Uygur, qaqauz, quzey


Muradin Ölmezayev (Olmezlanı)



Download 6,58 Mb.
Pdf ko'rish
bet149/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   145   146   147   148   149   150   151   152   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

Muradin Ölmezayev (Olmezlanı) 
(1949, Qazaxıstan Res- 
publikasının Taldı Kurqan vilayətinin Ernazar kəndi). Tərcü- 
mələri, uşaqlar üçün yazdığı əsərləri, pyesləri və şeirləri ilə qa- 
raçay-malkar oxucularının qəlbinə yol tapmışdır. İndiyədək 
10-dan çox kitabını oxucuların mühakiməsinə verən şair tə- 
biətin, kənd həyatının təsvirindən yararlanaraq vətəninin gözəl- 
liklərini, xalqının yüksək mənəvi dəyərlərini təsvir etmişdir.


3.5. Ədəbi mühitdə dönüş
Haqqında yazdığımız bölgədə 1960-70-ci illərin qabaqcıl 
cəhəti ictimaiyyətin bütövlükdə mədəni intellektual səviyyəsinin 
kəskin artması, şairlərin yeni formada yaradıcılıq qabiliyyətlə- 
rinin inkişafı idi. Əsas şərt inkişaf edən insan qəlbinə yol tapmaq 
idi. Bu illərin ədibləri arasında Azret Semenovjbrahim Qadiye- 
vin, Jağafar Tokumayevin, Macit Quluyevin, Eldar Qurtuyevin
Alim Töppeyevin, Asan Şavayevin, Zeytun Tolqurovun, Svetlana 
Mottayevanın, Aliy Bayzullayevin, Zuğar Sarıbaşovun və digər- 
lərinin adları qaraçay-malkar oxucularına yaxşı tanışdır.
1970-80-ci illərin malkar poeziyasının başlıca obrazı düşün- 
cələrlə, dünya qayğıları ilə, planetin taleyi haqqında mübarizə 
və narahatçılığı ilə yadda qalan insandır. “Kainat - evimizdir“ 
formulu bütün millətlərin şairləri üçün universal məsələdir.
Malkar şairlərinin, o cümlədən 1970-ci illərin nəsli üçün, mə- 
sələn Asker Doduyev, Abdullah Begiyev, Mutalip Beppayev, Sa- 
kinat Musukayeva, Muxtar Tabakov, Safariyat Axmatov, Xıysa 
Qurtubayov, Örüzlan Bolatov, Burxan Berberov, Lyuba Axma- 
tovanın yaradıcılığı üçün səciyyəvi cəhət subyektivliyin hərtərəfh 
inkişaf etməsi, poetik “mən“də daxili gərginliyin tam həcmdə 
göstərilməsidir. Adını çəkdiyimiz və çəkmədiyimiz ədiblər sür- 
gündə xalqın başına açılan müsibətləri, sosializm quruculuğu, 
kollektivləşmə və s. adı altında millətin başına açılan oyunları ifşa 
etməyi ədəbi əsərlərin əsas mövzusuna çevirmişlər.
Çox təəssüf ki, bu kimi ağrılı-acılı məsələlər ədəbiyyatın 
mövzusuna çevriləndə də Rusiyanın imperiya maraqları çılpaq- 
lığı ilə ifşa olunmur.
Malkar şairləri əsərlərinin mərkəzinə keçmişlə gələcəyin 
dialektik əlaqələrini, milli-xalq və ümumbəşəri problemlərin 
həllini, tarixi yaddaşı qoyurlar. Bununla belə, göstərilir ki, ta-


rixi yaddaşı, öz xalqı ilə doğmalıq duyğuları olmayan insan so- 
sial və milli köksüz varlıqdır.
Milli ədəbiyyatın inkişafında folklor əsas başlanğıc rolunu 
oynayır. Folklordan fərdi yaradıcılıq mərhələsinə keçiddə xalq 
nəğməkarlarının rolu böyükdür. Onlar ədəbi yaradıcılıqda 
mövcud olmuş ideoloji yöndən uzaqlaşaraq sənətkarlığı, insa- 
nın iç dünyasını önə çəkməyə meylli sənətkarlardandır.
XX 
yüzilin 20-30-cu illərində ədəbiyyata gələn gənc şair və 
yazıçılar yeni ədəbi üslublara, janrlara, metodlara diqqət yeti- 
rirdilər. Sənətkarlığı arxa plana keçirərək əsərlərində ideologi- 
yanı, gerçək münasibətləri, sosial emosiyaları təşviqat vasitə- 
ləri ilə, çağırışlarla açıq bildirirdilər. Əlbəttə, buna bəzi amillər 
öz təsirini göstərirdi. Belə ki, estetik şüurun səviyyəsi, gələnək 
gücünün yetərsiz olması ilə bərabər, yeni çağın özünəməxsus 
kəskinləşən tələbləri, sinfı, sosial duyğuların mövcudluğu, ic- 
timai münasibətlərdəki kəskin dəyişikliklər də burada rol 
oynayır, özünün siyasi mübarizəsi ilə xarakterizə olunur, şəx- 
siyyəti bu prosesin iştirakçısına çevirirdi.
1930-cu illərin poeziyasından söz açarkən Xasan Bostanovun 
“Yeni mahnılar“ və “Yeni nəslə“ əsərlərini, Maqomet Urusovun 
(1916-1942) qaraçay-malkarcadan ruscaya çevirdiyi “Biyneger“ 
poema-əfsanəsini, ilk qadın şair Abidat Botaşevanın (1902-1982) 
1924-cü ildə çap etdirdiyi şeirlərini yaddan çıxarmamaq lazımdır.
Onların yaradıcılığında rus ədəbiyyatından tərcüməçiliyin 
təsiri hiss olunur. Həmin illərdə bir çox tərcümə əsərləri də çap 
olunmuşdur. Qaraçay poeziyası ilk mərhələdə janr-tematik plan- 
ca müxtəlif olmuşdur. Poeziyanın intensiv inkişafının göstəricisi 
olaraq “Qaraçay sovet bədii ədəbiyyatı“ toplusu çap edilmişdir.
1930-cu illərin sonunda gənc şairlər Osman Xubiyev (Xu- 
biylanı) (1918-2001), Toxtar Borlakov (Borlaklanı) (1914- 
1942), Maqomet Urusov (Uruslanının) (1916-1942), Abdulke-


rim Bayqulov (Bayqullanı) (1902-1942), Xalimat Bayramuko- 
va (Bayramuklanı) (1917-1996) ilk əsərləri ilə çıxış etmişlər. 
1940-cı ildə “Qaraçay” adlı toplu buraxılmışdır.
İkinci Dünya Savaşı və savaşdan sonrakı illərdə qaraçay-mal- 
kar ədəbiyyatında bir durğunluq müşahidə olunsa da, 1941-ci 
ildə “Vətən uğrunda irəli! “ şeirlər toplusu çap olunmuşdu. On- 
lar Vətənə sürgün illərində yaratdıqları ağı-mahnıları gətirdilər. 
Sürgündən sonrakı illərdə İ.Semenovun, İ.Əliyevin, O.Xubiye- 
vin, A.Söyünçiyevin və başqalarının əwəllər çap olunmamış 
şeirləri “Gözlərimizdən qan damır“ adlı kitabda toplanmışdır.
Sovet irticasına uğramış xalqın yazıçılarının xidməti onda 
idi ki, belə ağır vəziyyətdə qələmi yerə qoymamış, poetik dillə 
millətin taleyinin salnaməsini yaratmışdılar. Qaraçay-malkar 
ədəbiyyatının nümunələri Almatıda və Frunze (Bişkək) şəhər- 
lərində 1956-57-ci illərdə nəşr olunan “Jaşavu buznu bayrağı“ 
(Yaşam bayrağımız), “Taza cürekden“ (Təmiz ürəkdən), “Qı- 
ğılcımlar“ adlı toplulara daxil edilmişdir.

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   145   146   147   148   149   150   151   152   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish