yigitnin toyı” dramında ənənəvi toy mövzusunu seçmiş, 1988-
ci ildə operada fəaliyyətə başlamışdır.
Uyğur teatrının araşdırıcılarından Tigin Bilgə yazır: “Çağ-
daş Uyğur tiyatrosunun meydana gelişi ve gelişip bugünkü
hale gelişmesinde, Kemberhanım, Zikri Elpetta, Hüsencan
Cami,
Reyhan Abliz, Aytilla Ela, Helçem Sidik, Abdulkərim
Baki ve Ablimit Sadık gibi bir çok sanatçıların büyük emeği
vardır. Özellikle, Kemberhanım ve Aytilla Elanın Uyğur
folk-
lorunu, sanatını dünyaya tanıtmada oynadığı rolu kaydetmeye
değer... Uyğur tiyatro nazariyeçisi Tursun Yünüs şunu yazır:
«Uyğur tiyatrosu Uyğur halkının destançılık sanatından doğ-
muştur ki, biz onu geliştirmede yine aynı
yolu takib etmeliyiz,
sakın bu yoldan çıkır da Avrupanın drama ve operacılık yoluna
gitmemeliyiz. Bunun için her şeyden önce Uyğur halk destan-
larının ifade kalıplarını, abartma yollarını
ve ondaki genel
felsefı fikirleri kavrayarak kendimize özgü bağımsız icabiyet
üslubunu yaratmamız lazım”
(Tigin, 1992:94, sayı 346).
İstər azərbaycanlı, istərsə də türkiyəli oxucu və ədəbiyyatşü-
nasın Doğu Türküstandakı soydaşlarımızın yaratdıqları ədəbi
əsərlər haqqında geniş bilgiləri olmadığına görə Sekür
Turan
“Uyğur türk ədəbiyyatı” məqaləsini bu sözlərlə tamamlayır:
«1950-ci ildən sonra ədəbi qaynaqlar kifayət etmədiyi üçün
uyğur ədəbiyyatının bu dönəmdəki inkişafından danışmaq
çətindir; çünki Doğu Türküstandan çox ağır şərtlərlə gələn
kitablarda Çin idarəçiliyinin güclənən siyasi və mədəni bas-
qıları açıq bir şəkildə görsənməkdədir. Bu da geniş bir araş-
dırma aparmaq üçün əngəl törədir”(Turan,
1992:778).
Sekür Turanın bu fıkirlərini, məncə, Azərbaycana şamil et-
mək olmaz. Çünki Azərbaycanla Doğu Türküstan uzun illər
eyni ideoloji cəbhədə, həm də sosialist düşərgəsi ölkələrində
olduğundan gediş-gəliş, kitab mübadiləsi o qədər də çətin
olmamışdır. Bu gün də çətin deyil. Sintzsyan-Uyğurda bu gün
yüzlərlə azərbaycanlı var. Onlar ticarət, iş üçün gediblər. Əla-
qələri də çox sıxdır. Kaş onların yüzdə biri qədər də araşdırı-
cımız gedəydi. Hələlik onları əngəlləyən yoxdur.
Çində yaşayan soydaşlarımızın sayları haqqında əlimizdə
doğru bilgi yoxdur. Rəsmi qaynaqlar isə yalnız Sincang Uyğur
Muxtar Rayonunun ərazisinin 1,6 milyon kvadrat kilometr ol-
duğunu yazır. Bu, Türkiyə Cümhuriyyətindən 2 dəfə, Azərbay-
can Respublikasından isə 20 dəfə böyük bir ərazidir. Bəzi
qaynaqlarda isə Doğu Türküstanın ərazisi bir milyon 828 min
kvadrat kilometr göstərilir.
Do'stlaringiz bilan baham: