91
XI BÖLÜM
RADİO YAYIMININ HÜQUQİ VƏ ETİK TƏNZİMLƏNMƏSİ /
RADİOEFİR VƏ ETİK QAYDALAR
Bəziləri deyir ki, obyektiv olmaq mümkün deyil.
Hər kəs öz yaşına və yaşadığı mühitə uyğunlaşır,
ətrafı müəyyən zaman və mədəniyyət süzgəcindən
görür. Bu halda yalnız tanrı obyektiv ola bilər. Hətta
anlaşıyşlar və inamlar fərqli olsa da, yayımçılar həqiqəti
deməlidirlər. Burada obyektivlik həqiqətləri hətta
öz şəxsi dəyərlərimizə zidd olsa da, dəqiqliklə nəql
etmək deməkdir. Buna görə də fərdi motivasiya
çox önəmlidir: nəyə görə bu hekayəni bu yolla
gizlətməliyəm? Həqiqəti deyim, yoxsa söhbətə nöqtə
qoyum?
Hətta yaxşı məqsədlə olsa belə redaktor, prodüser
və ya müxbir şəxsi əqidə və maraqlarına görə ayrı-
seçkilik salmamalıdırlar. Siyasi, dini və iqtisadi
görüşlərə əsaslanan qərarlar dinləyicini sual qarşısında
qoyur. Qərəzsizlik moderator tərəfindən seçilmiş
və prodüserin əsaslandığı ideal olmalıdır, əks halda
etibarlılığa xələl gətirə bilər. Bugünkü dünyamızda da
bir nəfər üçün terrorist olan adam, digəri üçün azadlıq
uğrunda döyüşən bir insandır. Məlumatı ötürmək
üçün işlədilən dil də mübahisə doğura bilər. Məsələn,
prodüser ya neytral sözlərdən istifadə etməlidir, ya
da hadisənin faktiki nəticələrini təsvir etməyə fikrini
cəmləməlidir.
Cəmiyyətdə fikir ayrılığı çox, razılıq isə az olduqda
obyektivliyi qoruyub saxlamaq daha da çətin olur.
Son illərdə bu hal hər ölkədə yaşanır. Bütün bunlar
qərarların qəbul edilməsinə də təsir göstərir.
Obyektivliyə verilən uyğun parametrlərdən biri də
C.H.Boyerə məxsusdur:
▪ problemin müxtəlif tərəflərini göstərərkən balansı
qoruyub saxlamaq və qərəzsiz olmaq
▪ hesabatda dəqiqlik və onun reallığa əsaslanması
▪ aidiyyatı olan bütün əsas məsələləri vurğulamaq
▪ faktı şəxsi fikirdən ayırmaq, amma eyni zamanda
fikrin məsələyə aidiyyatı olduğunu göstərərək
müəllifin şəxsi münasibəti və ya fikrinin təsirini
azaltmaq
▪ yalançı və uyğun olmayan məqsədləri aradan
qaldırmaq
Bu o deməkdir ki, həqiqətə heç nə əlavə edilmir və ona
aid olan heç bir şey gizlədilmir. Təqdimatçının fikrinin
təsiri olmadan problem bütün hissələri və fərqləri
ilə təqdim olunur. Buna baxmayaraq, təqdimatçılar
insandırlar və onların da öz fikirləri var, onlar bu
fikirləri işlərinə təsir etməyə qoymurlar.
Keşikçi köpək
Bəzən medianı cəmiyyətin keşikçi köpəyi də
adlandırırlar. Çünki media çoxluqların adından
cəmiyyətdəki azlıqlara nəzarət edir, hakimiyyətdən
sui-istifadə və fərdlərlə ədalətsiz davranışın və
ifrat özbaşnalıqların qarşısını alır və bununla da
hakimiyyətin müstəqil, asılıqsız nümayəndəsi kimi
faydalı funksiya yerinə yetirir. Burada müstəqil
media demokratik institutlarla yanaşı gedir. Bu,
müəyyən insanlara tabe olan mətbuat və yayım üçün
çətinlik törədir. Düzgün nəzarət və əməl olunan etik
qaydalar dövlətin prioritetidir. Media cəmiyyət üçün
narazılıqları başa düşmək və onlar üzərində işləmək
üçün imkan yaradan məlumatları şərh və ətraflı təsvir
etməyi, bunu ictimai fikrə çatdırmağı bacarmalıdır.
Do'stlaringiz bilan baham: