Musa Urud uruda ики сяфяр Бакы – 2009



Download 4,43 Mb.
bet19/31
Sana21.02.2022
Hajmi4,43 Mb.
#2946
1   ...   15   16   17   18   19   20   21   22   ...   31
Aşıq görə Bağdadı
Qarşıda Urud kəndidir. Qafqazda ən qə­dim yaşayış məntəqələrindən biri olan, Sisyan rayon mərkəzindən 15 km. şərqdə, Vağədi kəndi ilə Şam qəsəbəsi arasında, Bazarçayın sol sahilində yerləşən, türklüyün bu bölgədə ən qədim mərkəzlərindən biri sayılan Urud kəndi. Urud haqqında mən çox yazmışam, amma nədənsə həmin anda düz 22 il bundan öncə dərc edilmiş ilk şerimin misraları yadıma düşür:
Yüz on evli yüz min yaşlı Urudum,
Sənin üçün darıxmışam a yurdum.
Qanad verib göy səmaya uçurdun
Hara uçsam, dağların ən ucası
Qucağına qonasıyam-qonası.
Bu şeri yazanda tələbə idim. “Darıxmı­şam” desəm də, yurd üçün darıxmağın, Vətən üçün həsrət çəkməyin nə olduğunu o qədər də anlamırdım. Fələyin üzü qara olsun. Bizi çox şeyə öyrətdi- yurd həsrəti çəkməyə də, Vətənsizlik dərdi daşımağa da.
Aşıq görə Bağdadı,
Bağban meyli Bağdadı.
Getməz bül-bül sərindən
Bağ sevdası, bağ dadı.
Keçirdiyim hissləri ifadə etmək mümkün deyil, həyacanımda sevinc də var, dərddə var. Addım-addım Vətənin içindən keçirəm. Vətən də mənim içimdən keçir. Bir qədər qərib Vətən, bir qədər qürbətə dönmüş Vətən. Dağ­lar həminki dağlar, daşlar həminki daşlardır. Həminki su, həminki torpaqdır. Təkcə həminki adamlar yoxdur, birdə o adamların əllərinin zəhməti, bərəkəti ilə əkilib böyüyən ağaclar.
“Zor-zor” bulaqdan Uruda tərəf yol alanda Hovik bir az günahkarcasına, bir az da dilə tuturmuş kimi dillənir:
- Qəbiristanlığa getməyəcəksən, bilirsən, «maradyorlar» hər yerdə var. Gedib qanını qaraltma.
- Qəbiristanlığı dağıdıblar?
- Orada qəbiristanlıq yoxdur.
Daha dillənmirəm. Onsuz da lələsi köçmüş bu yurd özü boyda bir qəbirstanlıq, hər qaya, hər daş buralı günlərimizin baş daşıdır.
Burası Qəz bağıdı,
Sevginin naz bağıdı.
Torpaq həmin torpaqdı
Üstündəki yağıdı.
İndi o ,Qəzi bağından əsər-əlamət qal­mayıb. Yarısını bostan eləyiblər, ümumiyyətlə kolxoz dağılandan sonra Urudun bağlarını pay-puş ediblər, ağacların çoxusunu kəsiblər.
Kəndə girən kimi ilk məqsədim qəb­ristanlığı ziyarət etməkdir. Lakin səfərin şərtləri buna imkan vermir. Ona görə də Urud körpüsünə və Babək qalasına baxmaq adı ilə maşını qəbristanlığa tərəf sürdürürəm. Məni müşayət edən Hovik Azoyan bu yerləri qarış-qarış tanıyır. “İsti su” yun yanındakı pansio­natı da o tikdirirmiş, yarımçıq qalıb.
Bazar çayı, Babək qalasını, Bədir qaya­sını, on doqquzuncu əsrdə inşa edilmiş bir tağlı Urud körpüsünü, kəndin ümumi mənzərəsini, kameranın lent yaddaşına köçürə-köçürə qəbiristanlığa getmək, bu qədim türk məbəd­gahını ziyarət etmək, imkan olsa vəziyyətini videoya və fotoya almaq üçün yollar düşünürəm.

Download 4,43 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish