29 yaşında “Bekmurzanın həyatı“ hekayəsini çap etdirmiş,
həmin il yazarın “Canngı caşavğa cırla“(Yeni yaşam mahnıla-
rı) adlı kitabı da çap olunmuşdur. “Mariyam bla efendi“ (Mər-
yəm və Əfəndi), “Şamay alğın bla endi“ (Şamay öncə və indi),
“Zalixat“ poemaları, “Yeni yaşam mahnıları“,“Yenidən“ əsəri
və b. poetik nümunələri onun məhsuldar yaradıcılığından xəbər
verir
(Literatura narodov..., 1999:167-168)
Qaraçay folklorunun toplanması və nəşrində də əməyi olan
Daut Baykulov A.S.Puşkinin bir sıra əsərlərini də ana dilinə
çevirərək nəşr etdirmişdir.
İkinci Dünya Savaşına hərbi müxbir kimi qatılan Daut Bay-
kulov cəbhədə həlak olandan sonra da onun əsərləri unudul-
mamış, dönə-dönə çap olunmuşdur.
Azret Loğman ulu Ortenov (Ortenlanı)
(1907,
Kuban qu-
bemiyasının Kart Curt kəndli-1937). Mədrəsə təhsili görmüş,
orada ərəb-fars dillərini, islamın əsaslarını öyrənmiş Azret
1924-cü ildə Dərbənddəki rus məktəbini bitirmişdir.
Oradan
Simferopola gedərək Kırım Tatar Pedaqoji Texnikumunda oxu-
muşdur. Texnikumda oxuyarkən orada müəllim işləyən malkar
şairi Said Şaxmurzayev və qaraçay şairi Xasan Bostanovla dost-
laşmış və bu dostluğu ömrünün sonunadək davam etdirmişdir.
Kırımın qaynar mühiti, oradakı millətsevər və vətənpərvər
adamlarla etdiyi söhbətlər, üzvü olduğu ədəbi-bədii dəməkdə işti-
rakçısı olduğu mübahisələr yeniyetmə Azretin dünyagörüşünün
formalaşmasına güclü təkan vermişdir. İlk şeirlərini də məhz
orada yazdığından mövzunu Kırımdan, Bağçasaraydan almışdır.
Sonralar da Kırım mövzusuna dönə-dönə müraciət etmişdir.
1926-cı ildə texnikumu bitirib geri dönən Azret doğulduğu
kəndin adını özünə ləqəb götürmüşdür. Bir çox şeirlərini Azret
Kartcurtlu imzası ilə çap etdirmiş, 1927-ci ildə isə “Yeni cırlar”
kitabı işıq üzü görmüşdür. Məhsuldar yaradıcılıqla məşgul olan
gənc şairin “Azadlıq qığılcımı” kitabı 1929-cu ildə, “Şeirlər və
poemalar” kitabı isə 1934-cü ildə çap olunmuşdur.
İstedadlı şair və tərcüməçi, folklordan bacarıqla yararlana-
raq qaraçay poeziyasını zənginləşdirmişdir. O,
Oktyabr inqila-
bını tərənnüm etmiş, Doğu poeziyasından ruhlanıb epik janrda
xalqının qəhrəmanlıqlarından yazmışdır. Axtarışlarda olan
gənc şair cəmiyyətdə gedən dəyişikliklərin ədəbiyyatda da baş
verməsini istəmiş, yeni janr axtarışlarına təşəbbüs göstərmiş,
Mayakovskinin təsirilə sərbəst şeirlər yazmışdır. A.S.Puşkin-
dən tərcümələr etmiş, tanınmış osetin dramçısı D.Kusovun
əsərlərini ana dilinə çevirmişdir.
“Oxu!“, “Bay və batrak“,“Safıyat“,“Əfəndi və Ölüm“ poema-
larını yazan şair Sovet hökumətinin tərənnümçüsü kimi tanınsa
da, 1937-ci ildə “xalq düşməni” damğası ilə həbs edilmişdir.
Do'stlaringiz bilan baham: