(Kaşqarlı, 1992:18, Türklük,
1991:11).
İlk baxışda diqqəti cəlb etməyən bu fərqdəki rəqəmə
nəzər salsaq görərik ki, Azərbaycan, Ermənistan, Gürcüstan
respublikalarınm ərazisindən xeyli böyükdür.
Sonuc
Tarixçi Eberhardın yazdığına görə, Çinin 1875-ci ildə yeni-
dən Doğu Türküstanı işğal etməsi 10 milyon insanın məhvinə
səbəb oldu. Onlar arasında çoxlu istedadlı gənc şairlər, yazıçılar,
sənətçilər də vardı. Ümumiyyətlə, Doğu Türküstanda daha çox
şair və yazıçının gənc ikən dünyasını dəyişdiyi müşahidə olunur
ki, bu da ölkədəki irticanın hökm sürdüyünü göstərir. Türk me-
marlığına uyğun tikilən binalar sökülüb yerində Çin üslubunda
binalar tikildi. Türkcə olan yer adları dəyişdirilib çinliləşdirildi.
Əhali çincə oxumağa və çinlilərlə evlənməyə təhrik edildi. Milli
əxlaqı pozmaq üçün qumarxanalar, meyxanalar, fahişəxanalar
və s. yaradıldı. Doğu Türküstan, türk və Türküstan sözlərini
işlətmək, qəzet, jurnal nəşr etmək, Türkiyədən və müsəlman
ölkələrindən kitab və s. gətirmək yasaqlandı. Bu da ədəbiyyatın,
sənətin, mədəniyyətin inkişafında bir durğunluq yaratsa da, milli
şüuru da oyatdı. Çin strateqləri əhalini assimilə etmək üçün mü-
səlman, türk qızlarını zorla çinli kişilərə verməyi planlaşdırdılar.
Bu plana qarşı çıxanlar xalq qəhrəmanına çevrilmiş, həyatları
bədii əsərlərin mövzusu olmuşdur.
Beləliklə, ədəbiyyatı ümumbəşəri mövzulardan uzaqlaşdırıb
xalqın gündəlik problemlərini əks etdirmək səviyyəsinə gətir-
mişlər.
1911-1933-cü illəri Doğu Türküstanda “Müstəqil çinli baş
valilər dönəmi” adlandırırlar. Valilərin bütün təqib və təzyiqlə-
rə baxmayaraq, həmin illərdə ədəbiyyatda bir dirçəliş, oyanış
hiss edilir.
Sovetlər Birliyinin təsiri altında (1933-1944) olduğu dövrdə
kommunizm ideologiyasının təbliğinə geniş yer verilmişdi.
Aşağı təbəqədən olanların savadsızlığının aradan qaldırılma-
sına imkan yaradılmışdı. Bundan yararlanan ədiblər milli şüuru
oyadan əsərlər yazmağa çalışırdılar.
1944-cü ildə qurulmuş hökumətdə baş nazir olan Dr. Məsut
Sabir Bayquzunun “Niyaz qiz” pyesi, hökumət konseyinin üz-
vü olan Muhammetemin Buğranın “Kutluk Türkan” operası
səhnəyə qoyulmuşdu. Bu da siyasi xadimlərin, dövlət adam-
larının səhnə əsərlərinə yüksək qiymət verdiklərini göstərir.
Kommunist ideologiyasına xidmət edən, kommunizm quru-
culuğunu təbliğ edən səhnə əsərlərinin bir çoxunda sətiraltı,
eyhamlı, amma milli hiss oyadacaq fikirlərə rast gəlinir.
Çindəki “mədəni inqilab” Uyğur dramçılığına, teatrlarına
ağır zərbə vursa da, onun inkişafını tam dayandıra bilmədi.
Son dönəmlərdə belə təqib və təzyiqlər azalmasa da, Çin
hökumətinin ədəbiyyat üzərindəki nəzarəti zəifləməyə doğru
gedir. Xüsusən səhnə əsərləri tamaşaya qoyulanda aktyorlar
nəzarətin zəif olduğunu hiss edən kimi mətndən kənara çıxıb
öz fıkirlərini bir-iki ifadə ilə də olsa, deyə bilirlər. Bu da milli
ruhun yüksəlməsinə kömək edir.
Do'stlaringiz bilan baham: |