89
XI BÖLÜM
RADİO YAYIMININ HÜQUQİ VƏ ETİK TƏNZİMLƏNMƏSİ /
İCTİMAİ VƏ ÖZƏL RADİOLARIN HÜQUQİ STATUSU
İCTİMAİ VƏ ÖZƏL RADİOLARIN HÜQUQİ STATUSU
Teleradio fəaliyyətinin Qanunda göstərilən əsas
prinsipləri bunlardır:
- informasiyanın əhatəliliyi, obyektivliyi, tamlığı,
doğru-dürüstlüyü;
- vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə
etməsi;
- ideoloji və siyasi plüralizm;
- tərəfsizlik və qərəzsizlik;
- insanların şəxsi həyatına müdaxilənin
yolverilməzliyi;
- milli-mənəvi dəyərlərin qorunması;
- peşə etikasına və əxlaq normalarına riayət edilməsi;
- proqramların keyfiyyətliliyi.
Qanun teleradio proqramlarına bu tələblərlə yanaşır:
Teleradio yayımı haqqında Qanununa görə, ekran-efir
üçün hazırlanan proqramlar aşağıdakı əsas tələblərə
cavab verməlidir:
- maarifçilik və mədəniyyət məsələlərinə üstünlük
verilməli, proqramların tarazlaşdırılması yolu
ilə efirin kommersiya, informasiya, yaxud digər
eynitipli verilişlərlə yüklənməsinin qarşısı
alınmalıdır;
Qanun teleradioların dörd növünü – dövlət, bələdiyyə,
özəl və ictimai növlərini müəyyən edir. Dövlət
yayımçısı adı altında iki televiziya və radio şirkəti
fəaliyyət göstərir. Azərbaycan Dövlət Teleradio
Verilişləri Şirkəti (AzTV) və Naxçıvan Muxtar
Respublikasının Dövlət Televiziyası. Azərbaycan Dövlət
Teleradio Verilişləri Şirkəti ölkənin ən birinci yaradılmış
televiziyası və radiosudur.
Azərbaycanda mülkiyyət hüququna görə
radioyayımçılar üç yerə bölünür:
a) dövlət radiosu (faktiki olaraq dövlət büdcəsindən
maliyyələşən, amma hüquqi stasuna görə, qapalı
səhmdar cəmiyyəti (QSC) kimi fəaliyyət göstərən
yayımçı;
b) dövlət büdcəsindən maliyyələşən ictimai yayımçı;
c) özəl yayımçılar. Birincidən fərqli olaraq, həm
ictimai yayımçı, həm də özəl yayımçıların fəaliyyəti
konkret qanun əsasında tənzimlənir.
- hər kəsin öz fikir və baxışlarını sərbəst şəkildə ifadə
etmək hüququna şərait yaradılmalıdır, bu şərtlə ki,
informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi,
tam və doğru-dürüstlüyü prinsiplərinə əməl
olunsun;
- insanların şərəf və layəqətinin alçaldılmasına,
işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli,
şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası
ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına
hörmətlə yanaşılmalıdır;
- faktlar və hadisələr ədalətli şərh olunmalı,
birtərəfliliyə yol verilməməlidir;
Teleradio yayımçısı növlərindən biri olan ictimai
yayımçı “İctimai televiziya və radio yayımı haqqında”
qanuna (2004) əsasən, fəaliyyət göstərir. Postsovet
ölkələrdə ictimai yayım xidmətləri hökumətin media
üzərində monopoliyasını aradan götürmək məqsədilə
yaradılıb. Hökumətin əlində olan televiziya və radio
kanallarının ictimai yayım xidmətinə çevrilməsi
ölkənin demokratikləşməsi yönündə atılmalı olan əsas
addımlardan biri sayılır. Təsadüfi deyil ki, Azərbaycan
Avropa Şurası üzvlüyünə qəbul edilərkən (2001)
hökumətin öz üzərinə götürdüyü əsas öhdəliklərdən
biri də ictimai yayım xidmətinin yaradılması olmuşdur.
Do'stlaringiz bilan baham: