nəşriyyatların geniş yayıldığı bir dövrdə yaşasa da, şeirləri sağ-
lığında çap olunmamış, yaddaşlarda yaşayaraq günümüzədək
gəlib çatmışdır. Yaddaşlardan toplanmış şeirləri 1988-ci ildə
ayrıca kitab kimi çap olunmuşdur. Prof. Dr. Alimcan İnayət
tərəfindən hazırlanmış olan Abduxaliq Uyğur “Şeirləri” adlı
əsər 2008-ci ildə Türk Dil Kurumu tərəfındən yayınlanmış və
şairin indiyə qədər bilinən şeirlərinin tamamı uyğur və Türkiyə
türkçəsində verilmişdir.
Tacir ailəsində doğulan, evdə dini təhsil almaqla yanaşı, ərəb
və fars dillərini də öyrənən Abdulxaliq sonra Turpan şəhərində
Çin dilində təhsil verən məktəbdə oxumuşdur. Çin ədəbiyyatının
klassik əsərlərindən “Su Boyida” (Su vadisi boyunda) və “Kizil
ravaktiki çüş” (Qızıl çadırdakı yuxu) kimi romanları oxuyur,
Sun-Cun-Şen və Lu-Şun kimi çinli yazıçıların əsərləri ilə tanış
olur. 8 yaşından etibarən şeir yazmağa başlayan Abdulxaliq
1923-cü ildə bir neçə yaşıdı ilə SSRİ-yə gələrək burada üç il
təhsil alır. Rus yazıçı və şairlərindən A.S.Puşkinin, L.Tolstoyun,
M.Qorkinin, M.Lermontovun və b. əsərlərini oxuyur.
Onlardan
güclü təsirlənir. Bolşeviklərin sosial ədalət, bərabərlik, sinfı
mübarizə şüarları ona olduqca xoş gəlir. Necə deyərlər, bolşevik
inqilabını ölkəsinə daşımaq istəyir. 1926-ci ildə vətənə dönərək
cahillik, savadsızlıq əleyhinə mübarizəyə başlayır.
1927-ci ildə “Akartiş birləşməsi” (Mədəniyyət birləşməsi)
adı altında təlim-tərbiyə dərnəyi quraraq, məktəb açır, oranı
bitirənlərin bir çoxunu SSRİ-də oxumağa göndərir.
Xalqını maarifləndirməklə yanaşı, hakimiyyətə qarşı müba-
rizəyə də səfərbər etməyə çalışır. Onun mübarizəsi yalnız iş-
ğalçılara qarşı deyildi, həm də öz millətindən olan varlılara
qarşı idi. İnsanlar arasındakı bərabərsizliyi aradan qaldırmaq
istəyi ilə kasıbları varlılara qarşı üsyana səsləyirdi. Onun fəa-
liyyətində sovetlərdən aldığı təlimin təsiri açıq-aydın görünür.
Turfandakı milli azadlıq mübarizəsi zamanı gənc şair də dö-
yüşçülər sırasında olur. 1933-cü ildə Çin
Qomindan Partiya-
sının rəhbəri Şenq-Şi-Şey Turpan şəhərinə gələrək şairi və
dostlarını həbs etdirir. 1933-cü ilin martın 13-də
Abduxaliq
Uyğur edam edilir. Onu ölümə apararkən şair mübarizəsində
haqlı olduğunu bildirmək üçün “Yaşasın azadlıq”, “Yaşasın
azadlıq” deyə qışqırmışdır. Şair ölümü ilə də uyğur ədəbiyya-
tına qəhrəmanlıq mövzusu vermişdir.
Vətəninin və xalqının azad nəfəs ala bilməsi və müasir mədə-
niyyətlərə yiyələnməsi üçün ömrü boyu mübarizə apararaq
“Oyan”, “Zulumga karşi” (Zülümə qarşı), “Körüngən tağ yirak
emes” (Görünən dağ uzaq deyil), “Könül xahişi” və b. şeirlərini
yazır. Qadağalara, yasaqlara görə şairin şeirləri sağlığında çap
olunmasa belə xalqı onun əsərlərini yaddaşında yaşatmışdır.
Xotən üsyanı zamanı döyüşə atılan uyğurlar onun “Sən
kimin oğlusan, oylısanğçı” şeirini marş kimi oxuyurmuşlar.
Bundan başqa, bir çox şeirləri də 1947-1949-cu illərdə
milli
hökumət zamanı məktəblərdə nəğmə kimi söylənirmiş.
Do'stlaringiz bilan baham: