VII FƏSIL. MIKROĠQTĠSADĠ TƏNZĠMLƏMƏ
296
§1. Mikroiqtisadi tənzimləmənin zəruriliyi və mahiyyəti
Bazar iqtisadiyyatının əsas subyekti olan firma
(müəssisə) özünün işgüzar fəaliyyətində digər iqtisadi
subyektlərlə müəyyən iqtisadi və digər əlaqələrə girir. Bu
əlaqələr özünə lazım olan istehsal vasitələri və xidmətləri satın
aldıqda, öz məhsullarını reallaşdırdıqda və s. yaranır. Cəmiyyət
inkişaf etdikcə, istehsalın miqyası genişləndikcə bu əlaqələr
çoxalır və mürəkkəbləşir. Belə bir şəraitdə firmanın bazarda
davranışı mikroiqtisadi tənzimləmə mexanizmi vasitəsilə
həyata keçirilir. Bu mexanizm istər firma daxilində, istərsə də
firma ilə digər firmalar, dövlət və əmək kollektivi arasında
yaranan əmək, əmlak və digər münasibətləri tənzimləyən
təşkilati, iqtisadi və hüquqi normaları özündə əks etdirir.
Mikroiqtisadi tənzimləmə dedikdə, firma kollektivinin
fəaliyyətinin qarşıya qoyulan məqsədə çatmaq istiqamətinə
yönəldilməsi nəzərdə tutulur. Bu məqsədlə, əsasən məcburetmə
və iqtisadi həvəsləndirmə prinsipindən istifadə olunur.
Müxtəlif iqtisadi sistemlərdə həmin prinsiplərdən bu və ya
digərinə daha çox üstünlük verilir. Məsələn, inzibati-amirlik
sistemində məcburetməyə üstünlük verildiyi halda, bazar
sistemində iqtisadi həvəsləndirməyə daha çox üstünlük verilir.
İnzibati-amirlik sistemində təsərrüfatçılıq münasibətlərinin
təşkili mərkəzləşdirilmiş qaydada həyata keçirildiyi halda,
bazar sistemində qeyri-mərkəzləşdirilmiş qaydada həyata
keçirilir.
Real həyatda tətbiq olunan bu prinsiplər bir tərəfdən
iqtisadi azadlığın genişlənməsinə, digər tərəfdən isə onun
dövlət tərəfindən məhdudlaşdırılmasına səbəb olur. Bazar
sistemində firmanın fəaliyyətini bazar tənzimləyir, bazarın
fəaliyyətini isə müəyyən vasitələrlə dövlət tənzimləyir. Bu o
deməkdir ki, firmanın fəaliyyətinə dövlətin müdaxiləsi
minimum həddə olur. Dövlət yalnız firma öz məqsədlərindən
297
çox kənarlaşdığı halda onun fəaliyyətinə müdaxilə edir. Bu
müdaxilə yalnız dövlətin mənafeləri deyil firmaların da
mənafelərinə uygun həyata keçirilir.
Beləliklə, mikroiqtisadi tənzimləmə mexanizmi vasitəsilə
yalnız dövlətlə firmalar arası və firma daxili iqtisadi
münasibətlər deyil, ictimai istehsalın məqsədi də reallaşmış
olur. Bu reallaşma nəticəsində bir tərəfdən firma öz məqsədinə
çatır, maksimum mənfəət əldə edir, digər tərəfdən isə əhalinin
tələbatları ödənilir, onların rifahı yüksəlir. Firmanın (öz
məqsədinə)-yüksək mənfəət əldə etmək məqsədinə çatmaq
üçün, onun davranışının cari və uzunmüddətli iqtisadi
siyasətini fərqləndirmək lazımdır. Cari dövrdə firmanın seçim
azadlığı çox məhduddur. Belə ki, onun fəaliyyəti əvvəllər
bağlanmış müqavilələr və digər öhdəliklərlə, investisiya və
innovasiya üzrə qəbul edilmiş qərarlarla məhdudlaşır. Digər
tərəfdən, firmanın istehsal imkanları onun malik olduğu
istehsal gücləri, avadanlıqlar və texnologiya ilə məhdudlaşır.
Uzummüddətli dövrdə isə firma öz fəaliyyətinin müxtəlif
sahələri üzrə yeni qərarlar qəbul edə bilər. Bu dövrdə
firmadaxili tənzimləmə, əsasən, firma üçün yüksək mənfəət
təmin edən tədbirləri əhatə edir. Bu tədbirlər firma
fəaliyyətinin səmərəli olmasını təmin edən şəraitin
yaradılmasına yönəldilir.
Firmanın
fəaliyyət
strateqiyası
təsərrüfat-iqtisadi,
inzibati, hüquqi və mənəvi-psixoloji vasitələri özündə
birləşdirir. Firmanın strategiyası iqtisadi kateqoriya kimi
resursların (əmək, kapital, material məsrəfləri və s.) idarə
olunması kimi də nəzərdən keçirilir. Tədqiqatçıların fikrincə,
istehsal həcminin iki dəfə artması, məhsul vahidinə xərclərin
20% azalmasına səbəb olur. Bu nəzəriyyəyə görə, istehsalın
həcmini artırmaqla firmanın bazarda çəkişinin artması yüksək
gəlirin əldə edilməsinə və firmanın rəqabət qabiliyyətinin
artmasına səbəb olur. Bundan başqa, son hədd faydalılığı, son
298
hədd xərcləri, tələb və təklif və başqa nəzəri baxışlara
əsaslanan firma strategiyalarına da rast gəlmək mümkündür.
Bunlardan bu və ya digərindən istifadə edilməsi, konkret
şəraitdən və menecerin elmi dünyagörüşündən asılı olur.
Firma strategiyasının üç növü fərqləndirilir: portfel,
işgüzar və funksional.
Do'stlaringiz bilan baham: |