Азярбайъан кооперасийа университетинин дярсликляри


§2. Mikroiqtisadi tənzimləmədə menecmentin



Download 5,45 Mb.
Pdf ko'rish
bet118/276
Sana15.12.2022
Hajmi5,45 Mb.
#886707
TuriDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   276
Bog'liq
Azf-266611

 
§2. Mikroiqtisadi tənzimləmədə menecmentin 
və marketinqin rolu 
 
Firma strategiyasının tərkib hissələrindən biri də 
menecmentdir. Menencment əsas məqsədi, firmanın yüksək, 
maksimum mənfəətini və rəqabət qabiliyyətini təmin etməkdir. 
Menecment istehsalının səmərəliliyinini təmin edilməsinin 
prinsip və metodlarının məcmusu kimi çıxış edir. Menecmentin 
əsasını istehsalın səmərəliliyinin yüksəldilməsi metodlarını 
işləyib hazırlamaq və onları reallaşdırmaq təşkil edir. 
Əsas məqsədə çatmaq üçün menecment aşağıdakı 
vəzifələri yerinə yetirir: 
1.
Firmanın ümumi məqsədinin müəyyən edilməsi. Bu 
məqsəd daim konkretləşir və daha xırda məqsədlərə ayrılır ki, 
bu, xırda məqsədlər firmanın ayrı-ayrı bölmələri tərəfindən 
yerinə yetirilir. Ümumi məqsədin müəyyən edilməsi avtoritor 
idarə sitemində olduğu kimi, idarəedici (menecer) tərəfindən 
müəyyən edilir və müxtəlif bölmələr onun göstərişlərini yerinə 
yetirirlər. Bundan fərqli olaraq, yapon firmalarında tətbiq 
olunan ―rinqi‖ sistemində idarə edən (menecer) xüsusi sənəd 
―rinqse‖ hazırlayır və onu yerinə yetirməli olan bölmələrin 
rəhbərlərinə göndərir. Onlar həmin problemi və onun yerinə 
yetirilməsi sistemi ilə tanış olurlar. Sonra onlar bu tədbirlər 
haqqında öz təkliflərini və qeydlərini idarəetmənin yuxarı 
pillələrinə ötürürlər. Son nəticədə idarəetmənin (menecerin) 
qəbul etdiyi qərar onu yerinə yetirəcəklərin rəyləri əsasında 
qəbul olunur. Bu sistemdə qərarın qəbul edilməsində, 
idarəetmənin orta mərhələsinin hüquq və məsuliyyəti daha 
mühüm olur. 


300 
2.
Xarici mühitin təhlili. Belə ki, firma onu əhatə edən 
xarici mühiti dəyişə bilmədiyi üçün, ona uyğunlaşmalıdır. 
Firmanı əhatə edən xarici mühitə aşağıdakıları misal göstərmək 
olar: 
a)
demoqrafik amillər (əhalinin sayı, quruluşu); 
b)
iqtisadi yüksəliş və enmələr; 
c)
siyasi sabitlik. 
Bu amillər firmanın fəaliyyə göstərdiyi bazara və onun 
vasitəsilə firmanın fəaliyyətinə təsir göstərir. Xarici mühit 
təhlil edilərkən xarici ölkələrdəki rəqiblərin fəaliyyəti də nəzərə 
alınmalıdır. 
3.Proqnozlaşdırma və planlaşdırma. Bunlar yaxın və uzaq 
gələcəkdə istehsalın əsas istiqamətlərini müəyyən etməkdə 
mühüm rol oynayır. Planlaşdırma idarəetmədə qəbul edilmiş 
hər bir qərarı əsaslanmağa imkan verir . 
4.
Menecmentin yerinə yetirməli olan vəzifələrindən biri 
də nizamlamadır. Firmanın fəaliyyətində yaranan kənarlaş- 
maların nizamlanması zəruri şərtdir. 
5.Nəzarət vəzifəsi-firma işçilərinin öz vəzifə borclarının 
vaxtında və keyfiyyətlə yerinə yetirməsin nəzərdə tutur. 
6.Həvəsləndirici vəzifəsi müəsisə kollektivinin firmanın 
son məqsədinə çatmaq üçün maddi və mənəvi maraqlan- 
dırılmasını nəzərdə tutur. Menecmentin bu vəzifəsi xüsusi 
əhəmiyyət kəsb edir. Çünki hər bir firmanın fəaliyyəti orada 
çalışan insanların işgüzarlığı, onların işə və bir-birlərinə olan 
münasibətindən asılıdr. Buna görə də firmanın ümumi 
maraqları ilə hər bir işçinin maraqlarının uyğunlaşdırılması 
fəaliyyətin daha səmərəli olmasına şərait yaradır. Bunların 
maraqlarının uyğunlaşmaması, isə firmanın ümumi fəaliy- 
yətinə, onun əsas məqsədinə mənfi təsir göstərir. 
Firmanın maksimum mənfəət əldə edilməsi prosesində 
işçinin maddi və mənəvi maraqlandırılması və onların inkişafı 
üçün normal şəraitinin yaradılması mühüm rol oynayır. 


301 
Iqtisadi inkişaf səviyyəsi aşağı olan ölkələrdə əhalinin gəlirləri 
az olduğu üçün, maddi maraqlandırma daha mühüm əhəmiyyət 
kəsb edir. Yüksək gəlirli ölkələrdə isə onların inkişafı üçün 
normal şəraitin yaradılması əsas rol oynayır. Deməli, 
mikroiqtisadi 
tənzimləmə 
prosesində 
işçinin 
əməyə 
həvəsləndirilməsi mühüm rol oynayır. 
Mikroiqtisadi tənzimləmə prosesində mühüm rol oynayan 
menecment öz vəzifələrini menecerlər vasitəsilə reallaşdırır. 
Onlar idarə etdiyi firma, təşkilat, bölmə və s. fəaliyyətini
planlaşdırır, idarə edir, ona nəzarət edir. Menecerlərin sayı 
firma işçilərinin ümumi sayının 8-15%-nə qədərini əhatə edir. 
Mikroiqtisadi tənzimləmədə menecmentlə yanaşı, 
marketinq də müəyyən rol oynayır. Marketinq-istehsalını 
təşkili, məhsulun satışı və konkret bazarın öyrənilməsinin 
kompleks sistemidir. Marketinqin də əsas vəzifəsi menencment 
kimi, firma üçün maksimumum mənfəətin əldə edilməsini 
təmin etməkdən ibarətdir. Bu məqsədlə, marketinq öz 
fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir: 
a)
konkret bazarı hərtərəfli, kompleks öyrənir; 
b)
bazarın tələbatına müvafiq olaraq, müəyyən məhsul
növlərinin istehsalını təşki edir; 
c)
bazar şəraitindən asılı olaraq qiymət siyasətini
müəyyən edir; 
d)
satışı həvəsləndirmə tədbirlərini və satışdan sonrakı 
xidməti təşkil edir və sairə. 
Marketinqin bu vəzifələri marketinq fəaliyyətinin 
istiqamətlərini müəyyən edir. Bazarın konkret vəziyyətindən 
asılı olaraq, firma marketinqin müxtəlif növlərindən istifadə 
edir: 
- məhsulun keyfiyyətindən asılı olmayaraq, ona tələb 
yoxdursa, tələb yaratmaq məqsədi ilə marketinq xidməti 
konversion marketinqindən istifadə edir; 


302 
- məhsula tələb az olduqda isə tələb yaratmaq və ya təələbin 
təzahürü üçün şərait yaratmaq məqsədilə həvəsləndirici 
marketinqdən istifadə olunur; 
- məhsula potensial tələb olduqda, onu real etmək üçün 
məhsulun keyfiyyətini yüksəltmək məqsədilə genişləndirən 
marketinqdən istifadə olunur; 
- bazarın müəyyən növ məhsulla doyması nəticəsində ona tələb 
azaldıqda, tələbi artırmaq üçün remarketinq növündən istifadə 
olunur; 
- mövsümdən və konyukturadan asılı olaraq məhsula tələb 
tərəddüd etdikdə, sinxromarketinq növündən istifadə olunur. 
Bu halda, satış tələbin tərəddüdlüyünə uyğun olaraq stabilləşir; 

tələbə müvafiq satışı saxlamaq üçün köməkedici 
marketinqdən istifadə olunur; 
- tələb istehsal imkanlarından yüksək olduqda tələbi azaltmaq 
üçün demarketinqdən istifadə olunur. Bu məqsədlə qiymət 
artırılır, reklam dayandırılır; 
- tələb yüksək olduqda, onu minimuma endirmək məqsədi ilə 
əks-təsir göstərən marketinq növündən istifadə olunur. Bunun 
üçün istehsal və satış azaldılır; 
- xarici bazarı kompleks öyrənmək, orta və uzun müddətə 
məhsul 
ixracı 
proqramını 
hazırlamaq 
üçün 
ixrac 
marketinqindən istifadə olunur. 
Əvvəllərdə öyrəndiyimiz kimi, marketinq müəyyən 
mənada istehsalın fəlsəfəsidir və tamamilə bazarın tələblərinə 
tabe olur. Bazarın tələbləri isə elmi-texniki və sosial amillərin 
təsirindən daim dəyişilir. Buna görə də marketinq firmaya 
maksimum mənfəət gətirən üsulları axtarıb tapmalı, səhvlərin 
risklərini azaltmalı, firmanın dayanıqlı inkişafı üçün şəraitin 
yaradılmasına xidmət etməlidir. 

Download 5,45 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   114   115   116   117   118   119   120   121   ...   276




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish