Amea folklor institutu



Download 40,44 Mb.
bet178/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   174   175   176   177   178   179   180   181   ...   295
Ərənlər, ər igidlər
Meydan-meydan vuruşub,
Torpaq-torpaq döyüşüb,
Millət” deyə alışıb,
Vətən” deyə ölərmiş!
“Vətən” deyə ölməyi ölümsüzlüyün alt qatı hesab edən şairin ana yurda tükənməz sevgisi onun yazdığı hər sətirdən boy verməkdədir. O, haqlı olaraq düşünür ki, ərlər, ərənlər yurdunda çaqqal-çuqqalların binə salmağı heç vəchlə baş tutan məsələ deyil. Dədə-babaları cəngavərlikdə, igidlikdə ad çıxarmış bir qövmün nümayəndələrinin at oynatdığı obalarda onlardan törəyən sümüyü-südü pak türk övladlarının binələnməyi labüddür, vacibdən vacibdir, təbii tarixi prosesdir.
Obasında tülkü, çaqqal gəzməyib,
Bəd əməllər sərtliyinə dözməyib.
İnanmıram, tarix onu yazmayıb,
Tarixləri yazan yerdi bu yerlər.
Öz tarixini özü yazmağa qadir olan xalqın müqəddəratı barədə isə narahat ol­ma­mağa dəyər. Türkiyəli dostu, professor Ənvər Konukçuya xitabən yazılmış “Bu yerlər” şeiri qədim-qayım türk ellərindən olan Ərzurum yaylağını, bu yerlərin qəhrəmanlar, pəhləvanlar, Xan Kərəmlər oylağı olduğunu gözlərimiz önündə bütün əzəmətiylə canlandırır. Hətta, bu yerdə xalq qəhrəmanı Koroğlunun “Ərzurumun gədiyinə vardığı” anlara “qayıdır”, 7 min 777 dəlinin əmud, gürz, qılınc qurşanıb, qalxan götürdüyünün, haqsızlığa boyun əyməyən günahsız insanlara, fağır-füqəraya qan udduran yadellilərə, xotkarlara, bəy, xan və paşalara qarşı qəhrəmanlıq mübarizəsinin yenidən “şahidi olur”, özümüz də az qala qılınca sarılmalı oluruq.
Valeh Hacıların qan yaddaşımızı təzələyən, ruhumuza mübarizlik əhval-ruhiyyəsi aşılayan qəhrəmanlıq poeziyası onun ədəbi yaradıcılığının ana xəttini təşkil edir.
Eyni zamanda, şairin poeziya dilinin xalq danışıq dilinə yaxınlığı, lirik ricətlərin oynaqlığı, ifadə tərzindəki ritmiklik, bayağı pafosdan uzaq ifadeəetmə tərzi bu şeirləri məcmu halda “səmimiyyət poeziyası” adlandırmağa haqq verir.
İçindən çıxdığı elin-obanın dərdi-səri, sevinci, qayğısı bütünlüklə bu şeirlərin “iliyinə-qanına” hopub. Şairin “Hərşənin ocağı” kitabındakı (Tbilisi, 2000) “Camalın Güllüsü” şeiri bu qəbildən olan ən dəyərli ədəbi nümunə kimi oxucunun yaddaşına ya­zı­lır. Əri Camalı vaxtsız-günsüz itirmiş Güllü qarının vəfa, sədaqət, etibar heykəlinə dön­mə­sindən tutmuş, “soğulub quruyan çaya bənzəyən” bu bəxtsiz ağbirçəyin ömür-günü­nü övladlarının deyil, bayatıların, ağıların “bəzədiyi” şeirdə inandırıcı boyalarla veril­mişdir. Fələyin “sonsuzluq” damğası ilə çalın-çarpaz dağlanmışdı Camalın Güllüsü:
... Beləcə ömr etdi Güllü nənəmiz,
Yurdunda nə oğlu, nə qızı qaldı.
Bağ saldı – barını dada bilmədi,
Nəvə-nəticəyə tamarzı qaldı.
Camalın Güllüsü gedir, dedilər,
Camalın Güllüsü gəlir, dedilər...
Bir xəbər yayıldı bir səhər çağı:
Camalın Güllüsü ölür, dedilər.
Açdı qapısını eşidən, bilən,
İlk dəfə canlandı həyət-bacası.
Bayatı söylədi son nəfəsində,
Bayatıyla bitdi ağrı-acısı.
Kəlmələr havadan asılı qaldı –
Yaralı göyərçin qanadı kimi...
Həmin bayatılar sonsuz qarını
İndi də yaşadır övladı kimi.
Bu şeiri istənilən şəkildə təhlil etmək, şairin gözü qarşısında su kimi axıb keçmiş, onun duyğulu ürəyinə köz basmış bu ibrətamiz, acı həyat hekayəsi barədə tədqiqat xarakterli böyük bir əsər yazmaq da mümkündür. Lakin məsələ bununla bitmir, söhbət bundan gedir ki, bəli, məhz onun – Camalın Güllüsünün yalnız son nəfəsində, onun dünyadan köç etdiyi gündə “ilk dəfə canlandı həyət-bacası”! Təəssüf, min təəssüf! İnsanlar ləyaqətli adını, abrını, ismətini “Camalın Güllüsü” ayaması ilə tarixə əbədi olaraq həkk etmiş bu qadınlıq, “analıq”(hətta analıq hissinin şirinliyini duymamış) mücəssəməsini yalnız son anda yad etməyi özlərinə rəva bilərkən, görəsən içdən göynəmədilərmi? Axı, Camalın Güllüsünün də başqaları kimi bəxtəvər olmağa haqqı varıydı! O da nə vaxtsa anadan xoşbəxt olmaq üçün doğulmuşdu bəlkə də!...
Axı, doğrudan da, gün gələr:
Dünya heçi üç eyləyər,
Dünya üçü heç eyləyər.
Gec eyləyər – güc eyləyər,
Hər mənəm-mənəm deyənə.
Bir cəhəti xüsusilə diqqətimi cəlb etdi Valeh Hacıların. Bu ölməz şair şeirə mü­qəddəs bir varlıq kimi baxır. “Şeirdən müqəddəs dünyada nə var?” – söyləyərək, dini kita­bımız olan “Qurani-Kərim”in müqəddəs kəlamlarını bir daha xatirimizdə canlan­dırır: doğrudan da, peyğəmbərlərdən sonra alimlər, şairlər gəlirsə, onda demək, onların söylədikləri kəlmələr də müqəddəs sayılmalıdır. Bu həm də o deməkdir ki, alim-şair Ulu Tanrının ona seçilmişlərdən olmaq səadəti və qeyri-adi istedad nəsib etdiyi üçün o, hər zaman Yaradana şükranlığını ifadə etməkdən usanmır. Bu taleyi, qisməti yetərincə dəyərləndirib, qorumaqsa, hər insana qismət olmur.
Bu qəbildən olan şeirlərində şairin təlatümlü dəniz kimi çırpınan Vətən, Yurd, El-Oba sevdalı ürəyinin duyğuları dil açıb oxucuyla danışır. Deyir ki,
Ayrılığa sinəmizi gərsək də,
Kədər yükü, qəm çəkimi görsək də,
Biz hamını yaxşı kimi bilsək də,
Yaxşıdan çox yaman varmış, ay aman!
Yamanları, yamanlıqları gördükcə varından yox olan şairin içində təlatümlər baş qaldırmasın, neyləsin? Yamanlar yaxşılığımızdan istifadə edərək günümüzü göy əskiyə düymədilərmi, ömrümüzü-günümüzü yaman günə qoymadılarmı?
Göylərindən hicran yaşı tökülən,
Torpağında həsrət şumu əkilən,
Aramıza sərhəd kimi çəkilən
Bir amansız zaman varmış, ay aman!
Bu o amansız zamandır ki, öz hökmüylə qardaşı-qardaşdan ayrı saldı, bircə imzanın fitvasıyla aralıqdakı ayrılıqların göz yaşlarından yaranmış ümmanları üzüb keçə bilmədik. Yadlaşdıq taleyimizə, qan yaddaşımıza, yaman yadlaşdıq!
Dar günündə səni qoyub getdilər,
Gen günündə sənə qayıtmaq üçün.
– deyəndə necə də haqlıdır şair. Axı, çoxları üçün Vətən doğrudan da, ölməyə “yaxşıdır”. Lakin Vətən də Ana qədər gen ürəklidir, haçan gəlsən, qoynu sənin üçün açıqdır, təki içində bir gəlmək, Yurddan ayrı yaşaya bilməmək istəyi baş qaldıra!
Valeh Hacıların ədəbi görüşləri ilə yaxından tanışam. Türklüyün, Turançılığın sevdalı ürəyində bərqərar olan qığılcımları hansı ürəyə düşərsə, oradan yeni bir yurdsevərlik sevdası rişələnər, bu, şəksizdir. Yetər ki, içdən gələn bu harayı hər birimiz eşidək, birimiz daş qoyan yerə o birimiz baş qoymağa hazır sayaq özümüzü!
Hələ eşidilmir sözümüz, baba,
Hələ yuxudayıq özümüz, baba,
Elə yumulub ki, gözümüz, baba,
Nə illah edirik, aça bilmirik.
Əlbəttə, inanırıq ki, gün gələcək bütün yumulu gözlər açılacaq, haqq öz yerini tutacaqdır.
Şairin “Hərşənin ocağı” poeması əsrləri adlayıb gələn müqəddəs ehkamlara, xalq inanclarına el inamının qaynaqlandığı mənbələrdən, bu mənbələrin insanlara göstərdiyi qurtuluş yolundan, onların qarşısında açılan haqq qapısının necə və hansı yolla açılıb-bağlanmasından bəhs edir. Hərşə adlı el gözəlinin Ovçu Əhmədə könül verərək ailə qurmaları, ev-eşik, oğul-uşaq sahibi olmaları poemanın süjet xəttini daha dramatik məqamlara yönəldir. Hərşənin Xıdırnəbi gecəsi yuxuda Xızır Əlləzi görməsi ilə onların kasıb komalarına xeyir-bərəkət ayaq açır. Belə ki, həmin gündən sonra gəlin yuxuda gördüyü o pirani insanın dediyi kimi, hər səhər obaşdan bulaq üstə gələrək, üç ocaq çatır və ətrafdakı bütün marallar, ceyran və cüyürlər ora axışır. Hərşə isə onları sağaraq, ağartını evə gətirir, ailə kasıblığın daşını atır. Əri Ovçu Əhməd bu işdən şübhələnir və yavanlığın haradan əldə olunduğunu gəlindən öyrənmək qərarına gəlir. Lakin yuxusunda Hərşəyə tapşırılmışdı ki, bu barədə bir kimsə xəbər tutmamalıdır. Təbii ki, Hərşə də ərinə bu barədə demir, lakin əri onun izləyərək, gizlincə ardınca gedir və əhvalatdan hali olanda hər şeyi başa düşür. Lakin Əhmədin bu hərəkətiylə o müqəddəs yuxu öz mübhəmliyini itirdiyindən, hər şey alt-üst olur və o həm xeyir-bərəkəti, həm də sevimli Hərşəsini həmişəlik itirir. Hərşənin ona verdiyi alovlanan kösövü evə, övladlarına gətirən Əhməd odalarında bir ocaq çatır və həmin ocaqda xeyir-bərəkət yenidən bərəqərar olur. O gündən “Hərşənin ocağı” ziyarətgaha çevrilir, gəlib-gedənlərin sayı-hesabı bilinmir.
Xalq rəvayətindən qaynaqlanan bu poema bir daha göstərir ki, müəllif türk xalqlarının folkloruna olan sevgisini, onların toplanmasına göstərdiyi qayğını öz əsərləri vasitəsilə daha da dərinləşdirməyə çalışmışdır.
Valeh Hacılar ədəbi irsi insanı düşünüb-daşınmağa, pislikdən, xəbislikdən, haqsız­lıqdan sıyrılmağa, silkinməyə, öz kökünə dönməyə səsləyən vətəndaşlıq poeziyasıdır. “Tarixləri mat qoyan, kökü torpağa bağlı” Qarapapaq ellərinin şair, alim, vətəndaş oğlu Valehin ömrü vəfa etsəydi, o hələ çox yaddaşları silkələməyə qadir əsərlər yazıb-yaradacaq, qatı açılmamış elmi sirlərin qaranlıq laylarına işıq salacaqdı. Ancaq nə yaxşı ki, o, qısa, lakin şərəfli ömründə gecə-gündüz bilmədən çalışdı, yazdı, yaratdı, aradı, araşdırdı, üzə çıxartdı.
Borçalı torpağının ləyaqətli övladı Valeh Hacılar:
Neçə min ürəkdə, neçə min qəlbdə
Neçə min xatirə-heykəllər yatar...
deyərkən, Haqq dünyasına qovuşduqdan sonra əbədiyaşarlıq qazanacağını, minlərin, milyonların ürəyində özünə əbədi heykəl quracağını sanki əvvəlcədən bilirmiş.
Bu kiçik qeydlərimizi yekunlaşdıraraq demək istərdik ki, görkəmli ədəbiyyat­şü­nas-alim, folklor tədqiqatçısı, şair-tərcüməçi, akademik Valeh Hacıların ədəbi irsi öz həqiqi araşdırıcısını gözləməkdədir.

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   174   175   176   177   178   179   180   181   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish