Radio jurnaliSTİKA



Download 3,35 Mb.
Pdf ko'rish
bet130/132
Sana13.04.2022
Hajmi3,35 Mb.
#549442
1   ...   124   125   126   127   128   129   130   131   132
Bog'liq
Azerbaijan. Radiojournalism

Müsahibə haqqı.
90-cı illərin ortalarıında Şərqi 
Avropanın keçmiş sosialist ölkələrində belə bir əqidə 
qalmaqda idi ki, Qərbdə jurnalistlər müsahibəyə 
görə haqq ödəyirlər. Əlbəttə, bu, yanlış təsəvvürdür, 
müstəqil redaksiyalarda işləyən jurnalistlər bir qayda 
olaraq müsahibəyə görə ödəmirlər. Bu etik davranış
sayılmır, çünki belə halda oxucuda (dinləyicidə, 
izləyicidə) müsahibə verən şəxs aldığı pula görə 
jurnalistin ondan xahiş etdiyini söyləmirmi? – sualı 
yarana bilər. Bir də iştirakçının müsahibəyə görə 
yox, özünün nəyə isə ekspert rəyini verdiyi, yəni
proqram (məqalə) üçün faktiki iş gördüyü, həmçinin 
bəzi materiallar – fotoşəkillər, qeydlər təqdim etdiyi 
məqamlarda müstəsna hal kimi pul tələb edə bilər.
Siz informasiya mənbəyinə haqq ödədiyiniz halda 
da həmin etik problem yarana bilər. Həmişə bu 
haqda düşünməyə dəyər: mənbədən verilən 
məlumat dəqiqdirmi? Yaxud bu informasiya əlavə 
“pul qoparmaq” üçün deyil ki?! Bəlkə, sadəcə qiymət 
qaldırmaq istəyir? Belə hallarda bu məlumatları ciddi 
şəkildə yoxlamaq lazımdır.
Yanlış məlumatların düzəldilməsi. 
Etiraf edək ki, 
səhv etmək insanın xüsusiyyətidir, hətta ən yaxşı, ən 
vicdanlı jurnalist belə dəqiq olmayan yanlış məlumat 
dərc etməkdən sığortalana bilməz. Sözsüz ki, ən 
yaxşısı bunun baş verməməsidir, əgər bu baş verərsə, 
tələb olunan etik jest belədir: səhvi, mötəbər olmayan 
məlumatı ləngimədən düzəltmək lazımdır. Əgər 
münasibdirsə, nə üçün səhvə yol verildiyini izah etmək 
və üzr istəmək vacibdir. Düzəliş efirdə (və ya uyğun 
olan yerdə) yaxud dəqiq məlumat dərc edilməyən 
qəzet səhifəsidə verilməlidir.
Cavab hüququ. 
Jurnalistikada ünvanına tənqid 
söylənilən hər bir şəxsin cavab vermək imkanı olmalıdır 
və bu imkan tənqid edənin imkanları ilə eyni olmalıdır.
Həqiqət və obyektivlik tələb edir ki, bu silsilə 
verilişlərin bir proqramı və seriyası çərçivəsində 
edilsin. Əgər, biz problemı dərindən və obyektiv tədqiq 
ediriksə, bütün dəlillər və mövqelərə – həm «lehinə», 
həm də «əleyhinə» - diqqətlə baxılmalıdır. Tutaq ki, bu 
və ya digər səbəblərdən biz bunu edə bilmirik, ancaq 
problem o qədər əhəmiyyətlidir ki, onun haqqında 
danışmamaq olmaz. Belə hallarda biz tənqid edənə və 
tənqid olunana eyni imkanları yaratmağa borcluyuq. 
İnsan ləyaqətinə hörmət. Bu sual iki hissəyə bölünür– 
dinləyicilərin (tamaşaçıların, oxucuların) ləyaqətinə 
hörmət və haqqında material hazırladıqlarımızın 
ləyaqətinə hörmət.
Əgər biz öz auditoriyamız haqqında danışırıqsa, 
unutmamalıyıq ki, buraya müxtəlif xarakterli, müxtəlif 
əqidəli insanlar daxildir. Onların bəziləri bizimlə 
həmrəydir, bəziləri isə yox. Hamını razı salmaq bizim 
vəzifəmizə daxil deyil. Ancaq material hazırlayan 
jurnalist özündən hökmən soruşmalıdır – bu material 
kimin üçünsə təhqiredici olmayacaq ki?
XI BÖLÜM
RADİO YAYIMININ HÜQUQİ VƏ ETİK TƏNZİMLƏNMƏSİ / 
XARİCİ RADİOLARIN ETİK TƏNZİMLƏMƏ TƏCRÜBƏSİ



Download 3,35 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   124   125   126   127   128   129   130   131   132




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish