Musa Urud uruda ики сяфяр Бакы – 2009



Download 4,43 Mb.
bet18/31
Sana21.02.2022
Hajmi4,43 Mb.
#2946
1   ...   14   15   16   17   18   19   20   21   ...   31
Lələsi köçmüş yurdlar
Ağdü kəndindən keçirəm. Zəngəzurun ən böyük, haylı-küylü, vurub-tutan kəndi idi Ağ­dü. İgid, mərd, qabağından yeməz kişiləri ilə, qoçaq, namuslu-ismətli qadınları ilə tanınardı.
Anabata baxıram. Yeddi novlü bulaq, Göl yeri, Arpa təpəsi, Buğda təpəsi, Qızoğlan qayası, İşıqlı dağı gözümün qabağından keçir.
Yol boyu gördüklərimi xəlvəti çəkirəm, qalanını gözümə yığıram. Gözümdə ki, yaşla dolulu…..
Mən aşiqəm baxtı kəm,
Yar zülfünə bağ tikəm.
Fələyə neyləmişdim
Fələk mənə baxtı kəm
Hər qarışı, hər addımı tanış olan, hər qa­yası, hər daşı, hər kolu, hər otu doğma olan el yolu ilə üzü Vağədi kəndinə tərəf irəliləyirəm. Yol həmin yoldu, yoldaşlar isə….
Qəlyanı çək ucunnan,
Doldur, bir çək ucunnan.
Nə namərdə yoldaş ol,
Nə bəla çək ucunnan.
Qabaqda Əjdaha dərəsi görünür, sağda isə Təgəzür dağlarıdır. Uşaq vaxtı quzu no­batına gedəndə bu dağlarda çox olmuşam. Həmin dağlardır. Ancaq bir az kövrək, bir az yorğun, bir az kədərli….
Başı bəlgəli dağlar,
Dibi kölgəli dağlar.
Yol üstə gözlər aşıq,
Nə vaxt el gəli dağlar.
Aşıq deyər yüz yal var,
Bir gədik var, yüz yol var
Fələk bildiyin eylər,
Yüz ətəklə, yüz yol var.
Qarşıda Vagədi kəndinin yolu, əkin yer­ləri, bağları görünür. Çox ürəyimdən keçir ki, 9-10-cu sinifləri oxuduğum Vagədi kəndinə qalxım, Hovuz arxının suyundan içim, tanış­ların, dostların ağlar qalmış yurdlarından bir xəbər bilim. Fəqət buna imkanım yoxdur. Ba­zar çayın sol sahilində yerləşən Vağədi kəndi mahalda tanınmış azərbaycanlı kəndi olmuş­dur. 1918-ci ildə Andronikin daşnaqları kəndi dağıdıb yandırmış, Sovet hökümətinin vaxtın­da isə Türkiyədən, Gorusun və Sisyanın er­məni kəndlərindən köçüb gələnlərin hesabına qarışıq kəndə çevrilmişdir. Kəndin əhalisinin yarıdan çoxunu azərbaycanlılar təşkil edirdi. Mahalın ən abad kəndlərindən idi Vağədi.
Vağədinin alt yanından keçəndə Hovik soruşur:
- Ara, bizim kənddən Bakıda vəzifədə olanlar varmı?
Orta məktəbdən oxuyandan yoldaşlıq və dostluq etdiyim Suraxanı rayon icra haki­miy­yətinin başçısı İlqar Namaz oğlu Abbasovun adı­nı çəkirəm.
- Ara, o komsomol olan?
- Bəli.
- O burada da fəal idi, atası Namaz kişi də fəal partiyaçı idi. Namaz kişi durur?
- Durur, deyirəm.
- Məndən salam deyərsən. Daha kim var, tanınmış adam?
- Əjdər müəllimin oğlu Azay Quliyev həm Milli Məclisin deputatı, həm də Milli QHT Forumunun Prezidentidir.
- Ara, o hansı Əjdərdir, yoxsa o “nasio­nalist” müəllimin oğludur?
-Nasionalist, ya qeyri-nasionalist ol­du­ğunu bilmirəm, Azayın atası Əjdər müəllim uzun illər Vağədi orta məktəbində dərs deyib, 1988-ci ildə Qarabağ davası başlayanda vəfat edib.
- Ha, ara, “nasionalist” onun kliçkası idi.
(Bakıya qayıdanda Əjdər müəllim haq­qında eşitdiyim bu ”nasionalist” söhbətini ata­sını erkən itirmiş Azaydan soruşmağa ürəyim gəlmədi. Bu məsələni İlqarın atası Namaz əmiyə danışanda, o bir xeyli susdu, xəyalında elə bil o yerlərə, o illərə gedib qayıtdı:
- Hə, erməni doğru deyir, Əjdər müəllim çox vətənpərvər, milli ruhlu bir ziyalı idi, milli məsələlərlə bağlı söhbətlərdə erməniləri hə­mi­şə yerində oturdardı. Ona görə də Vağədi erməniləri Əjdər müəllimə “nasionalist” deyər­dilər. Qarabağ məsələsi başlayanda Əjdər müəllimin ürəyi dözmədi, məktəbdə erməni müəllimləri ilə mübahisə edərək bərk əsəbi­ləşmiş, evə çatar-çatmaz isə ürəyi partlamışdı. Allah rəhmət eləsin.)
“Zor-zor” bulağı-uşaqlıq yaddaşımın ən işıqlı xatirələrindən biri, hünəri adına yaraşan, sopsoyuq, dum-duru ilahi çeşməsi.
İlk dəfə “Koroğlu” dastanını eşidəndə sehrli atın dəryadan çıxıb Alı kişinin ilxısına qarşılıqlı yeri “Zor-zor” bulağının dəhnəsi kimi təsəvvür edirdim.
İndi isə Zor-zorun suyu xeyli azalıb, dəhnəsi daşla dolub, baxımsız qalıb.
Bulaq başdan qurudu,
Dəhnə daşdan qurudu.
Göz aşım qurumadı,
Gözüm yaşdan qurudu
Zor-zorun suyundan doyunca içirəm, hamımızın əvəzinə bulaq suyunun həsrətini çəkən, dağ adamları.
“Zor-zor” bulağının üstündəki tək sal­xım söyüd xeyli böyüyüb, şaxələnib. Həmişə kölgəsində süfrə açdığımız beş guşəli dəmir çətir də, çətirin ətrafındakı taxta skamyalar da rənglənib, bulağın gözündən çəkilmiş su kranı böyük bir xaç daşın ortasına salınıb, ətraf tə­miz və səliqəlidir. Xaç daşın xatirə olduğunu o saat anlasam da, özümü o yerə qoymuram:
- Deyəsən “Zor-zorun” ətrafını dü­zəl­diblər.
- Ara, mən düzəltmişəm, Qarabağda ölən qardaşım oğlunun xatirəsinə.
Nə ağ, nə qara dillənmirəm. Nə “Allah rəh­mət eləsin”, - demirəm, nə də “sənin qar­da­şın oğlunun Qarabağda nə işi var idi”, - soruş­muram. Ancaq üzümdəki pərtliyi və gərginliyi də gizlədə bilmirəm.
Mənim tutulduğumu hiss edən Hovik, heç gözləmədiyim halda, çox maraqlı bir etiraf edir:
-Ara, mən Qarabağda beş il “polevoy komandir” olmuşam. Ehtiyatda olan polkov­nikəm. Gözümün qabağında sizinkilər bizim­kiləri öldürüb, bizimkilər sizinkiləri öldürüb, əsir də götürmüşük, əsir də vermişik. Bütün bunları görən adam kimi deyirəm, dava çox pis şeydir.

Download 4,43 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish