaz. Babalar şan-şöhrət qoyub getmişlər. Bəs nəvələr? Onların adlarına layiq ola bilmişlər mi? Şair bu suala nəvələr kəlməsinə qeyrət kəlməsini yaraşdırmaqla müsbət cavab verir. Babaların şöhrə­tini nəvələr qeyrətlə davam etdirərlər demək istəyir. Tarixdə iz qoymuş babalarımızın şöhrəti onların biz qədirkeş nəvələrinin, nəticə-kötükcələrinin öyünc, fəxarət qaynağıdır demək istəyir. Qeyrət sözünün rolu həm bu misrada, həm də ümumilikdə şeirdə sərrastdır. Borçalı ağzında “qıryat” şəklində deyilən bu söz Borçalıda ən çox milli hiss doğuran, yerli kəlmə dağarcığında fəal bir sözdür. Bu sözün daşıdığı anlam milli təəssübkeşlikdir, yurd şərəfidir, torpaq namusudur, bu anlamların hamısının cəmidir.
• “Yer üzünün cənnəti”
Bu təşbeh Borçalıya şamil edilir. Əlbəttə, hər kəs üçün dünyanın gözü öz vətənidr. Bu deyimdən bir tərəfdən Valeh Hacıların doğma yurd sevgisinin səmimiliyini hiss edirik. İkinci tərəfdən, bu diyar təbii gözəlliyiylə cənnət misallı bir yerdir. Xoş havalı, xoş iqlimli, Borçalı çökəyi, Qarayazı çölü kimi gen düzənləri, Əyri qar, Sənəkuçan, Şamdüyə, Ərcivan dağları kimi kalağaylı zirvələri, sıra dağları, bağ-bağatları olan yurdumuza ilişkin yer üzünün cənnəti gözəl tərifdir, dolğun tanımdır.
• “Bağçası bağa bağlı”
Bu deyim Borçalının bağçalı-bağlılığına ayna tutmaqdır. Həm də bu diyarda bağ-bağçalar təkəm-seyrək, başqa deyişlə, adda-budda deyildir, bura başdan başa bağlar diyarıdır. Bax, bu özəllik və gözəllik şeirdəki “Bağçası bağa bağlı” deyimiylə obrazlı şəkildə ifadə olunur.
• “Aranı dağa bağlı”
Borçalı coğrafyasının təbii yerləşiminə görə dörd bölgüdə təsnifi qəbul edilər: Aran Borçalı, Bağ Borçalı, Dağ Borçalı, Yaylaq Borçalı. Bundan öncəki “Bağçası bağa bağlı” dizəsində Bağ Borçalı işarətlənirsə, növbəti “Aranı dağa bağlı” dizəsində Aran Borçalı, Dağ Borçalı, Yaylaq Borçalı kəsimlərinin lirik xəritəsi çizilir. Həm də burada Borçalının aranlı-dağlı bütün olduğu, alma kimi bütövlüyü, parçalanmazlığı dilə gətirilir.
• “Kökü torpağa bağlı”
“Kök” sözü də, “torpaq” sözü də əslində güclü və çarpıcı imgə (obraz), simgə (rəmz), arxetip (ilkin qaynaq) səviyyəsindədir. “Kök” sözü bizim min illərə uzanan var oluşumuzu, bizim şərəfli keçmişimizlə öyündüyümüzü, qürrələndiyimizi ifadə edir, bizim bu diyarda özünəxas bir mədəniyyət ərsəyə gətirdiyimizi göz önünə sərir. Bu bizim milli kökümüzdür, milli ləyaqətimizdir. “Torpaq” sözü onun ifadəsidir ki, bu yurd torpaqları sadəcə daş, qaya, dağ, təpə, düz, tarla deyildir, sadəcə üzərində yeyib içib, yatıb, öldüyümüz bir maddə də deyildir. Onun maddiliyindən daha çox mənəviliyi önəmlidir. Bu yurd dədələrimizdən bizə yadigardır, nəsillər boyu gülüb ağladığımız, milli mədəniyyət dəğərləri yetişdirdiyimiz, birləşib qaynaşaraq topluluq olduğumuz müqəddəs bir məkandır. Qarapapaqlar kökə, torpağa qırılmaz tellərlə bağlıdırlar. Kök deyəndə babalardan miras qalan əzəl, gözəl, özəl adət-ənənələr düşünülür. Bu kökə nöhkəm bağlılıqdır onları bu torpağa, bu yurda bağlayan. Həmçinin, şeirin bu misrayla tamamlanması da rastgələ deyildir. Kökü torpağa bağlı olan çinar ağacı, palıd ağacı necə möhkəm duruş gətirə bilərsə, kökə, torpağa bağlı Qarapapaq elləri də var dedikcə var olacaqdır düşüncəsini əxz edirik bu misradan və bütövlükdə bu şeirdən.
14. SONUC
Bu şeirin struktur-semantik içəriyinə yazarın öz qapısından girdik, bu şeirə yazarın öz pəncərəsindən boylandıq. Və boylana-boylana: Ay Qarapapaqlar, doğma yurdumuzu sevək, qoruyaq, kökümüzə, torpağımıza, özümüzə daha möhkəm bağlanaq – mesajını, ismarıcını alırıq bu şeirdən. Hiss edən, xəbərdarlıq edən, uyaran, duyuran, haraylayan Valeh Hacılar şeiriyyətinin nəfəsini duyuruq bu lirik örnəkdə. Valeh Hacılar ruhuyla ünsiyyətdə oluruq bu şeirin, onun könül çırpıntılarından yoğrulmuş başqa şeirlərinin iç qatlarına vardıqca.

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   211   212   213   214   215   216   217   218   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish