Uygur, qaqauz, quzey


  Sovet ideologiyasının yeni ədəbiyyatı formalaşdır-



Download 6,58 Mb.
Pdf ko'rish
bet142/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   138   139   140   141   142   143   144   145   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

3.3. 
Sovet ideologiyasının yeni ədəbiyyatı formalaşdır-
ması
Təbliğat maşını elə qurulmuşdu ki, ədəbiyyata yeni gələn 
gənclərlə birlikdə Qasbot Qoçqarov, Appa Canıbekov, Kazim 
Meçiyev kimi bolşevik inqilabından öncə də məşhur olan 
şairlər belə, Sovet rejimini keçmiş dövrlə qarşılaşdıraraq tərif- 
ləyirdilər. Onlar kasıbların varlı zülmündən qurtardığını se- 
vinclə bildirən, sinfi mübarizəni önə çəkən, hər şeyə sinfi mü- 
barizə baxımından yanaşan əsərlər yazmağa başladılar.
Artıq 1927-ci ildə İslam Xubiyevin rəhbərliyi, Abidat Bo- 
taşov və çərkəzlərdən Maqomed Dışekovun, Xalid Astecyevin 
üzvlüyü ilə Qaraçay-Çərkəz Proletar Yazıçılar Cəmiyyəti 
fəaliyyətə başladı. Cəmiyyətin şeir bölməsinə İssa Qarakötov 
ilə Asxat Biciyev, nəsr bölməsinə Abdulkerim Batçayev, teatr 
və pyes bölməsinə Qemma Qebenova ilə Abidat Botaşov rəh-


bərlik edirdilər. Bu təşkilat 1934-cü ildə SSRİ Yazıçılar İttifa- 
qının Qaraçay-Çərkəz şöbəsinə çevrildi. Təşkilat ətrafında bir- 
ləşən ədiblərdən Xasan Appayev, İssa Qarakötov, Asxat Bici- 
yev, Abidat Botaşov, Azret Örtenov, Abdulkerim Batçayev, 
Xasan Bostanov və Daut Bayqulovun təşəbbüsü ilə 1936-cı 
ildə Mikoyan (Maykop) şəhərində “Almanax-Karaçay Sovet 
xudejestvo literaturanı ülgüləri” və 1937-ci ildə qaraçay şair- 
lərinin şeirlərindən ibarət “Nazmula” kitabı çap olundu.
1930-cu illərdə ölkənin hər yerində olduğu kimi, Quzey 
Qafqazda da aydınların “tərkibi”ndə dəyişikliklər baş verdi. 
Malkar xalqının poetik imkanlarının fəallaşması, intellektual 
gücünün artması-mədəni yaşamına şairlərin böyük bir dəstə- 
sinin gəlişi ilə müşahidə olundu. Bert Qurtuyev (Qurtulanı), 
Qaysın Quliyev(Qulilanı), Kerim Otarov (Otarlanı), Salx Qur- 
tuyev (Qurtulanı) və b. buna misal göstərmək olar. Onlar yara- 
dıcılıqlarım sosial sifariş əsasında formalaşdırdılar. Adət-ənə- 
nədən, keçmişdən bəhs edəndə ifrata varır, milli dəyərləri al- 
çaldır, dini mədəniyyətin inkişafına əngəl olan vasitə kimi 
təsvir edirdilər. Onlar kimi düşünməyən ədiblərə qarşı açıq 
mübarizədə “Bizdən deyilsənsə, bizə qarşısan!” 
(“ K
to
H e

H a -
m h ,
tot
npoTHB 
Hac”) şüarını irəli sürürdülər. Bədii dəyərlərə o 
qədər də diqqət yetirməyən ədiblər Sovet rejimini xalqa təbliğ 
etməyə və onları deyilənlərə inandırmağa çalışırdılar. Azret 
Budayev, Xamit Temmo, Omar Etezov, Salix Xoçuyev, Xaci- 
Mussa Quliyev, Ahmadiya Malkarlı (Ulubaş) və b. dövrün 
öndə gedən yazıçı və şairlərindən idi.
Yaradıcılığa 1930-cu illərdə başlayan Qaysın Quliyev və 
Kerim Otarov kimi parlaq fərdlər başqa yolla getdilər. Sənətkar 
borcuna ciddi münasibət, axtarışların intensivliyi ona gətirib 
çıxardı ki, onların ilkin lirikasında formaların rəngarəngliyinə, 
şeir texnikasına, obrazlı, estetik təkmilləşməyə meyl artdı.


Onlar keyfiyyətcə yeni yaradıcılıq düşüncəsinə, ətrafın ob- 
yektiv təsviri və dərk edilməsinə gəlib çatmışdılar. Malkar şei- 
rinin inkişafı haqqında danışarkən, yada salmalıyıq ki, onun 
əsas milli xüsusiyyətlərindən biri - qəhrəmanın daxili aləmi ilə 
dünyanın gedişinin uyğunsuzluğunu doğuran səbəbləri axtar- 
maq idi. Malkar poetik düşüncəsinin ünsürləri 1940-cı illərdə 
yeni bədii cizgilər kəsb edirdi.

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   138   139   140   141   142   143   144   145   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish