Uygur, qaqauz, quzey



Download 6,58 Mb.
Pdf ko'rish
bet10/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   6   7   8   9   10   11   12   13   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

(Kaşqarlı, 1993:32).
Gördüyümüz kimi, Doğu Türküstanda da hər şey Güney 
Azərbaycandakına oxşar şəkildə cərəyan etdiyindən təfsilata 
varmağa ehtiyac duymuruq. Çünki ssenari eyni idi. Hər iki böl- 
gədə Rusiya strateqləri türklərin milli hisslərindən məharətlə 
faydalanırdılar.
1946-cı ilin dekabrında şah orduları Güney Azərbaycanda 
qurulmuş dövlətin varlığına son qoyur və rəhbərləri, fəalları 
Sovetlər Birliyinə gətirilir. Güney Azərbaycanda qurulmuş, 
milli hökumətin rəhbəri S.C.Pişəvəri 1947-ci ildə Quzey Azər- 
baycanda avtomobil qəzası adı ilə öldürüldüyü kimi, “Doğu 
Türkistan Cumhuriyetinin esaslı liderlerinden reis Ahmetcan 
Kasimi, Milli Kurtuluş Ordusunun Komutanı general İshak 
bey, Komutan Yardımcısı general Delil Kan, Milli Kurtuluş 
Ordusunun Siyasi Komiseri Abdukərim Abbas gibi kişilerin


Pekine vardıkdan sonra Mao-Ze-Dong ve Çin Kommünistle- 
rinin Doğu Türkistan meselesindeki fıkirlerine “evet” demesini 
istediler. Ama Ahmetcan Kasimi, İshak bey, Delil Kanlar 
Stalinin tavsiyelerini nazik bir üslupla redd ederek, Pekinde 
Çin Kommünist liderlerinden Doğu Türkistana devlet statüsü 
ve bağımsızlık isteyeceklerini bildirdiler. Sonunda Stalin ile 
Mao-Ze-Dong gizli anlaşarak «uçak kazası» süsü vererek on- 
ları yok ettiler...
Sovetler Birliğinin desteğiyle Kızıl Çin Ordusu Doğu Tür- 
kistanı Ekim 1949 tarihinde işğal etti” 
(Kaşqarlı, 1993:36).
Doğu Türküstanın son yüzilliklərinə qısa bir nəzər salma- 
mızın səbəbi xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizə 
aparan ictimai-siyasi xadimlərin millətinin maariflənməsi üçün 
folklordan, ədəbiyyatdan istifadə etdiklərini, bədii yaradıcılıqla 
məşğul olduqlarını, pyeslər yazdıqlarını diqqətə çatdırmaqdır.
Avropanın uyğurlara marağı 1878-ci ildə Regel heyətinin 
səfərindən sonra başladı. Təkləməkan çölündəki xaraba şəhər- 
lər tarixçilərin də, etnoqrafların da, kulturoloqların da, folklor- 
çuların da diqqətini özünə çəkdi. İngilis zabiti Boverin 1890-ci 
ildə Kuça xarabalıqlarından tapılmış miladi 4-cü yüzilliyə aid 
əlyazmaları satın alaraq Avropaya aparması dünyanın məşhur 
araşdırıcılarının diqqətinin bölgəyə yönəlməsinə səbəb oldu.
Almanlardan Qrünvedeldin 1902-1903, 1905-1907-ci illər- 
dəki, V.Le Cokun 1904-1906, 1913-1914-cü illərdəki, ingilis- 
lərdən Aurel Steının 1900-1901, 1906-1908, 1913—1916-cı 
illərdəki üç səfəri, fransızlardan Pelliotun 1906-1909-cu illər- 
dəki səfəri bölgəyə marağı daha da artırdı. Yaponlardan Otanif 
və Hedinin coğrafi araşdırmaları üzündən ruslardan Kozlo- 
Rovorovski, Oldenburkun yazıları 20-ci yüzildə dünya elmini 
sanki silkələdi. Bölgədən aparılan fresklər, yazılar, heykəllər 
dünya muzeylərini bəzədi.


Azərbaycanda isə uyğur folkloruna maraq sovet hakimiyyəti 
illərində başlamışdır. Senzura folklorun, ədəbiyyatın, tarixin 
ümumtürk kontekstində öyrənilməsinə icazə verməsə də Azər- 
baycan folklorunun tarixindən söz açan araşdırıcılardan Vaqif 
Vəliyev “Azərbaycan folkloru”(1985), Kamil Vəliyev “Dastan 
poetikası” (1989), Pənah Xəlilov “Türk xalqlarının və şərqi 
slavyanların ədəbiyyatı” (1994), Nizami Cəfərov “Eposdan ki- 
taba” (1999), Azad Nəbiyev “Azərbaycan şifahi xalq ədəbiy- 
yatı” (2002) kitablarında, eləcə də Qətibə Vaqif qızı, Vüqar 
Ömər oğlu öz məqalələrində uyğur folklorundan və mədəniy- 
yətindən geniş bəhs etmişlər.

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   6   7   8   9   10   11   12   13   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish