Uygur, qaqauz, quzey



Download 6,58 Mb.
Pdf ko'rish
bet197/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   193   194   195   196   197   198   199   200   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

(Karcıqa, 2002: 155)
Şair 1995-ci ildə Mahaçqalada çap etdirdiyi “Süy!Yılla! 
Süün!” (Segi,kədər, xoşbəxtlik), 1990-cı ildə Moskvada “So- 
vetskiy pisatel” nəşriyyatında çap etdirdiyi “Plaç, lyubi, vs-


pominay...”, 2002-ci ildə uşaqlar üçün hazırladığı “Uyan, 
Tur!” və başqa kitablarını avtoqrafla mənə bağışlamışdır.
Vahid Hacı oğlu Atayev 
(1934, Dağıstan MSSR, Erpeli 
kəndi). Dağıstan Kənd Təsərrüfatı İnstitutunda, Timiryazyev 
adına Kənd Təsərrüfatı Akademiyasında, Kuban Kənd Təsərrü- 
fatı İnstitutunda oxuyaraq aqronom, iqtisadçı, pedaqoq ixti- 
saslarına yiyələnmişdir. Uzun illər Buynaksk şəhərindəki Kənd 
Təsərrüfatı Texnikumunda dərs desə də, onu daha çox uşaq şairi 
kimi tanıyırlar. Bir çox şeirləri rus və Dağıstan xalqlarının dil- 
lərinə çevrilərək qəzet və jumallarda, nəşriyyatlarda çap olun- 
ması və şeirlərinə mahnılar bəstələnərək radio və televiziyada 
səslənməsi onun məşhurlaşmasında böyük rol oynamışdır.
“Böleley”, “Gülyalan”, “Gün çıx”, “Tanq yaxşı bolsun” ki- 
tabları nəşr olunan şairin şeirləri dərsliklərə də daxil edilmiş- 
dir. Onun “Sinan”, “Mişik ve Kalaç” kitabları Türkiyədə nəşr 
edilmişdir. 1998-ci ildən Rusiya Federasiyası Yazıçılar Birliyi- 
nin üzvüdür.
Şeyit Xanım Alişevanın və Akay Akayevin təşəbbüsü ilə 
qumuq şair və yazıçılarının „Qarcığa“ jurnalında uşaqlar üçün 
yazdığı şeirlər və hekayələrdən nümunələr 2002-ci ildə Ma- 
haçqalada „Qarcığa. Yaşlar adabiyatının antoloqiyası“ adı al- 
tında çap olunmuşdur 
(Qarcığa, 2002).
5.Son dönəm ədəbiyyatı
Sovetlərdə yuxarıdan başlayan yenidənqurma və aşkarlıq 
hərəkatı qumuq ədəbiyyatına da öz təsirini göstərdi. Beş ilə 
yaxın gözləmə mövqeyi tutan yazıçı və şairlər 1990-cı ildən 
sonra daha cəsarətli görünməyə başladılar. 70 il adının çəkil- 
məsı belə yasaq olan, xüsusən dini mövzuda yazılan əsərlər 
araşdırıldı, nəşr edildi. Bu baxımdan Erpeli Şıxammat Qadının 
Kərbəlada peyğəmbər Məhəmməd Əleyhissəlamın nəvəsi


İmam Hüseynin dəstəsi ilə birlikdə qətlə yetirilməsinə həsr 
edilmiş “Hüseyinin xəbəri” ağısı (mərsiyə) diqqətiçəkəndir.
Şeyit Xanım Alişeva (1949), Badrutdin Mahammadov 
(1943), Atav Atayev (1949), Jaminat Kerimova (1949), Baha- 
vutdin Hacıyev (1950), Supiyanat Mamayeva (1958) və b. 
milli və dini mövzulara diqqəti artırdılar. Xalqın həqiqi tari- 
xinin bədii əksi olan bir sıra maraqlı əsərlər də ortaya çıxdı.
Lakin bu proses uzun sürmədi. Çeçenistanda başlayan milli 
azadlıq hərəkatı, Dağıstandakı Rusiya rejiminə qarşı açıq və 
gizli müqavimətlər hakimiyyət dairələrini bərk qorxuya saldı. 
Milli və dini mövzular terrorçuluq kimi qiymətləndirilməyə 
başladı. Təqib və təzyiqlər formasını dəyişsə də davam etdi- 
rildi. Beləcə sözdə demokratiyadan dəm vurulsa da əməldə 
yenə qadağalar hökm sürməyə başladı.
İqtisadi sıxıntılar, çap olunan kitabların alınmaması da milli 
və dini mövzuda bədii əsərlərin çoxalmasına əngəl oldu. Buna 
görə də ədəbiyyatda yenidənqurma, keçmişin tənqidi əsas 
mövzu olsa da Rusiyanın bölgədəki işğalçılıq siyasəti hələ də 
olduğu kimi verilən bədii əsərlərə rast gəlinmir. Yazıçı və 
şairlər həyatlarını, dolanışıqlarını təmin etmək üçün bədii yara- 
dıcılıqdan çox başqa işlərlə məşğul olurlar. Teatrların durumu 
ağırlaşdığından yeni tamaşalar hazırlaya bilmirlər.
Qumuqlar Azərbaycanın lap yaxınlığında olan türk toplumu 
olmasına baxmayaraq ədəbi əlaqələrimiz kəsilmiş kimidir. 
Sovetlərin çöküşündən sonra milli məsələyə diqqət artsa da 
qumuq ədəbiyyatının son nailiyyətini özündə əks etdirən elə 
bir ciddi əsərə Azərbaycanda rast gəlinmir. Toplantılarda türk- 
çülükdən, türk xalqlarının yaxınlaşmasından çox danışılsa da 
Rusiyanın təzyiqindən ehtiyatlanan Azərbaycan hökuməti qu- 
muqlara 1920-ci illərdə olduğu kimi yardım edə bilmir. Nəinki 
yardım etmir, heç mövzunu gündəmə gətirmək, onlar üçün


kadrlar hazırlanması qayğısına qalınmır. Televiziya və radio- 
larda ən yaxın qonşularımızdan olan qumuqlar haqqında ve- 
rilişlər də yox dərəcəsindədir. Təkəm seyrək, az tirajla çap olu- 
nan qəzet-jurnallardakı kiçik nümunələri nəzərə almasaq son 
30 ildə qumuq ədəbiyyatından Azərbaycan türkcəsinə çevril- 
miş irihəçmli əsər yoxdur.
Qumuq ədəbiyyatı tarixinin öyrənilməsində əsas ağırlıq Ab- 
dulkadir Abdullatipovun üzərinə düşmüşdür. İndiyədək onun 8 
monoqrafiyası, ali məktəblər üçün proqramları və. s. çap olun- 
muşdur. Qumuq ədəbiyyatşünaslarının fıkrincə, Dağıstan xalq- 
ları içərisində qumuqların ədəbiyyatı Azərbaycan ədəbiyyatı 
ilə daha yaxından səsləşir.
Sonuc
Sovetlər Birliyinin çöküşü ərəfəsində M.S.Qorbaçovun baş- 
ladığı „yenidənqurma“ hərəkatı ədəbiyyata da öz təsirini gös- 
tərdi. Dağıstanda yaşayan qumuqlar „Tenglik“ adlı ictimai təş- 
kilatlarını qurdular. Salav Aliyev, Şeyit Xanım Alişeva kimi 
aydınlar bu təşkilatın öncüllərinə çevrildilər. Rusiyanın xüsusi 
xidmət orqanları milli dəyərlərə yiyə çıxmaq uğrunda başlanan 
hərəkatı zəiflətmək üçün çoxmillətli Dağıstan xalqları arasında 
nifaq saldı. Lakin siyasi sıxıntıya, iqtisadi çətinliklərə baxma- 
yaraq, bölgədə ədəbiyyat inkişafdadır.
Onlar ata-babalarının yaratdığı mənəvi sərvətlərə yiyələn- 
mək, həqiqəti, öz köklərini öyrənib bədii dillə xalqa çatdırma- 
ğa çalışırlar, buna görə də qumuq yazıçı və şairlərinin yaradı- 
cılığında publisistika son illər daha qabarıq şəkildə özünü gös- 
tərir. Bu proses qumuq ədəbiyyatşünaslarını keçmişə yenidən 
baxmağa, ədəbiyyat tarixlərini XIX yüzildə yaşamış Yırçı Ka- 
zakdan deyil, kökləri miladdan öncəyə gedən ümumtürk ədə- 
biyyatından başlamağa sövq edir.


Qumuq ədəbiyyatının Türkiyədə tanıdılmasında böyük xid- 
məti olmuş Çetin Pekacar yazır: “Kumuk edebiyatının gelişme- 
sine katkı sağlayan şu şair ve yazarları da gösterebiliriz: H. 
Anvar, İbrahim Kerimov, Absalam Askerhanov, Sracdin Tok- 
bolatov, Şarip Alberiyev, Alipaşa Umalatov, İzamit Asekov, 
Abdulla Abakarov, Abdurahim Abdurahmanov, Muhtar Aliyev, 
Patimat Abukova, İsrapil İsayev, Akay Akayev, Biysoltan 
Hacimuradov, Abdulhamit Tatamov, Vahit Atayev, Mahammat 
Kadırov, Abdulmecit Mecidov, Mahammatbek Osmanov, Ma- 
hammat-Şapi Minatullayev, Abzaydin Hamidov, Mahammat 
Atabayev, Ahmat Caçayev, Sahadulla Abusuyev, Uzlipat İb- 
rahimova, Mahammat-Nabi Halilov, Badrutdin, Abdul-Kerim 
Zalimhanov, Latip (Hacakayev), Mahammat-Amin Adilhanov, 
Şeyit-Hanum Alişeva, Atav Atayev, Caminat Kerimova, H.(Ha- 
ciyev) Bahavdin. Bu saydıklarımızın hepsi de Tançolpan der- 
gisinin 1994'te çıkan 
Xaligi Qumuq Şairler
“Bugünkü Kumuk 
Şairleri” özel sayısında seçme şiirleriyle yer almıştır.”
Badrutdin “Yoldaş” qəzetinə 1 iyul 2011-ci ildə verdiyi 
müsahibəsində ədəbiyyatın sabahına ümidlə baxdığını söyləyir 
və Musa Şixavovun, Kazim Kazimovun, Nabiyulla Maham- 
madovun, Gebek Qonaqbiyevin, Gereyxan Hacıyevin, Supiy- 
nat Mamayevanın, Gögürçün Atayevanın, Ruqiyat Ustarxano- 
vanın, Zulayxa Atakişiyevanın, Alpiyat Zakavovanın, Gülü- 
sümün adlarını çəkir 

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   193   194   195   196   197   198   199   200   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish