50
Radionun redaktoru olsan, nələri etməlisən?
Redaktor bir və ya bir neçə xəbər buraxılışı üçün
xəbərlərin yayımlanması məqsədilə komandanın
işini istiqamətləndirir və nəzarət edir. Xəbər axışının
tənzimlənməsi, peşəkar jurnalistika prinsiplərinin və
standartlarının izlənməsi, yayım siyasətinin təşkili də
ilk olaraq onların öhdəsinə düşür. Reaktorlar hüquqi
və redaktə sorğuları üçün ilk instansiya rolu oynayır.
Əgər sən redaktorsansa, işlədiyin radiostansiyanın
strategiyasına aid olan bütün yerli, dini və milli
məsələlərdən xəbərdar olmalı, hədəf auditoriyanla
əlaqələr qurmalısan. Redaktorlar radiojurnalistlər
və reportyorlarla işləyən ilk instansiya olduğundan
orijinal ideyaların xəbərə və hekayəyə çevrilməsini
təmin etmək də sənin vəzifəndir. Təlimatlar, məhz
redaktor vasitəsilə jurnalistlərə ötürülür. Redaktor
olaraq jurnalistləri motivasiya etmək, onların
vərdişlərini inkişaf etdirmək, performanslarını
qiymətləndirmək sənin öhdənə düşür. Proqramın
büdcəsi, avadanlıq prioritetləri də sənin öhdəndədir.
Redaktor olsan belə, gərək olduğu zaman xəbər
yazmağı, təqdim etməyi, reportaj hazırlamağın tələb
edilə bilər. Redaktor işləməzdən əvvəl bir neçə il
yayım jurnalisti və reportyor kimi işləməyin vacibdir.
Bununla həm ixtisaslaşacaq, həm də rəhbərlik
etdiyin komanda üzvlərinin konkret nə ilə məşğul
olduqlardan xəbərdar olacaqsan. Radioda redaktor
olmağın ən uğurlu yolu radio jurnalist və reportyor
karyerasından keçir. Kiminsə fikirlərini və ideyalarını
mühakimə etməzdən əvvəl özün yaxşı media məhsul
yaratmağı bacarmalısan. Redaktor olaraq daim
məsləhətlər almaq, əlavə bacarıqlar formalaşdırmaq,
qısa kurslarda və təlimlərdə iştirak etməyi tövsiyə
edirik.
V BÖLÜM
RADİO XƏBƏRİN HAZIRLANMASI /
BÜLLETEN REDAKTORU
Xəbər bülletenlərinin hər saat başı efirə verilən
buraxılışlarının məzmunu və tam şəkildə hazırlanması
üçün məsul olan jurnalistdir. Onlar bütün bülletenin
məzmununu dərindən təhlil edir, oxuyur, düzəlişlər
edirlər. Gərək olarsa, xəbər lövhəsində dəyişikliklər
etməyə ixtiyarları var. Bülletenin redaktorunun başqa
vəzifələri də var:
▪ Təhlükəsizlik xidmətlərindən (yanğınsöndürmə,
təcili yardım və s.) əgər daha əvvəlki saatlarda bu
tip xəbərlər verilibsə, informasiyanı dəqiqləşdirmək
▪ Şərhləri yoxlamaq, aparıcı mətnlərinin redaksiya
siyasətinə və üslubuna uyğunluğunu yoxlamaq
▪ Xəbərlərdə etik və hüquqi məsələlərin gözlənməsini
iki dəfə yoxlamaq
▪ Xəbərlərin davamını izləmək (hadisələrin inkişafını),
ortaya çıxan yeni tərəflərin işıqlandırılmasına
nəzarət
▪ Xəbərlərin yenidən yazılması və təzələnməsi
▪ Xəbərlərin reportyorlar arasında bölünməsi
Do'stlaringiz bilan baham: