Musa Urud uruda ики сяфяр Бакы – 2009



Download 4,43 Mb.
bet16/31
Sana21.02.2022
Hajmi4,43 Mb.
#2946
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
Dağların lala vaxtı
Sisyan rayonunun ərazisinə daxil olanda maşını saxlatdırıb yerə düşürəm. Hər tərəf al-yaşıl gül-çiçəyə bürünüb, ümumiyyətlə, iyun ayı bizim yerlərdə «dağların lala vaxtıdır», gül-gülü, çiçək-çiçəyi çağıran vaxtıdır. Bir dik­dirin üstünə qalxıb qarşıdakı yamyaşıl or­manları, təpələri, dərin dərələri, uca dağları heyranlıqla nəzərdən keçirirəm.
Mən bu görüşə 18 il idi ki, hazırlaşırdım.
Mən bu görüşün baş tutacağına 18 il idi ki, inanırdım. Bu torpaqlarda doğulub-bö­yüyən, soykökü ilə bu torpaqlara bağlı olan, ürəyində bu yurdların sevgisi, gözündə həsrəti olan bütün insanlar kimi bu görüşün həsrətini çəkirdim.
Qəlbində Allah sevgisi olan hər bir mü­səlmanın ən müqəddəs arzusu Kəbəni –Allah evini, Peyğəmbər məqamını ziyarət etməkdir. Nə gizlədim mənim də belə bir arzum var. Ancaq doğulub, boya-başa çatdığım, adını adıma qoşduğum, atamın, babamın, müqəd­dəs­lərimizin ruhu sərgərdən dolaşan yurdu ziyarət etməmiş Peyğəmbərlərimizin dərga­hına getməyə özümü hazır bilmirdim. Şükür olsun Tanrının böyüklüyünə ki, 18 ilin ayrı­lığından sonra ilk azərbaycanlı olaraq o tor­paqların ziyarətinə getməyi mənə qismət elədi.
Bütün Sisyan azərbaycanlılarının gözü ilə baxdım o torpaqlara, hamının sevgisini və həsrətini çatdırdım o yurda, hamının sevgisini və həsrətini yaşadım, həmin anda doğması bircə mən olan qərib Vətəndə! Hamının əvəzinə kədərlənmək necə də çətin imiş, Allah!
Qəriblik yaman olur
Sovrulur saman olur.
Nə bir haraya yetən,
Nə dərdə yanan olur.
Qayıdıb maşına minirəm. Qarşıda Sisyan rayonunun 1918-ci ilə qədər azərbaycanlılar yaşamış Saybalı kəndinin kövşənləridir. Bu dağ kəndi XVIII əsrdə oğuz türklərinin güclü bir qolu olan kəngərlilərin saybalı tayfası tərəfindən salınmiş, 1918-ci il qırğınına qədər azərbaycanlılara məxsus olmuşdur. 1918-ci ilin avqust ayında Andronikin quldur dəstələri Zəngəzurun bütün azərbaycanlı kəndləri kimi Saybalını da dağıdıb viran etmişdir. Sonralar ermənilər məskunlaşan bu kəndin adını 1940-cı ildə dəyişib Sarnakunq qoydular.
Yola davam edirik. Şəki kəndinin üstün­dən keçib Sisyan rayon mərkəzinə dönəcəyik. Sürücü bu yerlərdə birinci dəfə olduğundan yolu azır, Sisyana dönmək əvəzinə Sisyanın üstündən adlayıb Gorus yoluna çıxırıq. Səhv getdiyimizi bilsəm də dillənmirəm. Maşının pəncərəsindən acgözlüklə ətrafa, qanım qədər damarlarıma doğma olan bu gözəl torpaqlara baxıram.
Qızılcıq kəndinin altından keçib, Arpa təpəsi, Buğda təpəsi kövşənlərini adlayıb Gö­bəkdaşa çatırıq. Buralar azərbaycanlılar ya­şamış Ağdü və Vağədi kəndlərinin əkin və örüş yerləridir. Urud kəndinə məxsus Üç təpə, Güllü yurdu, Bitli bulaq adlanan ərazilərdən keçirik. Vaxtilə buralarda arpa, buğda, pərinc zəmiləri boy-boya verərdi. İndi əkin-biçindən əsər-əlamət yoxdur. Vaxtilə naxırları, sürüləri, ilxıları əskik olmayan dağlarda bir ins-cins görünmür. Elə bil bu yerlərin abadlığı, bərə­­­kəti, şənliyi-şenliyi də bizimlə bərabər didər­gin düşübdür.
Yan təpəyə yaxınlaşanda yol-yoldaşım Samvel Nikoyan yolun uzandığından narahat­lığını bildirir. Mən də artıq qarşıda Gorusun ərazisinin başlandığını sürücüyə söyləyirəm, Sisyan rayon mərkəzinə gedən yolu tanıdığımı büruzə verməsəm də, geri dönməyi məsləhət görürəm.
Sürücü yolu soruşmaq üçün arxadan gələn «Cip»i saxladır. «Cip» dəkilər görünür parlamentin maşınını tanıdıqlarından yerə dü­şürlər, 3 nəfər yekəpər erməni bizim maşına yaxınlaşır. Yanımdakı erməni deputatı «Cip» dəkilərdən birinin onun yaxın tanışı olduğunu söyləyib yerə düşür, qucaqlaşıb, öpüşürlər. Bizim maşının sürücüsü də, «Şevrole-Ni­va»dakı cangüdənlər də maşından düşüb, «Cip»dəkilərlə görüşürlər.
Oturduğum «BMV»nin arxa şüşələri pərdə ilə örtüldüyündən çöldəkilər məni gör­mürlər. Mən də Üçtəpənin düzündə tanıma­dığım ermənilərlə əlavə problemlərin yaran­masını arzulamadığımdan maşından düşmü­rəm, yalnız pərdənin kənarından onları mü­şahidə edir və söhbətlərini dinləyirəm. Samvel Nikoyan tanışından Sisyanın yolunu soruş­duqda o təəccüblə dillənir:
- Siz az qalırsınız Gorusa çatasınız, Sisyan çox arxada qalıb, geri qayıdıb 20 km gedin, qaz doldurma məntəqəsinin yanından sola dönüb Sisyan rayon mərkəzinə düşərsiniz.
Samvel təşəkkür edib, tanışından soru­şur:
- Gorusa gedirsən?
«Cip»dəki yekəpər erməninin cavabın­dan bütün əzalarım titrəyir, damarlarımda qan, ciyərlərimdə hava donur:
- Yox, Qarabağa gedirəm.
«Qarabağa gedirəm» kəlmələrini son 15 ildə bəlkə də birinci dəfədir eşidirəm, özü də Qarabağa getməli adamdan yox, Qarabağa getməməli adamdan eşidirəm.
Yantəpə dağının ətəyində Gorus-Sisyan yolunun üstündə yekəpər ermənidən eşitdiyim «Qarabağa gedirəm» kəlmələri mənim Ermə­nistan səfərində keçirtdiyim ilk şok olur.
Geriyə, Sisyana tərəf qayıdırıq. Samvel Nikoyan Sisyanın deputatı Hovik Azoyana zəng vurub qarşımıza bələdçi göndərməyi xahiş edir. Gorus-İrəvan şose yolunun üstün­dəki qaz doldurma məntəqəsinin yanından sola burulub Sisyan rayonuna çıxanda yolun kənarında dayanmış «Jiquli» yerindən tərpənir və sürücü onun arxasınca gəlməyimizi işarə ilə bildirir.

Download 4,43 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish