96
jurnalist isə şərhçi kimi çıxış edə bilməz. Razılaşın ki,
əyləncəli verilişin aparıcısı «Xəbərlər» proqramını apara
bilməz və əksinə. Bunlar iki müxtəlif janrdır, onları
qarışdırmaq dinləyici inamını məhv etmək deməkdir.
Bir də unutmaq olmaz ki, bu şərhlər müəllifin
subyektiv fikirləri olsa belə, faktlar və həqiqət təhrif
olunmamalıdır, kifayət qədər geniş fikirlər spektri və
müxtəlif nəzər nöqtələri təqdim edilməlidir.
Sifariş materiallarının, gizli reklamların hazırlanması
qəti yolverilməzdir. Özünüzü xülyalarla aldatmayın
ki, bu yenilikdir, heç yerdə eşidilməyib. Eşidilib, özü
də necə! Əgər verilişiniz reklam xarakterlidirsə –
həqiqəti söyləyin ki, veriliş kommersiya məqsədlidir,
Sizi anlayacaqlar, şöhrətinizə xələl gəlməyəcək.
Aldatmayın! Sonra doğru faktları söyləyəcəksiniz,
amma Sizə heç kəs inanmayacaq. “Yalançının evi yandı,
heç kim inanamadı” misalını xatırlayın.
Peşə etikasına sadiqlik.
Jurnalist peşəsində bu ən
başlıca prinsiplərdən biridir. Burada söhbət təkcə pulla
və ya «qiymətli hədiyyələrlə» ələ almadan getmir.
Belə şəraitdə hansı etikadan (qanunlara riayət etməyə
bərabər tutulan) söhbət gedə bilər. Burada o qədər də
nəzərə çarpmayan şeylər nəzərdə tutulur. Deyək ki,
furşetlər, tanışlıq səyahətləri, təqdimetmə mərasimləri
və.s. Sadəcə, dəvətlə razılaşmalı ya yox düşünərkən,
nə üçün dəvət aldığınızı fikirləşməyə dəyər. Çox
halllarda belə tədbirlərin məramı xoşagələn imic
yaratmaqdır, PR isə jurnalistin işi deyil.
Hətta, yüz faiz əmin olduqda belə ki, təşkilatçılar
səmimiyyətlə sizin ac olduğunuzun qayğısına qalırlar,
sadəcə sizə öz ürək açıqlığını nümayiş etdirmək,
arzuladığınızı sizə göstərmək istəyirlər, fikirləşin:
birdən «qəbul edənlər tərəfinə» dolaşıq sual vermək
istəsiniz və ya, deyək ki, onların mövqeyini tərəddüdlə
qarşıladınız, bunu edə biləcəksinizmi, bu nə qədər
təşkilatçılara qarşı əxlaqi sayıla bilər. Əgər, tədbirdə
belə sualların verilməsi istisna edilirsə, bəlkə də, oraya
getməyə dəyər. Əks təqdirdə jurnalist müstəqilliyini
necə qorumalı?... Məhz buna görə Qərbdə bir çox
redaksiyalarda «dəmir» qaydalar qoyulub: redaksiya
işləri ilə bağlı səyahət və yemək xərcləri yalnız
redaksiyanın və şəxsin öz hesabına ola bilər. Əgər,
materialı özün əldə etmisənsə, onu ümumi tanışlıq
səyahətlərində köçürməmisənsə, onun dəyəri
ölçüyəgəlməyəcək dərəcədə yüksəlir.
Do'stlaringiz bilan baham: