Mündəricat I. Azərbaycan Respublikası Prezidentinin 20. 07. 2009-cu il tarixli 126 nömrəli



Download 2,48 Mb.
bet29/40
Sana26.03.2017
Hajmi2,48 Mb.
#5367
1   ...   25   26   27   28   29   30   31   32   ...   40



ƏLAVƏ C: SIĞORTA TƏLƏBLƏRİ


Hər hansı bir İşin başlanmasından öncə, Podratçı, öz hesabı ilə, Sifarişçi tərəfindən və aşağıdakı kimi tələb olunan sığortanı əldə etməli və təmin etməlidir:

1.1 Aşağıdakı ___ minimum limiti ilə işi əhatə edən məsuliyyətin ümumi sığorta öhdəliyi:

Bədən xəsarəti Mülkiyyətə dəyən zərər

_________ hər hadisə __________ hər hadisə

__________ cəmi ________ cəmi

1.2 İşçilərin məsuliyyəti sığortası:

1.2.1 İşə uyğun olan qanunlarda təmin olunduğu kimi, İş ilə əlaqədar olaraq işə götürülmüş hər bir işçini əhatə edən İşçilərin Məsuliyyəti Sığortasl .

1.2.2 İşəgötürənin məsuliyyəti sığortası, minimum limit __________

1.3 Maşınların motor sığortası, minimum limitlə:

Bədən xəsarəti Mülkiyyətə dəyən zərər

___________ hər hadisə _____________ hər hadisə

_______________ _ cəmi

Bu sığorta İşin təmin olunmasında istifadə olunmuş bütün mülkiyyətdə olan, mülkiyyətdə olmayan və icarəyə götürülmüş bütün maşınları əhatə etməlidir.

1.4 Əlavə qarşılanmalar, əgər varsa, aşağıdakı kimi təmin olunmalıdır:

1.5 Hər hansı bir İşin başlanmasına qədər, Layihəni özündə əks etdirən və bütün tələb olunan qarşılanmaları əsaslandıran sığorta şəhadətnaməsi, surəti ilə birlikdə, Sifarişçiyə təqdim olunmalı və onun tərəfindən təsdiq olunmalıdır.

1.6 Bütün siyasətlər Sifarişçiyə və İnşaat Rəhbərinə bu siyasətin ləğv olunması və ya əhəmiyyətli dəyişdirilməsi üzrə 30 (günlük) yazılı bildiriş tələb etməli, həmçinin sığorta şəhadətnamələri də bunu təmin etməlidirlər.

1.7 Podratçı, özünün və ya icarəyə götürdüyü kapital aktivlərinin, avadanlıq və vasitələrin, o cümlədən, mexaniklərin istənilən xüsusi ləvazimatını, eləcə də, onun və onun Subpodratçılarının xüsusi və ya icarəyə götürdükləri vasitələri, avadanlıqları, taxta şalban materialları, dayaqları, inşaat materialı, qüllələr, formalar və digər oxşar vasitələrinin itkidən mühafizəsi üçün nəzərdə tutduğu yanğın və ya əlavə sığorta, eləcə də, digər mülkiyyət sığortalarını təmin edəcək, haqqını ödəyəcək və qoruyub saxlayacaq. Sifarişçi bu avadanlıqlar, qurğular və alətlərlə bağlı heç bir öhdəlik daşımamalıdır. Yuxarıdakı sığortanı təmin etmək və həyata keçirmək tələbatı müstəsna olaraq Podratçının mənfəəti üçündür. Podratçının bu sığortanı təmin etməkdə müvəffəqiyyətsizliyi və ya qarşılanmanın adekvat səviyyələrini təmin etməsinə görə Sifarişçini , onun agentlərini, və ya işçilərini mülkiyyətdə olan və ya icarəyə götürülmüş avadanlığın hər hansı itkisi ilə bağlı məsul etməməlidir. Əgər Podratçı bu sığortanı təmin edirsə, sığorta siyasəti aşağıdakı kimi subroqasiyadan imtina hüququnu da əhatə edəcəkdir:

“Razılaşdırılıb ki, bu sığorta şirkəti heç bir halda Sifarişçiyə və ya onun agentlərinə qarşı kompensasiya hüququna malik olmamalıdır.”

1.8 Aşağıdakı digər müddəalar sığorta tələblərinə aiddir:

İmza:


__________________________________________________________________________

Ad:


Vəzifə:

Tarix:


İmza:

__________________________________________________________________________



Ad:

Vəzifə:


Tarix:

ƏLAVƏ D: TƏYİN OLUNMUŞ QİYMƏTİNİN AÇIQLAMASI

XƏRCLƏRİN BÖLÜNMƏSİ

  1. QİYMƏT




Qeydlər









































































































































































































































































































































Əlavə IX

ARDNŞ-nin __ ___ 2011-ci il tarixli

__ nömrəli əmri ilə təsdiq edilmişdir




Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi

Quyularda Xidmətlər üzrə Müqavilə

(SOCARSS – 009.2011)



MÜNDƏRİCAT



  1. ANLAYIŞLAR

  2. TƏFSİR

  3. ŞİRKƏT VƏ PODRATÇININ NÜMAYƏNDƏLƏRİ

    1. Ümumi

    2. ŞİRKƏTİN NÜMAYƏNDƏSİ

    3. PODRATÇININ NÜMAYƏNDƏSİ

  4. PODRATÇININ ÜMUMİ ÖHDƏLİKLƏRİ

  5. OFŞOR NƏQLİYYAT

  6. PODRATÇININ MƏLUMATLILIĞI

  7. PODRATÇININ ŞİRKƏTİ / ŞİRKƏTİN PODRATÇINI MƏLUMATLANDIRMASI

  8. TAPŞIRIQ VƏ SUBPODRATÇILIQ

    1. Tapşırıq

    2. Subpodratçılıq

  9. PODRATÇININ İŞÇİLƏRİ

  10. QÜSURLU İCRA

  11. DƏYİŞİKLİKLƏR

  12. FORS MAJOR

  13. DAYANDIRMA

  14. ÖDƏNİŞ ŞƏRTLƏRİ

  15. VERGİLƏR

  16. MÜLKİYYƏT

  17. PATENTLƏR VƏ DİGƏR ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI

  18. QANUNLAR VƏ QAYDALAR

  19. ZƏMANƏTLƏR

  20. PODRATÇI TƏRƏFİNDƏN SIĞORTA

  21. DOLAYI İTKİ

  22. MƏXFİLİK

  23. XİTAM

  24. AUDİT

  25. YÜKLÜLÜKLƏR

  26. İŞ ETİKASI

  27. ÜMUMİ HÜQUQİ MÜDDƏALAR

    1. Hüquqların saxlanması

    2. PODRATÇININ FİLİALLARI

    3. PODRATÇININ müstəqilliyi

    4. Uyğun hüquq və dil

    5. Bildirişlər

    6. ŞİRKƏTİN Statusu

    7. Yekun Razılaşma

    8. İtkinin azaldılması

    9. Məsuliyyətin aradan qalxmasının və ya Məhdudlaşdırılmasının həddi

    10. Etibarsızlıq və müddəaların bölünənliyi

    11. Quyu ilə bağlı məlumatların təfsiri

  28. MÜBAHİSƏLƏRİN HƏLLİ

  29. GÖMRÜK PROSEDURLARI


1. ANLAYIŞLAR
Bu Müqaviləni təfsir etmək üçün aşağıdakı anlayışlardan istifadə olunur. Bu maddədə nəzərdə tutulmayan digər anlayışlar, həmin anlayışların ifadə edildiyi bölməyə və ondan sonra gələn növbəti bölmələrə tətbiq edilir.


    1. “FİLİAL” hər hansı bir şirkətin törəmə və ya əsas və ya holdinq şirkəti və ya bu cür əsas və ya holdinq şirkətin başqa bir törəməsi deməkdir. Bu anlayışa münasibətdə “törəmə” və “holdinq şirkəti” mənasın daşıyır.




    1. “ŞİRKƏTLƏR QRUPU” ŞİRKƏT, onun ORTAQLARI, onun və ya onların FİLİALLARI və müvafiq olaraq onun və ya onların direktorları, vəzifəli şəxsləri və işçiləri (vasitəçi personal da daxil olmaqla) deməkdir, lakin, buna PODRATÇI QRUPUNUN heç bir üzvü daxil deyildir.




    1. “ŞİRKƏTİN NÜMAYƏNDƏSİ” 3-cü Maddədə istinad edilmiş şəxs deməkdir.




    1. “MÜQAVİLƏ” bu Müqavilə, onun xüsusi şərtləri və Əlavələr nəzərdə tutulur.

    2. “MÜQAVİLƏNİN DƏYƏRİ” Müqavilənin Muzd adlanan maddəsinə əsasən Əlavə Dəyər Vergisi çıxılmaqla hesablanan görülən İŞİN dəyəri deməkdir.




    1. “PODRATÇI QRUPU” PODRATÇI, onun SUB-PODRATÇILARI, onun və onların FİLİALLARI, müvafiq olaraq onun və onların direktorları, vəzifəli şəxsləri və işçiləri (vasitəçi personal da daxil olmaqla) deməkdir, lakin, buna ŞİRKƏTLƏR QRUPUNUN heç bir üzvü daxil deyildir. Həmçinin, “PODRATÇI QRUP” SUB-PODRATÇILARIN ofşor və ya quyu sahəsindəki İŞLƏRİ yerinə yetirən (hər hansı səviyyədə) subpodratçıları, onların FİLİALLARI, onların direktorları, vəzifəli şəxsləri və işçiləri (vasitəçi personal da daxil olmaqla) deməkdir.




    1. “PODRATÇININ NÜMAYƏNDƏSİ” 3-cü Maddədə istinad edilmiş şəxs deməkdir.




    1. “ORTAQ” ŞİRKƏTİN birgə fəaliyyət müqaviləsi və ya birləşmə müqaviləsi və ya əməliyyatlar (hansılar üçün ki, İŞ görülür) ilə əladədar olan buna bənzər müqavilədə tərəf olduğu və ya vaxtaşırı tərəf ola biləcəyi hər hansı digər müəssisə və bu cür ORTAQDA payı olan varislər və ya bu cür ORTAQDAKI hər hansı bir payın verildiyi şəxslər deməkdir.




    1. “SUBPODRAT MÜQAVİLƏSİ” İŞİN hər hansı bir hissəsinin yerinə yetirilməsi üçün PODRATÇI və hər hansı tərəf (ŞİRKƏT və ya PODRATÇININ hər hansı işçilərindən başqa) arasında bağlanan müqavilə deməkdir.




    1. “SUBPODRATÇI” SUBPODRAT MÜQAVİLƏSİNİN tərəfi (PODRATÇIDAN başqa) deməkdir.




    1. “TEXNİKİ MƏLUMAT” MÜQAVİLƏYƏ əsasən ŞİRKƏTİN təmin etdiyi və ya təmin etməsinə səbəb olduğu bütün bu kimi məlumatlardır.




    1. “DƏYİŞİKLİK” 11-ci Maddə ilə müəyyən edilmiş təlimatlar və ya göstərişlər deməkdir.




    1. “İŞ” MÜQAVİLƏNİN müddəalarına uyğun olaraq, MÜQAVİLƏYƏ əsasən bütün materialların təmin edilməsi, xidmətlərin göstərilməsi və avadanlıqların təchiz edilməsi də daxil olmaqla, PODRATÇIDAN yerinə yetirilməsi tələb edilən bütün işlər deməkdir.




    1. “İŞ SAHƏSİ” üstündə, altında, içində və ya vasitəsilə İŞ görülən torpaqlar, sular və ofşor qurğular, üzən tikinti avadanlığı, gəmilər (təsdiq olunmuş lövbər qaydalarının əhatə etdiyi ərazi də daxil olmaqla) və MÜQAVİLƏNİN məqsədləri üçün avadanlıq, materiallar və ya təchizatların alındığı, saxlanıldığı və ya istifadə edildiyi yerlər də daxil olmaqla digər ərazilər deməkdir.


2. TƏFSİR
2.1 Bütün təlimatlar, qeydlər, razılaşmalar, fərmanlar, razılıq sənədləri və bildirişlər yazılı şəkildə olmalıdır. Bütün bu sənədləşmə bütün yazışmalar və digər sənədlər ilə birlikdə Azərbaycan dilində olmalıdır.

Buna baxmayaraq, ŞİRKƏT hər hansı bir səbəbdən birinci mərhələdə PODRATÇIYA şifahi təlimat verməyi zəruri hesab edərsə, PODRATÇI bu cür təlimata riayət etməlidir.Hər hansı bu cür şifahi təlimat vəziyyətə uyğun olaraq mümkün qədər tez olmaqla yazılı şəkildə təsdiqlənməlidir, bu şərtlə ki, əgər, PODRATÇI bu cür şifahi təlimatı yazılı şəkildə təsdiq edir və buna ŞİRKƏT tərəfindən yazılı formada əsassız gecikdirilmə olmadan etiraz edilmirsə, bu ŞİRKƏT tərəfindən yazılı şəkildə verilmiş təlimat hesab olunur.


2.2 Nizamnaməyə, nizamnamə müddəasına və ya nizamnamə sənədlərinə edilən hər hansı bir istinad qüvvədə olduğu müddətdə onlara edilmiş hər hansı dəyişiklik və ya düzəlişi də ehtiva etməlidir.
3. ŞİRKƏT VƏ PODRATÇININ NÜMAYƏNDƏLƏRİ
3.1 Ümumi



  1. ŞİRKƏTİN NÜMAYƏNDƏSİ və PODRATÇININ NÜMAYƏNDƏSİ Müqavilədə müəyyən edilən şəxslərdir.




  1. 3-cü Maddəyə uyğun olaraq təyin edilən bu cür nümayəndələr və ya nümayəndə heyətləri hazır olmalıdırlar ki, ŞİRKƏT və PODRATÇIYA MÜQAVİLƏ ilə müəyyən edilən öhdəliklərini yerinə yetirmələri üçün imkan versinlər.




  1. ŞİRKƏT NÜMAYƏNDƏSİ və onun tərəfindən səlahiyyət verilmiş hər hansı bir şəxsin ağlabatan vaxtda İŞ SAHƏSİNƏ girişi olmalıdır və PODRATÇI giriş hüququnun əldə edilməsi üçün əlverişli şərait yaratmağa və hər bir köməkliyi göstərməyə çalışmalıdır.

ŞİRKƏTİN NÜMAYƏNDƏSİ




  1. ŞİRKƏTİN NÜMAYƏNDƏSİNİN MÜQAVİLƏ ilə müəyyən edilən bütün məsələlərdə ŞİRKƏTİN adından çıxış etmək səlahiyyəti vardır və bu cür səlahiyyət verildikdə bu barədə PODRATÇIYA yazılı şəkildə məlumat verilir və PODRATÇIYA bütün bildirişlərin, məlumatların, təlimatların və qərarların verilməsi və bunların PODRATÇIDAN alınmasına görə məsuliyyət daşıyır.




  1. PODRATÇIYA bildirməklə, ŞİRKƏTİN NÜMAYƏNDƏSİ istənilən zaman öz səlahiyyətlərindən hər hansı birini təyin edilmiş hər hansı təmsilçisinə verə bilər. Bu cür bildirişdə hər hansı bu cür təmsilçinin dəqiq səlahiyyəti göstərilir və bildiriş PODRATÇININ NÜMAYƏNDƏSİNƏ göndərilir.




  1. ŞİRKƏT ŞİRKƏTİN NÜMAYƏNDƏSİNİ istənilən vaxt dəyişə bilər və ŞİRKƏT hər hansı dəyişiklik haqqında PODRATÇIYA məlumat verməlidir.




  1. MÜQAVİLƏDƏ açıq şəkildə ifadə olunmadığı halda, ŞİRKƏTİN NÜMAYƏNDƏSİNİN MÜQAVİLƏYƏ düzəliş etmək və ya PODRATÇINI MÜQAVİLƏ ilə müəyyən edilmiş hər hansı öhdəliklərindən azad etmək səlahiyyəti yoxdur.

PODRATÇININ NÜMAYƏNDƏSİ




  1. PODRATÇININ NÜMAYƏNDƏSİNİN PODRATÇININ MÜQAVİLƏ ilə müəyyən edilən hüquq və öhdəlikləri çərçivəsində hər hansı fəaliyyəti ilə bağlı PODRATÇININ adından çıxış etmək səlahiyyəti vardır və ŞİRKƏTƏ yazılı bildiriş verilməklə bu cür səlahiyyət verildikdə ŞİRKƏTƏ bütün bildirişlərin, məlumatların, təlimatların və qərarların verilməsi və bunların ŞİRKƏTDƏN alınmasına görə məsuliyyət daşıyır.




  1. PODRATÇININ NÜMAYƏNDƏSİ öz səlahiyyətlərindən hər hansı birini təyin edilmiş hər hansı təmsilçisinə verə bilər və səlahiyyətin bu cür verilməsinin müddəti ŞİRKƏTİN (razılığın verilməsindən səbəbsiz imtinanın və ya verilməsinin ləngidilməsinin yolverilməz olması şərti ilə) əvvəlcədən verilmiş razılığından asılıdır.




  1. PODRATÇI PODRATÇININ NÜMAYƏNDƏSİ və ya hər hansı təyin edilmiş təmsilçisini səbəbsiz olaraq ŞİRKƏTİN (razılığın verilməsindən səbəbsiz imtinanın və ya verilməsinin ləngidilməsinin yolverilməz olması şərti ilə) əvvəlcədən verilmiş razılığı olmadan, dəyişdirə bilməz.




  1. PODRATÇININ NÜMAYƏNDƏSİNİN MÜQAVİLƏYƏ düzəliş etmək səlahiyyəti yoxdur.


4. PODRATÇININ ÜMUMİ ÖHDƏLİKLƏRİ


    1. PODRATÇI bütün növ idarəçilik, nəzarət, işçi heyəti, material və avadanlıq ( ŞİRKƏT tərəfindən təmin edilməli olan materiallar və avadanlıqlar istisna olmaqla), zavod, istehlak məhsulları, ləvazimatlar və müvəqqəti və ya daimi xarakterli bütün digər şeyləri, o şəkildə təmin edir ki, bunların təminatının zəruriliyi MÜQAVİLƏDƏ nəzərdə tutulmuşdur və ya MÜQAVİLƏDƏN ağlabatan şəkildə bu nəticəni çıxarmaq olar.




    1. PODRATÇI özünün MÜQAVİLƏYƏ ilə müəyyən olunmuş bütün öhdəliklərini həyata keçirməli və İŞİ lazımi diqqətlə, çalışqanlıqla və MÜQAVİLƏYƏ əsasən yerinə yetirilməli olan iş növündə təcrübəyə malik olan podratçıdan tələb olunan məxsusi bacarıqla icra etməlidir.




    1. PODRATÇI bütün əməliyyatlarının və İŞİN icrası üçün zəruri olan metodların adekvatlığı, stabilliyi və təhlükəsizliyinə görə məsuliyyət daşıyır və Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühit adlanan maddəsinin müddəalarına ciddi şəkildə əməl etməlidir.




    1. Hüquqi və fiziki baxımdan qeyri-mümkün olduğu və ya təhlükəsizliyə xələl gətirdiyi hallar istisna olmaqla, PODRATÇI İŞ ilə əlaqədar olan bütün məsələlərlə bağlı ŞİRKƏTİN verdiyi təlimatlara və göstərişlərə ciddi şəkildə riayət etməlidir.




    1. Materiallar və Avadanlıq




    1. PODRATÇI tərəfindən təmin edilən, MÜQAVİLƏDƏ təfsilatlı şəkildə nəzərdə tutulmuş material və avadanlıqlar və ya onların hissələri təzə olmalıdır və ya ŞİRKƏTİN razılığına əsasən təzə kimi yaxşı keyfiyyətdə və işlək olmalıdır və MÜQAVİLƏDƏ bunun üçün məqsəd müəyyən edilmişdirsə bu məqsədə uyğun gəlməlidir və ya belə bir məqsəd müəyyən edilməmişdirsə özünün normal təyinatına uyğun olmalıdır.

Müqavilə və ona Əlavələrdə müəyyən olunmuş və son nəticədə ŞİRKƏTİN əmlakı olacaq materiallar və avadanlıqlarla əlaqədar Maddə 4.5(a)-nın müddəalarına baxmayaraq, PODRATÇI bu cür materialların və avadanlığın ŞİRKƏTİN MÜQAVİLƏDƏ göstərilmiş və neft yataqları və mühəndis təcrübəsinə uyğun olan hər hansı keyfiyyət, kəmiyyət, spesifik xüsusiyyətlərlə bağlı tələblərinə cavab verməsinə təminat verməlidir. Bununla belə, həmin əşyalara münasibətdə güman edilən zəmanət, qənaətbəxş keyfiyyət və ya hər hansı xüsusi məqsədə uyğunluq tımin edilmir.




    1. İŞİN icrasının və başa çatdırılmasının vaxtında həyata keçirilməsi və hər hansı bir maneənin yaranmamasını təmin etmək üçün, PODRATÇI Maddə 4.1-də nəzərdə tutulan bütün vəzifələri vaxında icra etməli və materialların və avadanlığın təmin edilməsinə görə məsuliyyət daşıyır.




    1. ŞİRKƏT bu İŞLƏ bağlı digər müqavilələrə icazə vermək hüququnu özündə saxlayır. PODRATÇI ŞİRKƏTƏ və ŞİRKƏTİN dəgər podratçılarına öz işlərini və ya müqavilələrini icra edə bilmələri üçün ağlabatan çatım və imkan təmin edir və bu cür tərəflərlə tam əməkdaşlıq etməlidir.




    1. PODRATÇI İŞİN proqramlaşdırılması üçün məsuliyyət daşıyır.




    1. İŞİN və ya onun hər hansı hissəsinin tamamlanması ilə PODRATÇI onun tərəfindən təmin edilmiş, qırıntılar da daxil olmaqla bütün avadanlıqları və materialları gecikdirilmədən təmizləməli və götürməli və bununla da İŞ SAHƏSİNİ təmiz, səliqəli və təhlükəsiz şəraitdə tərk etməlidir.




    1. PODRATÇININ sahibliyində artıq qalmış ŞİRKƏT materialları İŞİN tamamlanması ilə ŞİRKƏTİN NÜMAYƏNDƏSİNİN Maddə 11- ə əsaslanan təlimatlarına uyğun olaraq PODRATÇI tərəfindən sərf edilməlidir.


5. OFŞOR NƏQLİYYAT VƏ SIĞINACAQ


    1. İŞLƏR ofşor ərazidə görülərkən ŞİRKƏT PODRATÇI QRUPUN təmin etdiyi işçilər üçün ofşor sığınacaq və yemək və bütün marşrut və tibbi yardım nəqliyyatını və Müqavilədə və ona Əlavədə müəyyən olunduğu kimi ŞİRKƏT tərəfindən yaradılmış vertolyot və təchizat bazası ilə İŞ SAHƏSİ arasında vertolyot və təchizat qayığı ilə daşınması mümkün olan, PODRATÇI QRUP tərəfindən təmin olunan avadanlıq və materiallar üçün nəqliyyatı PODRATÇIYA ödənişsiz təmin edir.




    1. PODRATÇI tərəfindən tələb olunan marşrutdan kənar nəqliyyata görə haqq yalnız ŞİRKƏTİN seçimindən asılı olaraq PODRATÇIDAN tutula bilər.


6. PODRATÇININ MƏLUMATLILIĞI


    1. PODRATÇI MÜQAVİLƏYƏ daxil olmazdan əvvəl PODRATÇININ xidmətlər, işçi heyəti, material və avadanlıq, zavod, İŞ üçün tələb olunan istehlak məhsulları və ləvazimatlar, Müqavilənin Muzd adlanan maddəsində müəyyənləşdirilən tariflərin və qiymətlərin düzgünlüyü və qənaətbəxşliyi, ümumi və yerli şərtlər də da daxil olmaqla (lakin bunlarla məhdudlaşmamaqla) İŞİN həddi və xüsusiyyəti haqqında və İŞİN irəliləməsi və ya yerinə yetirilməsinə təsir edə biləcək bütün digər məsələlər barədə kifayət qədər məlumatlı olması güman edilir.




    1. PODRATÇI tərəfindən işə mənfi təsir edən məsələlərin nəzərə alınmaması onu MÜQAVİLƏ ilə müəyyən olunmuş öhdəliklərindən azad etmir.




    1. PODRATÇI neft yataqları təcrübəsi əsasında bütün TEXNİKİ MƏLUMATLARI yoxlayır və aşkar etdiyi bütün xəta və ya uyğunsuzluqlar barədə məsləhət verir. ŞİRKƏT bu xətaları və ya uyğunsuzluqları aradan qaldırır və bundan sonra PODRATÇI ona ŞİRKƏT tərəfindən (düzəldilmiş formada) verilmiş bütün TEXNİKİ MƏLUMATLARA əsaslanmaq hüququ olur.


Download 2,48 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish