82
VII BÖLÜM
RADİO PRODÜSERLİK /
VERİLİŞLƏRİN EFİRƏ HAZIRLANMASI
Proqram müdriyyəti
Tamamlanmış proqram ssenari ilə birlikdə təsdiq
edilmək üçün göndərilir və əgər razılıq alınsa, onda
həmin verilişin yayımlanmasına icazə verilir.
İnternet səhifə
Stansiyanın əsas heyəti proqramın İnternetdə necə
təqdim olunacağı haqqında düşünməli və onun
hansı resurslara aid olacağı barədə qərar verməlidir.
Şübhəsiz ki, burada audioçıxışlar yayımın bir hissəsidir
və kabelli radio stansiyaların çoxu da İnternetdən
yeganə yayım vasitəsi kimi istifadə edirlər.
Səhifənin mürəkkəbliyi informasiyanın ölçüsündən və
ya əlaqəli səhifələrin sayından deyil, səhifədə olanların
dəyişmə tezliyindən asılıdır. Mürəkkəbliyin artması ilə
artan işlər və xərclər aşağıdakı kimi qruplaşdırılır:
1. Stansiyanın adı, loqotipi, tezliyi, ünvanı, əhatə
dairəsi və məqsədi kimi detalların qeyd olunduğu
bir statik səhifə. Nadir hallarda yenilənməyə
ehtiyac olur.
2. Vaxtaşırı yenilənən, məsələn, həftəlik cədvəldəki
dəyişiklikləri göstərmək üçün olan səhifə. Burada
reklam da yer ala bilər.
3. Son xəbərləri və hava proqnozlarını vermək üçün
davamlı olaraq dəyişən və məlumatlarla yanaşı,
müxtəlif mətnlər, şəkillər və simvollar istifadə edən
səhifə.
4. Son xəbər bülletenləri və yeniliklər, stansiya reklam
və elanlarını təqdim edən İnternet səhifələri.
5. Davamlı canlı audio çıxışların təmin edilməsi.
6. Studiyaların canlı kamera çıxışlarına, son verilişlərin
yenidən dinlənməsinə və istənilən vaxtda
istifadəçilərlə yazılı müzakirə aparılmasına şərait
yaradan tam interaktiv səhifə.
İnternet səhifələrin dizaynında heç bir məhdudiyyət
yoxdur. Ona aparıcı səhifələrə əlaqə xətləri, son
xəbərlərin şəkilli və səsli formatı, yüklənə bilən
proqramlar, stansiyaya səyahət, pəncərədən yola və ya
havaya baxan veb kameralar, xüsusi elanlar, hadisələr,
iş və ya maşın elanları, musiqi siyahıları, ifa olunan
musiqinin detalları, məsləhət axtaran suallar, məsləhət
olunan səhifələr və s. daxildir.
Ana səhifənin dizaynı nə qədər çox mürəkkəbdirsə,
məsələn, çoxlu şəkillər və qrafiklərdən ibarətdirsə,
o səhifənin yüklənməsi də daha çox vaxt alacaq. Bu
isə izləyicinin səbirsizlənməsinə və həmin səhifəni
bağlamasına səbəb olacaq. Bu baş versə, həmin izləyici
yenidən o səhifəyə çətin ki, bir daha daxil olsun. Buna
görə də ana səhifəni daha sadə hazırlamaq lazımdır,
orada əsas məlumatlar və menyu, əlaqə informasiyaları
qalın hərflərlə yazılmalı və arxa fon tünd rəngli
olmalıdır.
Məlumatların daxil edilməsi – mətn, qrafik və audio–
bahalı proses deyil, amma onun dəyişilmə sürəti nə
qədər böyük olsa, xidmət təminatçısı ilə əlaqə daha
sürətli və bahalı olmalıdır. Veb səhifəni yaratmazdan
əvvəl veb-usta digər radio veb-səhifələrinə baxmalı,
lazım gəldikdə xərclər haqqında danışıqlar aparmalı və
mütəxəssislərlə məsləhətləşməlidir.
Do'stlaringiz bilan baham: |