Uygur, qaqauz, quzey



Download 6,58 Mb.
Pdf ko'rish
bet17/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   13   14   15   16   17   18   19   20   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

(Oger Adem, 2011)
1.6. Uyğur folklorunun başqa janrları
Uyğur folklorunda istər Azərbaycan, istərsə də başqa türk 
xalqlarının folklorundan fərqli janrlara rast gəlinmir. Mövzu 
baxımından da oxşarlıq çoxdur. Fərqlilik son yüzillərdə ya- 
ranan folklor nümunələrinin mövzusundadır. Onlarda da əski 
dönəmin folklor nümunələrinin izləri görünməkdədir.


Ona görə də uyğur folklorunun janrlarının hamısı haqqında 
söhbət açmağa ehtiyac duymadıq. 19-20-ci yüzillərdə sosial 
ədalətsizliyi, haqsızlığı, istismarı, müstəmləkəçiliyi kəskin tən- 
qid edən xalq şairlərinin şeirləri sürətlə yayılırdı. Seyid Noçi, 
Tümür Xəlpə və başqaları xalq arasında daha populyar olmuş- 
dur. Onlar çox vaxt SSRİ-də baş verənlərin əsil mahiyyətini 
anlamadan orada zülmə, haqsızlığa son qoyulduğunu, hamının 
bərabər yaşadığını düşünmüşlər. Seyid Noçinin “Dihkannin 
ahi” (Dehqanın-əkinçini ahı), “Cen kilayli xalayik” (Cəng edəli 
xalqım), “Lenin hikməti” (Lenin höküməti), “Şura biznin dos- 
tumiz” (Sovet bizim dostumuz) kimi şeirləri dediklərimizə 
nümunə ola bilər.
Çin Milli Partiyası Qomindanın yeritdiyi siyasət əleyhinə 
xalqın qoşduğu mahnılar da geniş yayılmışdır. Xotənlilər ara- 
sında geniş yayılmış “Abdulrehman xan Qoca” dastanında da 
xalqın etirazı öz əksini tapmışdır. Bütün bunlar da yazılı ədə- 
biyyatın inkişafına güclü təsir göstərmişdir.
2. Uyğur ədəbiyyat tarixindən
Qədim dövr türk dili və ədəbiyyatı tarixindən yazan elə bir 
araşdırıcı yoxdur ki, bu və ya başqa şəkildə Orxon-Yenisey 
abidələrindən, Yusif Balasaqunlunun (Yusuf Xas Hacib) “Qu- 
tadğu bilig”, Kaşqarlı Mahmudun “Divanü lüğat-it-Türk”, 
Əhməd Yüknəginin “Hibət əl-həqaiq” əsərlərindən bəhs etmə- 
sin. Özbək də, qazax da, qırğız da, tatar da, qaqauz da, başqa- 
ları da türk kökənli olduqları ilə qürur duysalar da, bu gün hər 
biri özünü ayrı bir millət sayır. Amma hamısı ədəbiyyat tarix- 
lərini yazanda ümumtürk qaynaqlarına söykənir.
Uyğur ədəbiyyatının araşdırıcıları miladi 8-ci yüzillikdən baş- 
layaraq yaranan dini mətnləri də ədəbi nümunələr kimi öyrənirlər. 
Bu dua mətnləri ilk poetik nümunələrdir. Sonralar uyğurlar islam


dinini qəbul etsələr də, ondan əwəlki inanclar zamanı istifadə 
etdikləri dua mətnlərini də qoruyub saxlaya bildilər.
Kaşqarlı Mahmud zamanında türklər yaşayan bölgənin gün- 
çıxanından günbatanına atla doqquz aylıq bir yol idi. İnsanların 
əksəriyyəti ölənədək doğulduqları kənddə və ya şəhərdə yaşa- 
yırdı. Çox az insan ticarət və döyüşlərlə əlaqədar başqa ölkələrə 
gedərdi. Yəni indiki kimi əlaqələr qurmağa və davam etdirməyə 
şərait yox idi. Ancaq bununla belə türklər öz dahi şəxsiy- 
yətlərinin yaratdıqları əsərlərə yiyə durur və onu yayırdılar.
Bu gün isə bilgisayar arxasında əyləşməklə dünyanın hər 
hansı bir guşəsi ilə bağlantı qura bildiyimiz bir zamanda Mah- 
mud Kaşqarlının yerliləri ilə normal əlaqələr yarada bilmirik. 
Yalnız Mahmud Kaşqarlının nəvələri uyğurlarlamı? Xeyr! 
Colan türkləri ilə də, Mosul - Kərkük - Ərbil türkləri ilə də, 
Balkan türkləri ilə də... Az qala Əlcəzairdə yaşayan oğuzları 
tamam unutmuşuq. Onlar haqqında tarix kimi danışırıq. Bu 
gün onların varlığından, yoxluğundan xəbərsizik.
Əslində, Orxon-Yenisey abidələrini, Mahmud Kaşqarlınm 
“Divanü lüğat-it-Türk” əsərini ədəbiyyat tariximizə daxil edi- 
riksə, həmin bölgədə bu gün də yaşayan soydaşlarımızın ədə- 
biyyatını öyrənib təbliğ etməliyik. Bununla uyğur ədəbiyya- 
tının araşdırıcısı kimi görünmək iddiasında deyiləm. Sadəcə 
olaraq nüfuzlu araşdırıcılarımızın diqqətini Çindən Balkanadək 
uzanan məkandakı türk ədəbiyyatına yönəltmək istəyindəyəm.
Uyğurların 19-cu yüzilədək olan ədəbiyyatları ümumtürk 
ədəbiyyatı, cığatay ədəbiyyatıdır. Buna görə bu gün də bəzi 
şairləri uyğurlar da, özbəklər də öz klassikləri sayır, ədəbiyyat 
tarixlərinə daxil edir, öyrənirlər.
Qəribə burasıdır ki, son illər Azərbaycan, özbək, qazax, qır- 
ğız, türkmən tarixçiləri ah-vayla Rusiya işğalından danışırlar. 
Balkan türklərinin, uyğur tarixçilərinin həmin dövrə dair əsər-


lərində də eyni sözlərlə rastlaşırıq. Sadəcə Rusiya sözü Çin, 
serb, bolqar, yunan, ərəb, fars və s. sözləri ilə əvəzlənir. Əslin- 
də isə miladi 18-ci yüzillikdən türklərin bir millət kimi sürətlə 
qocaldığının, çökdüyünün, tarix səhnəsindən geri çəkildiyinin 
şahidi oluruq.
Təfəkkür tərzimiz eyni olduğundan, eyni taleyi yaşamış, eyni 
cür düşünmüş, oxşar ədəbiyyat yaratmışıq. Türk dünyasının ayrı- 
ayrı bölgələrində baş verənləri bütövlükdə qarşılaşdırmaq geniş 
araşdırma istəyir. Burada yalnız Azərbaycanla ondan az qala 4 
min kilometr uzaqda olan Doğu Türküstanı müqayisə edəcəyik. 
19-cu yüzillikdə Azərbaycanda A.Bakıxanov, M.F.Axundov, 
H.B.Zərdabi və başqaları Azərbaycan ədəbiyyatını, mədəniyyə- 
tini avropasayaq tərzdə inkişaf etdirməyə çalışırdılar. “Gülüstani- 
İrəm”, “Dərbəndnamə”, “Qarabağnamə”lər, Şəki xanlığının, 
Quba xanlığının tarixləri kimi əsərlər yaranırdı.
Kaşqarda isə Abdurehim Nizari, Turduş Axun Qəribi, No- 
ruz Axun Ziyai, Bilal Nazım, Sadır Pəlvan, Molla Şakir və b. 
ədəbiyyatda yeniləşdirmə işləri aparırdılar. Onlardan biri, şair 
Muhəmmət Sadıq Kaşqarlı “Zübdətül-məsail”, “Təzkireyi-əs- 
habi-Kəhf’ adlı tarixi əsərləri yazır və ərəb tarixçisi Təbərinin 
əsərini uyğur türkcəsinə çevirir. 1830-cu ildə Molla Xocamni- 
yaz Muhəmmətniyaz Kaşqarlı Fəxrəddin Əttar Nişapurlunun 
“Təzkireyi-övliya” əsərinin üzünü köçürüb çoxaldır. Muhəm- 
mət Abduləli Kaşqarlı “Təzkireyi-Mevlana Fakie imam Zey- 
nalabidin Kağiraki”, İsmail bəy Binişan “Pəndnamə” adlı tə- 
səwüfə aid on min misralıq didaktik fəlsəfı əsərini və “Təz- 
kere-i Buğraxan” dastanını yazırlar. Qafur Kaşqarlı Mirzə 
Heydərin “Tarixi-raşidin” əsərini tərcümə edir.
Uyğur ədəbiyyatşünasları ədəbiyyat tarixlərini üç mərhələyə 
bölürlər: birinci mərhələni “Klassik dövr ədəbiyyatı” adlandı- 
rırlar. Buraya 1500 ilə yaxın bir dövrün ədəbi-bədii əsərlərini


daxil edirlər. Burada türk xalqlarının abidələri, xüsusən də 
bizlərin özbək ədəbiyyatı klassikləri kimi tanıdığımız ədiblərin 
əksəriyyətinin irsi öyrənilir. İkinci mərhələ “Müasir dövr ədə- 
biyyatı” adlandırılır və buraya 20-ci yüzilliyin başlanğıcından
1949-cu ilədək, yəni Doğu Türküstanın Çin tərəfındən son iş- 
ğalınadək olan dövrdə yaradılmış ədəbi-bədii əsərlər daxil edi- 
lir. Üçüncü mərhələ “Bugünkü zamanın ədəbiyyatı” adlandı- 
rılır. Buraya son Çin işğalından sonra yaradılmış ideoloji yon- 
lü, təbliğat xarakterli, sosializmi və müstəmləkəçiliyi tərənnüm 
edən ədəbi nümunələr daxil edilir 

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   13   14   15   16   17   18   19   20   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish