MAKROIQTISADĠYYAT
XVIII FƏSĠL. MAKROĠQTĠSADĠYYATA GĠRĠġ
§1. Makroiqtisadiyyatin tədqiqat predmeti
305
Makroiqtisadiyyat-iqtisadi nəzəriyyənin, iqtisadiyyatın
bütövlükdə fəaliyyət mexanizmini öyrənən hissəsidir.
Makroiqtisadiyyatın tədqiqat obyekti bütün təsərrüfat üzrə
yekun, ümumiləşdirilmiş göstəricilərdir. Milli sərvət, ümumi
milli və ümumi daxili məhsul, milli gəlir, məcmu dövlət və
özəl investisiyaları, tədavüldə pulların ümumi miqdarı,
həmçinin makroiqtisadiyyat ölkə üzrə orta gəlirlər, orta əmək
haqqı, inflyasiyanın səviyyəsi, məşğulluq, içtimai əmək
məhsuldarlığı kimi orta iqtisadi göstəriciləri öyrənir və tədqiq
edir. Eyni zamanda makroiqtisadiyyatın predmeti iqtisadi
artımın ümumiləşdirilmiş göstəriciləri, ölkə iqtisadiyyatını
səciyyələndirən kəmiyyətlərin artma, yaxud azalma templəri və
onda baş verən iqtisadi proseslər və quruluş dəyişiklikləridir.
Makroiqtisadiyyatın müstəqil bir fənn kimi formalaşması
C.M.Keynsin adı ilə bağlıdır. İqtisadi nəzəriyyənin müstəqil
hissəsi olan makroiqtisadiyyatın formalaşmasında XX əsrin 20-
30-cu illərindəki iqtisadi dəyişikliklərin və o cümlədən, Böyük
tənəzzülün güclü təsiri olmuşdur. C.M.Keynsin ―Məşğulluq,
faiz və pulun ümumi nəzəriyyəsi‖ əsərində makroiqtisadi
problemlərin
öyrənilmə
mexanizmini
aşağıdakı
kimi
göstərmişdir:
1.
Məşğulluq səviyyəsini müəyyənləşdirən amillərin
aşkar edilməsi;
2.
İşsizliklə mübarizə metodlarının müəyyənləşdiril-
məsi;
3.
Pulun rolunu və pula tələbi müəyyənləşdirən
amillərin öyrənilməsi;
4.
Nemətlər və pul bazarları arasında qarşılıqlı əlaqəni
təmin edən əsas vasitəçi kimi faiz dərəcəsinin rolunun təhlil
edilməsi.
İqtisadi
nəzəriyyənin
müstəqil
bölməsi
olan
makroiqtisadiyyat mikroiqtisadiyyatdan azı yarım əsr gec
306
formalaşmış, lakin bu iki elmlər qarşılıqlı əlaqəli və bir-birilə
kifayət qədər sıx bağlıdır. Mikroiqtisadiyyatla makroiq-
tisadiyyatın tədqiqat predmetləri və metodları arasında xeyli
fərq vardır. Mikroiqtisadiyyatda ayrılıqda götürülmüş bazarda
qiymətin müəyyənləşdirilməsi mexanizmi, istehlakçının
davranışı və istehsalçının istehsalın həcmi barədə qərar qəbul
etməsinin motivləri öyrənilir. Makroiqtisadiyyatda isə iki əsas
bazar: əmtəə və xidmətlər və pul bazarı nəzərdən keçirilir.
Makroiqtisadiyyat əsasən müvazinətin pozulmasının nəticə-
lərini öyrənir, onları qiymətləndirir, onların mənfi təsirinin
azaldılması üsullarını təklif edir. Makroiqtisadiyyat iqtisadi
nəzəriyyənin mikroiqtisadiyyatından tamamilə ayrı-ayrı olan,
təcrid olunmuş hissəsi deyil. Makro və eləcə də
mikroiqtisadiyyatda dövlət, firmalar, ev təsərrüfatları
subyektləri fəaliyyət göstərir. Onların fəaliyyətləri, qəbul
edilmiş ümumi qərarların nəticələri yalnız ayrı-ayrı
subyektlərin iqtisadi fəaliyyətinə deyil, həm də bütövlükdə
iqtisadiyyata təsir edəcək. Məsələn, istehsalın azalması
şəraitində investisiyalar üçün həvəsləndirmə olmur. Firma üçün
daha az həcmdə gəlirin yeni maksimum nöqtəni tapması
bütövlükdə iqtisadiyyatda milli istehsalın azalması ev
təsərrüfatlarının daha az gəlir əldə etmələri iqtisadiyyatda
istehsal olunmuş əmtəələrin bir hissəsinin satılmaması
deməkdir. Buna görə də makroiqtisadi tədqiqatlarda
mikroiqtisadi problemlər də özünə yer alır.
Bütövlükdə makroiqtisadiyyatda aşağıdakı əsas tədqiqat
istiqamətlərini fərqləndirmək olar:
1)
İstehlak nəzəriyyəsi istehlakçı xərclərinin dinami-
kasını müəyyənləşdirən əsas amili fərqləndirir.
2)
İnvestisiya qərarları qəbul edilməsi nəzəriyyəsi
iqtisadiyyatda tələblər həcminin dəyişməsi haqqında
qərarların qəbul eidilməsində xüsusi firmaların maraqları
nədən ibarətdir, sualına cavab verir.
307
3)
Pul nəzəriyyəsi pula tələbin nə ilə müəyyənləşməsi
və müasir iqtisadiyyatda pulun rolu necədir, suallarına cavab
verir.
4)
Məşğulluq nəzəriyyəsi yol verilən işsizlik
səviyyəsini, məcburi işsizliyin səbəblərini, işsizliyin ÜDM-
in dinamikasına təsirini öyrənir.
5)
İqtisadi artım nəzəriyyəsi iqtisadi artımın optimal
tempini, onun mənbə və nəticələrini müəyyənləşdirir.
İqtisadiyyat inkişaf xarakteri daşıdığından makroiqtisadiyyat
iqtisadiyyatın keyfiyyətcə yeni mərhələyə keçməsi şərtlərini,
yəni iqtisadi artım şərtlərini aşkarlamalıdır.
6)
İqtisadi tsikllər nəzəriyyəsi inkişafın fazalarının,
onların parametrlərini, böhranlı hadisələrinin yaranma
səbəblərini təstiq edir.
7)
İqtisadi siyasət nəzəriyyəsi. Makroiqtisadiyyatda
prinsipial məsələlər həll olunur: dövlət iqtisadiyyatı
tənzimləməlidirmi, iqtisadiyyatı dövlət tənzimləməsinin
prinsipləri, metodları və hədləri necədir.
8)
Beynəlxalq iqtisadiyyatın nəzəriyyəsi. XX əsrin 90-
cı illərinin sonunda qlobollaşma problemlərinin tədqiqi
xüsusi rol oynamağa başaldı.
9)
Keçid
iqtisadiyyatı
nəzəriyyəsi.
Makroiqtisadiyyatın bu bölməsinin yaranması keçmiş
sosialist ölkələrində ―yeni‖ iqtisadiyyatın formalaşması ilə
bağlıdır.
İlk iki problem daha çox mikroiqtisadi səciyyəli olsa da
mikroiqtisadi konsepsiyalar onların zəminində formalaşır.
Keçid iqtisadiyyatı nəzəriyyəsi müstəqildir və müəyyən
iqtisadiyyat tipinə aiddir. Bununla belə o, bütün əvvəlki
problemləri özündə ehtiva edir və onların həllini təklif edir.
Bütün bu sadalanan tədqiqat istiqamətləri təcrid
olunmuş səciyyəli deyil. Onların həll variantları qarşılıqlı
308
əlaqədar olmalıdırlar ki, bütün iqtisadiyyatın fəaliyyət
konsepsiyası siyasi formalaşa bilsin.
Milli iqtisadiyyatın quruluşu mürəkkkəb olduğu üçün,
onun inkişafı yalnız artımdan ibarət deyil, bütün
iqtisadiyyatlarda həm də tənəzzül var. Mikroiqtisadiyyatın
qarşısında iqtisadiyyatda yarana biləcək ümumi tarazlığın
şərtlərini müəyyənləşdirmək məsələləri durur. Bunun üçün
əsas problemlər: istehlak, investisiyalar, dövlətin müdaxiləsi,
işsizlik, faiz dərəcəsi, qiymət səviyyələrinin dəyişdirilməsi
və s. arasındakı qarşılıqlı əlaqəni aşkar etmək lazımdır.
Nəticədə iqtisadiyyatın vahid iş mexanizmi yaradılmalıdır.
Mikro- iqtisadiyyatda o, konsepsiya şəklində təzahür edir.
İqtisadiyyatın fəaliyyət konsepsiyası bir neçə
problemin həllindən ibarət olmalıdır. Bu problemərə
daxildir:
Milli
məhsulun
dəyər
etibari
ilə
qiymətləndirilməsi;
Məşğulluğun optimal səviyyəsinin əldə olunması;
İnflyasiya;
İqtisadi artım;
İqtisadi tsikl;
Dövlət siyasəti, onun istiqamətləri və səmərəliliyi.
Bir elm kimi makroiqtisadiyyat müxtəlif məktəblərlə
təmsil olunub və onların nümayəndələrinin əsas problemlərə
baxışları fərqlidir. Makroiqtisadi tədqiqatların mikroiqtisadi
tədqiqatlardan bir fərqi də bundadır.
Beləliklə, makroiqtisadiyyatın əsas problemi əsas bazar
iqtisadiyyatının fəaliyyət göstərməsi üçün müxtəlif
məktəblərin nümayəndələrinin nəzəri baxışlarına əsaslanan
bitkin konsepsiyanı yaratmaqdan ibarətdir.
Makroiqtisadiyyatda tədqiqatın xüsusiyyəti eyni bir
problem üzrə bir neçə baxışın və ya modelin olmasındadır.
309
İqtisadiyyatın fəaliyyət göstərməsi, onun problemləri və
onların həlli barədə əsas alternativ təsəvvürlər müxtəlif
məktəblərdə formalaşıb. Ən dəyərli nəzəri konsepsiyalar
aşağıdakılardır:
Neoklassik;
Keynsçi;
Monetarist;
İnstitusional.
Məhz bu məktəblər arasında tədqiqatın ilkin verilənləri,
iqtisadiyyatın fəaliyyət göstərməsi, ayrı-ayrı bazarların
qarşılıqlı əlaqəsinin qanunauyğunluqlarının aşkarlanması və
onlar arasındakı əlaqənin xarakteri, iqtisadi siyasətin
aparılması və perioritetləri haqqında təsəvvürlər xeyli
fərqlənirlər.
Do'stlaringiz bilan baham: |