Lutpulla Mutəllip
(16.10.1922, Qazaxıstan Respublikası,
Almatı yaxınlığındakı Uyğur rayonu kimi tanınan Nilki qəsə-
bəsinin Çunçi kəndinin Sayboyu məhəlləsi -18.09.1945, Aksu).
Millətini azad və xoşbəxt görmək arzusu ilə yaşayan və bu
yolda həyatını qurban verən ədiblərdən biri də Lutpulla Həzim
Axun oğlu Mutəllipdir. Haqqında çox yazılsa da, doğum və
ölüm tarixləri fərqli-fərqli göstərilmişdir. Əsasən də Şincanın
Qulca şəhərində doğulduğu fıkri üzərində dururdular. Uyğur
araşdırıcısı Tursun Erşidin 1998-ci ildə Urumçidə çap etdirdiyi
“Lutpulla Mütəllip və unin keçürmişləri” kitabı şairin doğum
ili, yeri və ölüm günü ilə bağlı yanlışlıqlara son qoydu. O,
şairin atası Həzim Axunda məxsus “Min bir hədis” adlı kitabın
qapağına yazılmış tarixi əsas götürərək 1922-ci ilin noyabrın
16-da anadan olduğunu yazmışdır. Ailədəki müqəddəs kitabla-
rın qapağına mühüm tarixi hadisələr və uşaqların doğum gün-
lərinin yazılmasının az qala bir ənənəyə çevrildiyi məlumdur.
Həzim Axund da kitabın qapağına oğlunun doğulduğu günü
yazıbsa, demək, ən doğru sənəd bu hesablanmalıdır.
Kiçik yaşlarından fıtri istedadı ilə ətrafındakıların diqqətini
cəlb edən, ilk təhsilini evdə atasından alan Lutbullahı Qulca
şəhərindəki tatar ibtidai məktəbinə oxumağa göndərirlər. Üsuli-
cədid məktəbi kimi tanınan bu məktəbdə 1936-ci ilədək oxu-
yaraq tatar və rus dillərini də öyrənmiş olur. Sonra təhsilini rus
gimnaziyasında davam etdirir. İki il də burada oxuyur. 15 yaşın-
da ikən “Mənim xalqım” adlı şeirini “İli qəziti”ndə çap etdirir.
Yeniyetməlik və gənclik illərində yazdığı üsyankar şeirlə-
rinə görə onu “od yürəkli şair” adlandırırlar.
Lutpulla imtahan verərək Urumçi şəhrindəki Darülmuəlli-
minə qəbul olunsa da, maddi sıxıntı üzündən təhsilini davam
etdirə bilmir. 1941-ci ildə sovet mühəndislərinin tərcüməçisi
kimi Güney Şincana gedir. Faşist Almaniyasınm SSRİ-yə hü-
cumundan sonra sovet mühəndisləri axtarış-kəşfıyyat işlərini
yarıda buraxıb geri döndüklərindən Lutpulla Mütəllip işsiz qa-
lır və yenidən Urumçiyə geri dönür.
Təhsilini davam etdirməklə yanaşı “Şincan” qəzetində də
işləyir və qəzetdə “Ədəbiyyat gülzarı” adlı səhifə hazırlayır.
İstedadlı şair, publisist və dramçı Lutpulla Mütəllipl942-ci
ildə, yəni 20 yaşında yazdığı, elə həmin il də səhnələşdirilən
«Gerçək moden» pyesi Çin valisi Şenq-Şi-Şey tərəfindən
yasaqlanmış və ona qarşı təqiblər başlanmışdır.
Təqib və təzyiqlərə baxmayaraq o, bədii yaradıcılığını və
siyasi mübarizəsini dayandırmır. Rus dilində təhsil alması, bu
dilin vastəsilə inqilabi ədəbiyatla tanışlığı, Marksın, Engelsin,
Leninin, Stalinin əsərlərini oxuması təsirsiz qalmamışdı. Lut-
pulla yeniyetməliyindən dünyada kabus kimi dolaşan kommu-
nizm ideologiyasının təsiri altına düşmüşdür. O, bu ideologiya
vasitəsilə xalqının azad və firavan yaşayacağına inanırdı.
O, ənənəvi əruz və heca vəznində şeirlər yazmaqla yanaşı,
sərbəst vəzndə də qələmini sınayır, bu janrın çılğın təbliğatçısı-
na çevrilir. Həm də “Borandan sonrakı aydınlıq”, “Samsaq ağa
hirsləndi” kimi pyeslər yazmaqla oxuma və yazma bilməyən
insanlara səhnədən müraciət etməyə, xalqını cəhalətdən qur-
tarmağa çalışır. Pyeslər yazarkən və onları səhnələşdirərkən
rus rejissor və aktyorlarının təcrübəsindən bəhrələnir.
1943-cü ildə Şincanın siyasi həyatında dəyişmələr baş verir.
Liberal, demokratik görünməyə can atan vali Şenq Şi-Şey Qo-
mindan Çin Milli Partiyasına daxil olur. Bu, bölgədə tarazlığın
pozulmasından, çinlilərin müstəmləkəçilk siyasətinin getdikcə
şiddətlənəcəyindən xəbər verirdi. Şincanda yanvar ayında par-
tiyasının vilayət şöbəsi təşkil edilir və iyun ayında partiyasının
ən mühafizəkar üzvlərindən Fen Qun-Bini “Şincan” qəzetinə
redaktor təyin edilir.
Qomindan Çin Milli Partiyasının hakimiyyətə gəlməsi Şin-
canda Lutpulla Mütəllip və onun kimi inqilabi əhval-ruhiyyəli,
yenilik tərəfdarı vətənsevərlərin vəziyyətini ağırlaşdırır. Bir
çox kitablar yığışdırılır, inqilabi ruhlu, vətənsevər kitablar çap
edən nəşriyyatlar bağlamlır. Həbs edilmək və ya sürgünə gön-
dərilməklə üzləşən Lutpulla Mütəllip 1943-cü ilin sonunda iş-
dən çıxarılır. Onu Aksudakı “Şincan” qəzetinə redaktor müa-
vini göndərirlər.
Lutpullanın gəlişi Aksu şəhrində vətənsevərlər tərəfindən
sevinclə qarşılanır. Qəzetdə “Cənub şamili” adlı səhifə hazırla-
yır və buraya şair Nimşehit, Bilal Əzizi kimi gəncləri cəlb edir.
Gənc şair elm öyrənməklə, bədii yaradıcılıqla yanaşı ictimai-
siyasi işlərdə fəal iştirak etdir.
Aksu Vilayətlik Uyğur Mədəniy Akartiş Uyuşmisi (Aksu
Vilayət Uyğur Mədəniyyətinin İnkişafı Birliyi) ilə “Aksu
Şincan” qəzetinin birgə çıxartdığı “Cənubtin avaz” (Cənubdan
səs) jurnalına məsul katiblik edən Lutpulla Mütəllip “Təsira-
tım” (Duyğularım), “Hoş” (Əlvida),” “Yillarka cavap”(İllərə
cavab), “Pəryat” (Fəryad), “Hiyalçan tilək” (Xəyallı diləklər),
“Küreş ilhami” (Mübarizə ilhamı), “Şair toğrusida Muveşşeh”
(Şair hakkında müvəşşəh), “Muhəbbət həm neprət” (Məhəbbət
və nifrət), “Oğlum hekkidə mərsiyə” (Oğlum haqqında mərsi-
yə), “Vətən ala, xəlik ala (Vətən ala, xalq ala), “Büyük mayak”
(Böyük mayak) və b. şeirlərini, eləcə də “Əcəl hudukuşida”
(Əcəl anında), “Padişah samuraylari ağir halsiraydu” (Padişah
samurayları böyük yorğunluq içində), “Uniz kəlgüsi zor həm
parlak” (Onun gələcəyi güclü və aydın) satirik məqalələrini və
“Samsak akan kaynaydı” (Sarımsaq ağa əsəbləşir), “Küreş
kizi” (Mübarizə qızı), “Borandin keyinki aptap” (Borandan
sonrakı günəş), “Çin moden”, “Çiməngül” adlı səhnə əsərləri-
nin, “Ədəbiyyat nəzəriyyəsi”, “Sənətkə muhəbbət” (Sənətə
məhəbbət), “Tiyatirmız kelip çikişi və ravaclaniş tarihi” (Tea-
trımızın yaranması və inkişafı tarixi) adlı məqalələrini yazır.
Bir çox səhnə əsərlərinə rejissorluq edən, özü baş rolları
oynayan gənc şair “Tahir ilə Zöhrə” və “Qərip ilə Sənəm” ope-
ralarının librettosunu da yazmışdır.
1945-ci ildə İli, Altay, Tarbaqatay bölgələrində yaşayan uy-
ğurların Çin hökümətinə qarşı başladıqları etiraz hərəkatı ta-
rixə “Üç vilayət inkilabı” kimi daxil oldu. “Üç vilayət inkilabı”
təşkilatının liderlərinin Aksu şəhrinə göndərdiyi nümayəndə-
lərlə görüşən, onların istəklərini öyrənən Lutpulla Mütəllip
onlarla birgə bölgədə hakimiyyəti devirmək uğrunda mübarizə
aparacağını vəd edir. Bundan sonra böyük bir eşq və ilhamla
“Uçkunlar ittipakı”(Qığılcımlar ittifaqı) təşkilatını qurur. Tam
adı “Şərqiy Türkistan Uçkunlar İttipaki” (Şərqi Türküstan qı-
ğılcımlar ittifaqı) olan təşkilata millətini sevən Nimşehit, Bilal
Əzizi, Muniridin Hoca, Abdulla Davutop, Yusupcan kimi və-
tənsevərlər daxil olur. Təşkilatın parolu “Biz cümə namaziga
teret elip koyduk. Cümə namazini silər bilən billə okumak-
çimiz” (Biz cümə namazını qılmaq üçün abdəst aldıq. Cümə
namazını sizinlə bərabər qılmak istəyirik) olur.
“Üç vilayət inkilabi” ordusu Çin hökümət qüwələrinə qarşı
silahlı mübarizəyə başlayır. Lutpulla Mütəllip qurmuş olduğu
“Uçkunlar ittipaki”nın üzvləri də döyüşə hazırlıq işlərini sürət-
ləndirir, Qomindan partiyasının tabeliyində olan əsgəri birliyin
silah anbarına girmək, oradakı silahları alaraq öz düyüşçülərinə
paylamaq üçün gizlicə anbar qapılarının açarlarını hazırladırlar.
Satın aldığı xainlərin yardımı ilə Qomindan Partiyasının mə-
murları Lutpulla Mütəllipi və silahdaşları Bilal Əzizi, Müniridin
Xocanı, Abla Mevlanjan, Rozi Turdiyof və 30 yaxın məs-
ləkdaşını həbs edirlər. Xalqının azadlığı və xoşbəxtliyi uğrunda
Qomindan ordularına qarşı cəsarətlə vuruşan “Üç vilayət inqi-
labı” əsgəri birlikləri 1945-ci ilin payızında qarlı dağları aşaraq
Güney Şincana keçib Aksu şəhrinə doğru irəliləyir. Qomindan-
çılar həbsdə olanların üsyan qaldıracağından, xalqın da onlara
qoşulacağından qorxuya düşərək 1945-ci ilin sentyabrın 18-də
Lutpulla Mütəllipi və məsləkdaşlarını güllələyirlər. “Uçkunlar
ittipaki”nın (Qığılcımlar ittifaqı) üzvlərinin güllələndiyini eşidən
xalq kütlələri həbsxanaya hücum edib oranı dağıdırlar. Aksu
şəhəri qomindançılardan azad olur. Həbsxanada Lutpulla Mütəl-
lipin divarla qanıyla aşağıdakı misraları yazdığını görürlər:
Bu kən dünya mən üçün boldi duzəx - Bu geniş dünyü mə-
nim üçün oldu cəhənnəm,
Yaş gülümni şazaz kildi kanhor əbləh... - Gənç gülümü
xazan qıldı qaniçən əbləh...
Lutpulla vətənin azadlığı uğrunda mübarizədə şəhid olsa
da, onun ideyaları reallaşır. Doğu Türküstan höküməti qurulur.
Sovetlərin yardımı ilə Çində kommunistlər hakimiyyətə gəti-
rilir. Lakin onlar vədlərini tez unudaraq, dünənki silahdaşlarına
və əməkdaşlıq etdikləri insanlara divan tuturlar. Xalqlara azad-
lıq vəd etsələr də, müstəmləkəcilik siyasətini davam etdirirlər.
İki imperialist dövlət, Çin və SSRİ gizli plan quraraq 1947-ci
ildə Doğu Türküstanlıların liderlərini təyyarə qəzasında
öldürür, hökumətin fəallarını və müstəmləkəçilərə müqavimət
göstərənləri də məhv edirlər.
Lutpulla Mütəllip və dostlarının vəhşicəsinə edam edilmə-
sindən beş il sonra xalq ayağa qalxaraq yenidən həbsxanaya
basqın edir. Həmin vaxt həbsxanada işləmiş nəzarətcilərə təz-
yiq göstərərək Mütəllip və məsləkdaşlarının cənazələrinin ha-
rada gizlədildiyini tələb edirlər. Həbsxana işçiləri canlarının
qorxusundan həqiqəti deyirlər. Məlum olur ki, vətənpərvərlər
həbsxana ərazisindəki donuz damında güllələnmiş, sonra da
ora ayaqyoluna çevrilmişdir.
Həmin yeri qazarq şairin və əqidə yoldaşlarının param-parça
edilmiş cəsədlərinin qalıqlarını tapırlar. Aksu və ətrafından gə-
lən xalq kütlələri bu vətən övladlarının param-parça edilmiş cə-
sədlərini islam qaydaları və uyğur adət-ənənəsiylə dəfn edirlər.
Çin cəlladları Lutpulla Mütəllipin 18 yaşlı xanımı Sopiyam
Baiz qızını təqib edir, nəticədə Lutpullanın yeganə övladı ac-
lıqdan ölür.
Son illərdə Urumçidə baş verənlər onu göstərir ki, Lutpulla
Mütəllipin ideyaları yaşayır, bu ideya uğrunda ölümə gedən
uyğur gəncliyi var.
Do'stlaringiz bilan baham: |