Uygur, qaqauz, quzey



Download 6,58 Mb.
Pdf ko'rish
bet36/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   32   33   34   35   36   37   38   39   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

Tursuncan Litıp 
(1945, Urumçi) 1982-cı ildə Şincanqda 
Uyğur Ədəbiyyatçılar və Sənətçilər Birliyinə daxil olmuş, 
“Şincanq sənəti” jurnalında redaktor işləmişdir. 1983-cü ildə 
birpərdəlik “İzitku”, 1984-cü ildə “Toxtang toxtimaf’ı komedi- 
yasını, 1986-cı ildə “Bizgə işinəmsiz”, 1990-cı ildə “Qeri 
yigitnin toyı” pyeslərini yazan ədibin bizə məlum olan son 
əsərləri ”Tangsikəş tümür xutunlar” və ”Kəçküzdiki qeribliq” 
adlı bir pərdəlik lirik dramlarıdır. 1990-cı ildə yazdığı “Qeri


yigitnin toyı” dramında ənənəvi toy mövzusunu seçmiş, 1988- 
ci ildə operada fəaliyyətə başlamışdır.
Uyğur teatrının araşdırıcılarından Tigin Bilgə yazır: “Çağ- 
daş Uyğur tiyatrosunun meydana gelişi ve gelişip bugünkü 
hale gelişmesinde, Kemberhanım, Zikri Elpetta, Hüsencan 
Cami, Reyhan Abliz, Aytilla Ela, Helçem Sidik, Abdulkərim 
Baki ve Ablimit Sadık gibi bir çok sanatçıların büyük emeği 
vardır. Özellikle, Kemberhanım ve Aytilla Elanın Uyğur folk- 
lorunu, sanatını dünyaya tanıtmada oynadığı rolu kaydetmeye 
değer... Uyğur tiyatro nazariyeçisi Tursun Yünüs şunu yazır: 
«Uyğur tiyatrosu Uyğur halkının destançılık sanatından doğ- 
muştur ki, biz onu geliştirmede yine aynı yolu takib etmeliyiz, 
sakın bu yoldan çıkır da Avrupanın drama ve operacılık yoluna 
gitmemeliyiz. Bunun için her şeyden önce Uyğur halk destan- 
larının ifade kalıplarını, abartma yollarını ve ondaki genel 
felsefı fikirleri kavrayarak kendimize özgü bağımsız icabiyet 
üslubunu yaratmamız lazım” 
(Tigin, 1992:94, sayı 346).
İstər azərbaycanlı, istərsə də türkiyəli oxucu və ədəbiyyatşü- 
nasın Doğu Türküstandakı soydaşlarımızın yaratdıqları ədəbi 
əsərlər haqqında geniş bilgiləri olmadığına görə Sekür Turan 
“Uyğur türk ədəbiyyatı” məqaləsini bu sözlərlə tamamlayır: 
«1950-ci ildən sonra ədəbi qaynaqlar kifayət etmədiyi üçün 
uyğur ədəbiyyatının bu dönəmdəki inkişafından danışmaq 
çətindir; çünki Doğu Türküstandan çox ağır şərtlərlə gələn 
kitablarda Çin idarəçiliyinin güclənən siyasi və mədəni bas- 
qıları açıq bir şəkildə görsənməkdədir. Bu da geniş bir araş- 
dırma aparmaq üçün əngəl törədir”(Turan, 
1992:778).
Sekür Turanın bu fıkirlərini, məncə, Azərbaycana şamil et- 
mək olmaz. Çünki Azərbaycanla Doğu Türküstan uzun illər 
eyni ideoloji cəbhədə, həm də sosialist düşərgəsi ölkələrində 
olduğundan gediş-gəliş, kitab mübadiləsi o qədər də çətin


olmamışdır. Bu gün də çətin deyil. Sintzsyan-Uyğurda bu gün 
yüzlərlə azərbaycanlı var. Onlar ticarət, iş üçün gediblər. Əla- 
qələri də çox sıxdır. Kaş onların yüzdə biri qədər də araşdırı- 
cımız gedəydi. Hələlik onları əngəlləyən yoxdur.
Çində yaşayan soydaşlarımızın sayları haqqında əlimizdə 
doğru bilgi yoxdur. Rəsmi qaynaqlar isə yalnız Sincang Uyğur 
Muxtar Rayonunun ərazisinin 1,6 milyon kvadrat kilometr ol- 
duğunu yazır. Bu, Türkiyə Cümhuriyyətindən 2 dəfə, Azərbay- 
can Respublikasından isə 20 dəfə böyük bir ərazidir. Bəzi 
qaynaqlarda isə Doğu Türküstanın ərazisi bir milyon 828 min 
kvadrat kilometr göstərilir. 

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   32   33   34   35   36   37   38   39   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish