Uygur, qaqauz, quzey



Download 6,58 Mb.
Pdf ko'rish
bet148/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   144   145   146   147   148   149   150   151   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

Axmat Sozayev (Sozalanı). 
(1941, Kabarda-Malkar Res- 
publikasının Xolam-Bızgi bölgəsinin Aksu kəndi) Sürgündən 
döndükdən sonra yaradıcılığa başlayan gənclərdəndir. Kabar- 
da-Malkar Dövlət Universiteti fılologiya fakültəsinin malkar 
dili şöbəsini bitirən A. Sozayev ilk əmək fəaliyyətinə qəzetdə 
başlasa da, sonradan uzun müddət Kabarda-Malkar Dövlət Te- 
leviziya və Radio Verilişləri Komitəsində işləmişdir. İlk şeirlər 
kitabı olan “Künnü köremem“ (Günəşi görürəm) 1968-ci ildə 
çap olunmuşdur. Jurnalistlik fəaliyyəti ilə yanaşı, məhsuldar 
bədii yaradıcılıqla da məşğul olan şairin 1972-ci ildə “Gün 
avanala“ (Günəşin kölgəsi), 1978-ci ildə “Kırdık avazla“ (Se- 
ment səsləri), 1983-cü ildə “Aq suv“ (Ağ su), 1987-ci ildə 
“Kolla“ (Qollar), 1991-ci ildə “Ertdenlikni açama“(Sabahı açı- 
ram), 1995-ci ildə “Allah aytsa“ (Allah qoysa), 1998-ci ildə 
“Tanımı avazı“ (Dan yerinin səsi) və b. kitablarını çap etdir- 
mişdir. Bundan başqa şairin ruscaya tərcümə edilmiş şeirləri də 
iki kitab halında nəşr edilmişdir. Axmat haqqında “Tanıdığım 
insanlar” kitabında geniş bilgi verilmişdir.
Xusey Muxacir ulu Caybayev (Caybalanı) 
(1936, Qaraçay 
Çərkəz Muxtar Vilayətinin Aşağı Teberdi kəndi-1999) Sürgün- 
dən vətənə döndükdən sonra pedaqoji institutu bitirib qəzetdə iş- 
ləyən Xusey ömrünün son illərində daha çox xalqının sürgün 
olunmasından, milli və dini məsələdən yazırdı. Qaraçay Çərkəz 
Muxtar Vilayətində nəşr edilən “Leninin bayrağı” qəzetində işlə- 
yən Xuseylə bir neçə dəfə görüşmüş, ədəbiyyat, xalqlarımızın 
keçmişi və gələcəyi mövzusunda söhbətlər etmişdik. 1987-ci ildə


Çerkesskdə çap etdirdiyi “Kyumyuş canqur” (Gümüş yağış) ki- 
tabına 1990-ci ilin aprelin 20-də avtoqraf yazaraq mənə bağış- 
lamışdı. Kitabda ilk diqqətimi çəkən şeirlərin məzmunu olmuşdu. 
Çünki SSRİ-də çap olunan şeir kitablarının ilk səhifələrində adə- 
tən Kommunist partiyası və onun liderlərini, sosializm qurucu- 
luğunu öyən şeirlər verilirdi. Xusey Caybalanının kitabı isə belə 
deyildi. O, kitab “Elimin cazı” şeiri ilə başlayırdı. Kiçik formatlı 
126 səhifəlik kitabda partiya, oktyabr inqilabı, Lenin və bu kimi 
şeirlərə rast gəlmədim. Çalışdığı “Lenin bayrağı” qəzetinin 20 
sentyabr 1990-ci ildə çap olunmuş sayının üçünçü səhifəsi bütöv- 
lükdə X.Caybalanının şeirlərinə həsr edilmişdi. Qəzet Sov.İKP 
Qaraçay Çərkəz Vilayət Komitəsinin və vilayət xalq deputatlar 
sovetinin orqanı olmasına baxmayaraq burada da kommunis par- 
tiyası və sosializm quruculuğunu öyən şeirlər yox idi. “On bir 
day”, “Ana dili”, “İyesiz mekan”, “İynam”, “Qayanın ürəyi”, 
“Gözlə”, “Gecə”, “Axır səbəb”, “Sen patçax esenq” və başqa 
şeirləri şairin vətəni və milləti haqqında lirik düşüncələrindən 
ibarət idi.
Sovetlər birliyi dağıldıqdan sonra çalışdıqları qəzetin adını 
dəyişərək “Karaçay” etmişdilər.
Şeirlərinə çoxlu mahnı bəstələnən şairin “Atamı sözü”(Ata sö- 
zü), “Güzgü”, “Çagadıla baliylə”(Albalı ağacları pöhrəliyir), “Şu- 
vuldayıla naratla”(Pəncərələr uğulduyur), “Sibü Nartlar”, “Kız- 
gan nal” (Qızaran nal-ildırım) şeir kitabları çap olunmuşdur.

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   144   145   146   147   148   149   150   151   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish