51
V BÖLÜM
RADİO XƏBƏRİN HAZIRLANMASI /
YAYIM JURNALİSTİ VƏ YA REPORTYOR
Reportyorların əsas işi xəbər hekayələri tapmaq,
səs yazmaq, tərtib etməkdir. Çox zaman yazdıqları
materialların audiomontajını da özləri edirlər. Hər bir
reportyor yaxşı yazmağı bilməli, sürətli və səliqəli
işləməlidir. Çox zaman onlar hadisə yerindən birbaşa
yayım edirlər.
Yayım jurnalisti və ya reportyorlar xəbər otaqlarının
meydandakı döyüşçüləridir.
Xəbərləri işıqlandırmaq,
hadisə yerindən xəbər hazırlamaq, hadisələrin
gedişatını işıqlandırmaq və s. Bu jurnalistlərin əsas
funksiyaları audio və
videomateriallar toplamaq
(sayt və ya səhifəyə yerləşdirmək üçün istifadə
oluna biləcək videomateriallar). Tələb edilən
keyfiyyətlər yaxşı mətn yazmaq bacarığı, xəbəri
qurmaq, diqqətlilik, davamlılıq, sürət və “radionu
düşünmək” (radioya uyğun materiallar hazırlamaq).
Radionun digər yaradıcı peşə sahiblərindən fərqli
olaraq, reportyorların işi studiyadan kənardadır. Bir
qismi isə bölgələrdə, başqa region və hətta
xarici
ölkələrdə fəaliyyət göstərir. Hətta daha böyük
radiostansiyaların regionlarda və xarici ölkələrdə
reportyorların effektli fəaliyyətini təmin etmək üçün
ofis saxlamaq təcrübəsi də məlumdur. Lakin xərclərin
daha az olması məqsədilə reportyorların öz evlərinin
bir otağında mini-ofis yaratmaları təcrübəsi də
məlumdur.
Radioreportyorun görməli olduğu işlər:
▪ Xəbər hekayələrini tapmaq və araşdırmaq, onları
müxtəlif auditoriyalar üçün hazırlayıb efirdə
oxumaq,
▪ Hadisə yerindən birbaşa yayım aparmaq,
əvvəlcədən yazılmış
proqramlar, fiçə və ya sənədli
verilişlər üçün material yazmaq və montaj etmək.
Radioreportyopra verilən tələblər:
1. Gözəl xəbər hekayəsini yaratmaq yollarını
anlamalı və zövqə, intuisiyaya sahib olmalısan,
2. Əla yazı və təqdimat vərdişlərin olmalı, məzmunu
müxtəlif auditoriyaların zövqünə uyğunlaşdırmağı
bacarmalısan,
3. Orijinal ideyalar yaratmalı və bu ideyaları
auditoriyaya çatdırmaq barədə kreativ-yaradıcı
düşünməlisən,
4. Səsdən radio üçün effektli istifadə etməyin
yollarını daim axtarmalısan,
5. Hər şeylə maraqlanmalı, suallar verməyə hazır
olduğun kimi DİNLƏMƏYİ də bacarmalısan
6. Təzyiq altında effektli və sakit işləməyi bacarmalı,
cəld reaksiya verməli, müəyyən müddət
daxilində- vaxt qıtlığı şəraitində işləməlisən,
7. Canlı reportaj və müsahibənin tələblərinin
öhdəsindən gəlməlisən,
8. Əlaqələr qurmaq,
insanlardan informasiya
almaq bacarığı ilə yanaşı,
diplomatiya,
empatiya
və səbrlə tamamlanmış yaxşı
kommunikasiya
vərdişlərinə sahib olmalısan,
9. Məxfiliyi qorumalı və informasiyanı izləməkdə
israrlı olmalısan, ideyaların proqram halına
salınması üçün qarşıya çıxan çətinliklərin
öhdəsindən gəlməli və böyük, daha təcrübəli
həmkarlarla məsləhətləşməlisən,
10. Hekayələrin, xəbərlərin emalı zamanı ədalətli
və balanslı olmaq şərtilə obyektivliyi təmin
etməlisən,
11. Çox yaxşı ümumi fon bilgilərinə
sahib
olmaq şərtilə xəbərlər və cari hadisələrlə
maraqlanmalısan,
12. Ən müxtəlif səsyazma avadanlığından istifadə
etməyi öyrənməli və müxtəlif
radio studiyalarda
işləməyi bacarmalısan,
13. Radio prodakşna dair hüquqi, etik normaları
bilməlisən,
14. Lazım gəldiyində lisenziyaları (musiqilərin və
cınqlların da müəlliflik hüququ bura daxildir)
almaq prosedurlarını bilməlisən,
15. Yayım, junalist qaynaqlarının qorunması, müəllif
hüquqları, diffamasiya və s. jurnalist fəaliyyət
baqlı bu tipli qanunvericilikdən xəbərdar
olmalısan,
16. Təhlükəsizlik qaydalarını və prosedurlarını
bilməlisən,
17. Güclü İT biliklərinə malik olmalı, mətnləri
emal etməyi bacarmalı, ideal halda isə
audio
materialların montajını bilməlisən,
18. Radio bazar haqqında biliklərin olmalı, başqa
stansiyalar, proqram tipləri, auditoriyadan yaxşı
baş çıxarmalısan.
Do'stlaringiz bilan baham: