şəkli olan düzgün, qafıyəli sözlərin müəyyən bir ölçü və ahəng
içində bir araya gəlməsi şəklində izah edilir.
Uyğur koşakları Azərbaycan qoşmaları ilə eyniyyət təşkil
etsə də, uyğurlarda koşak daha geniş anlamda işlədilir.
Onlar
koşak dedikdə az qala şifahi xalq ədəbiyyatına
aid etdiyimiz
şeirlərin əksəriyyətini başa düşürlər.
Uyğurların “Xaliq eğiz icabiyiti” adlandırdıqları ədəbiy-
yatda koşaklar ən çox dördlüklər şəklindədir. İki, beş və altı
misralı koşaklar olduğu kimi misralardakı hecalar da fərqlidir.
Misraları 4 ilə 6 arasında dəyişən qəliblər olsa da, ən geniş
yayılanı 7 və 8 hecalılardır. Onların qafıyə sistemi də bizlərdə
və əksər türk xalqlarında olduğu kimi dördlüklər
aaaa, aaba,
abab, aaab və abcb
şəklindədir.
Bizlərdə olduğu kimi uyğurlarda da araşdırıcılar koşaqları
bölgülərə ayıranda bir-birindən fərqlilik ortaya çıxır. Məsələn,
“Uyğur xaliq eğiz icadiyiti” kitabında koşaklar aşağıdakı kimi
təsnif edilir:
1. Emgek koşakları (əmək koşakları), 2. Mevsim-mərasim
koşakları (mövsüm-mərasim koşakları), 3. Işki-muhəbbət ko-
şakları (eşq-məhəbbət koşakları), 4. Tarixi-qəhrəmanlık koşak-
ları (tarixi-qəhrəmanlıq koşakları), 5. 16-cı il koşakları (1916-
ci ilin hadisələrini əks etdirən koşaklar)
Muhəmmət Zunun və Abdulkərim Rehmanın təsnifi isə
belədir:
1.
Emgek koşakları (əmək koşakları), 2. Siyasiy koşaklar
(siyasi koşaklar), 3. Turmuş koşakları (gündəlik həyatla bağlı
koşaklar), 4. Muhəbbət koşakları (məhəbbət koşakları), 5.
Balilar koşakları (uşaq koşakları)
Araşdırıcı Osman İsmail isə koşakları bu şəkildə təsnif
etmişdir:
1. Emgek koşakları (əmək koşakları) , 2. Örp-adət koşakları
(adət-ənənə koşakları), 3. Siyasiy koşaklar (siyasi koşaklar), 4.
Turmuş koşakları (gündəlik həyatla bağlı koşaklar), 5. Muhəb-
bət koşakları (məhəbbət koşakları), 6. Balilar koşakları (uşaq
koşakları)
Uyğur xalq koşakları içərisində bizlərin bayatı dediyimiz
janr ağırlıq təşkil etməkdədir. Araşdırıcılar onları aşağıdakı
kimi bölgülərə ayırırlar:
1. Düğün, nişan gibi ortamlarda sevgi ve aşkı
ifade etmek
için söylenen koşaklar.
2. Kızlarla oğlanlar veya aşıklar arasında atışma amacıyla
söylenen koşaklar.
3. İşte çalışırken söylenen koşaklar.
4. Ramazanda yardım toplanırken söylenen koşaklar.
5. Dünürlükte kız isteme sırasında söylenen koşaklar.
7. Çocuk oyunlarında, eğlence amaçlı söylenen koşaklar.
8. Nevruz, bahçe, kavun bayramı gibi şenliklerde söylenen
koşaklar.
9. Kış aylarında, sazlı-sözlü ortamlarda eğlenmek amacıyla
söylenen koşaklar.
(Adem Oger,
Do'stlaringiz bilan baham: