Uygur, qaqauz, quzey


(Literatura narodov..., 1999:115)



Download 6,58 Mb.
Pdf ko'rish
bet134/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   130   131   132   133   134   135   136   137   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

(Literatura narodov..., 1999:115).
Araşdırıcılar xalq nəğmələri kimi bu gün də oxunan və an- 
tologiyalara daxil edilmiş “Candar”, “Barak”, “Qapalav” və


“Qanamaf’ın da yazarının Qasbot olduğu qənaətindədirlər 
(Türkiye dışındakı..., 2002:237, 22-ci cild).
Qasbot Qoçqarov mükəmməl dini təhsil almasa da, sonralar 
mədrəsə təhsili görmüş, Şərqin dini və mədəniyyət mərkəz- 
lərini gəzib gəlmiş həmyerlilərinin söhbətlərini dinləməklə dini 
biliklərini artırmışdı. Ona görə də Qasbot Qoçqarovun cır və 
nəğmələrində didaktika, İslami dəyərlərə dayanan öyüd və nə- 
sihətlər çoxluq təşkil edir. Ənənəyə sədaqəti və fıtri istedadı 
sayəsində yazdığı cır və mahnılar qaraçay-malkar poeziyasının 
qızıl fondunu təşkil edir.
19-cu yüzilin sonları 20-ci yüzilin əwəllərində Qasbot 
Qoçqarov Quzey Qafqazda yalnız Qaracay-malkarlar arasında 
deyil, noqaylar, çərkəzlər, abazalar, qumuqlar, qabardinlər və 
başqa xalqlar arasında da məşhur olmuşdu.
Qasbot Qoçqarovu üsyankar ruhlu şeirləri, həcvləri bolşe- 
viklərin də diqqətini cəlb etmişdi. Bolşeviklər xalq arasında 
məşhur olan şairləri öz tərəfinə çəkməklə Kommunist partiya- 
sına, Leninə, Stalinə mədhiyyələr yazdırır, sosializm quruculu- 
ğunu tərənnüm etdirirdilər. Ləzgi xalq şairi Süleyman Stalski- 
ni, qazax Cambul Caboyevi, avar Həmzət Sadasanı və b. mü- 
kafatlarla, rəsmi toplantılara dəvətlərlə şirnikləndirərək sosia- 
lizm quruculuğunun məddahına çevirə bilmişlər.
Sovetlərin dinə mənfı münasibətini, milli ayrıseçkilik siya- 
sətini, müxtəlif adlar altında azad düşüncəli insanları məhv et- 
diyini görən Qasbot Qoçqarov dəvətləri qəbul etmir. At üs- 
tündə dərvişvari bir həyat sürərək, kənd-kənd gəzib cırlar oxu- 
yur. Nə yazıq ki, onun yaddaşında gəzdirdiyi yüzlərlə cırı, nəğ- 
məni, mahnını, ata sözü və məsəlləri toplayan olmur.
Şairin ölümündən 24 il sonra, yəni 1964-cü ildə “Saylama- 
lar” (Seçmələr) və 1986-cı ildə “Qoçkarlanı Qasbot-Xalq cır-


çılanı tamadası” (Qasbot Qoçkar-xalq şairlərinin öncülü) kitab- 
ları nəşr edilir.
1940-cı ildə, 106 yaşında dünyasını dəyişən Qasbot Qoçqarov 
sağ qalsaydı yəqin ki, 1943-cü ildə xalqı ilə birlikdə o da Qa- 
zaxıstana və ya Sibirə sürgün ediləcəkdi. SSRİ dağıldıqdan sonra 
Qasbot Qoçqarovun əsərləri Türkiyədə də çap olunmağa başladı. 
Qasbot Qoçqarovun yaradıcılığına türk xalqlarında da maraq 
artmışdır. Onun qaraçay milli ruhunu özündə daşıyan şeirləri 
Türk xalqlarının ədəbiyyatının bir parçasına çevrilməkdədir.

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   130   131   132   133   134   135   136   137   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish