5-ci MÖvzu: Azərbaycan dili haqqında məlumat. Azərbaycan dilinin Dövlət Statusu Plan



Download 15,45 Kb.
Sana16.01.2020
Hajmi15,45 Kb.
#34733
Bog'liq
MÜHAZİRƏ - NİTQ - 5

5-ci MÖVZU: Azərbaycan dili haqqında məlumat. Azərbaycan dilinin Dövlət Statusu

Plan:

1. Azərbaycan dili anlayışı.

2. Azərbaycan dilinin inkişaf mərhələləri.

3. Azərbaycan dilinin Dövlət Statusu.

4. Azərbaycan dilinin tipoloji və geneoloji xüsusiyyətləri.

Mənbə: [1,2,5,6,7,8,9]



  21 fevral Beynəlxalq Ana dili günüdür
Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. (H.Əliyev)

5. 1.  Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dil insanın həyat və fəaliyyəti, fikir və düşüncələrilə bağlı olur. İnsanın bütün şüurlu həyatı dildə keçir. O dildə düşünür, dildə fikirlərini ümumiləşdirir, ən ülvi hisslərini dildə ifadə edir.  Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi.Azərbaycan Respublikası öz dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı. Azərbaycanda müstəqillik dönəmində dil siyasəti 1991-ci ildən başlamışdır.Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstutusiyasında Azərbaycan dilinin adı bərpa olundu. Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində yazılır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi.

İndi Azərbaycan dilinin özünəməxsus zəngin lüğət fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası vardır.

   Ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli  “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı Azərbaycan dilinin sərbəst inkişafı və geniş tətbiqi üçün zəmin yaratdı. Bu fərman Azərbaycan dilinin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və inkişaf etdirilməsi yolunda dövlət qayğısının artırılması deməkdir. Bu tarix Azərbaycan xalqının həyatında əlamətdar bir gün kimi qalacaqdır. Bu fərmanının imzalanmasından bir neçə gün sonra 4 iyul 2001-ci il tarixində “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təşkil edilməsi haqqında” fərman imzalandı. Bu komissiyanın tərkibinə görkəmli dövlət xadimləri ilə yanaşı, dilçilər də daxil edildi ki, onlar daima dilimizin tətbiqi sahəsinə nəzarət etsinlər.

Ümummilli lider Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Həmin vaxtdan etibarən hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

  Bundan başqa, 2002-ci ilin 30 sentyabrında “Azərbaycan Respublikasında  Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi, onun tətbiqi, inkişaf etdirilməsi istiqamətində bir addımdır.

 2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçrilməsi haqqında” sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür.  

 İndi Azərbaycan dilinin özünəməxsus zəngin lüğət fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası vardır.

Dil dövlət atributlarından biridir və ona hörmətlə yanaşılmalıdır. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir azərbaycanlı göz bəbəyi kimi qorumalı, ona daim qayğı ilə yanaşmalıdır. Bu, hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur.



5.2 Azərbaycan ədəbi dilinin 800 ilə yaxın inkişaf tarixi iki böyük dövrə - əski və yeni dövrlərə bölünür. Əski dövr təxminən XIII-XVII əsrləri, yeni dövr isə XVII əsrdən sonrakı mərhələni əhatə edir. Azərbaycan ədəbi dilinin bu dövrü üç mərhələni əhatə edir: 1) ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr); 2) milli dilin yaranması və və inkişafı mərhələsi (XIX əsr və XX əsrin birinci rübü); 3) müasir mərhələ (XX əsrin birinci rübündən sonra).

XX əsrdə Azərbaycan ədəbi dilinin inkişafında üç əsas meyl özünü göstərir: 1) Ədəbi dili xalq dili ilə eyniləşdirmək meyli. Bu, özünün bariz şəklini “Molla Nəsrəddin” jurnalının yazılarında, C.Məmmədquluzadə, Ə.Haqverdiyev kimi yazıçıların əsərlərində tapmışdır; 2) Daha çox Osmanlı (türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu, “Füyuzat” və “Həyat” kimi bir çox jurnal və qəzetlərin, Ə. Hüseynzadə kimi maarifpərvər yazıçıların dilində özünü göstərir. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi; 3) Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Heç bir dialekt təsirini qəbul etməyən bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 30-cu illərədək davam etdi.


Yeni dövr Azərbaycan ədəbi dilinin müasir mərhələsində mühüm hadisələrdən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu alması oldu.
Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin diqqət mərkəzində olmuşdur. 1918-ci il 27 iyun tarixli qərarı ilə Cümhuriyyət hökuməti o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etmişdir.
Azərbaycan dili dövlət dili kimi Azərbaycan SSR Konstitusiyasında (1978) təsbit olunmuşdur. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ümumxalq referendumu ilə “Azərbaycan dili” yeni Konstitusiyada da dövlət dili kimi öz əksini tapdı.
Azərbaycan ədəbi dili xalq danışıq dilinin cilalanmış, ciddi fonetik, leksik, qrammatik və üslubi normalarla cəmyyətə yüksək səviyyədə xidmət göstərən formasıdır.
Ədəbi dilin yazılı və şifahi formaları vardır. Şifahi ədəbi dil (səsli dil) çox qədimdir, o, yazılı ədəbi dil hələ mövcud olmadığı uzun dövr ərzində xalq yaradıcılığının ifadə vasitəsi kimi işlənmişdir. Yazılı dilin ilkin nümunələri rəsmi sənədlərin, dövlət başçılarının məktublarının, bədii əsərlərin, həmçinin dini mətnlərin dili olmuşdur. Cəmiyyət inkişaf etdikcə yazılı ədəbi dilin meydanı genişlənmişdir. Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir. Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:

  1. ədəbi dilin təşəkkül mərhələsi XIII-XIV (13-14-cü) əsrlər

  2. klassik şeir dili mərhələsi XV-XVII (15-17-ci) əsrlər

İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:

  1. ədəbi dilin xəlqiləşməsi mərhələsi XVIII (18-ci) əsr,

  2. milli dilin yaranması və inkişafı mərhələsi XIX-XX (19-20-ci) əsrin əvvəli,

  3. müasir mərhələ XX (20-ci) əsrin 1-ci rübündən sonra).

5.3 Əsrlər boyu işğallar nəticəsində Azərbaycan dilinin adı dəyişdirilmişdir. Azərbaycan dili uzun müddət "türki", "türk dili", "Azərbaycan türkcəsi", bəzən isə "tatar dili", "Qafqaz tatarlarının dili" (xüsusən rus dilində yazılmış əsərlərdə) adlandırılmışdır[22]

XX əsrin əvvəllərində ilk olaraq, Türk dillərini təsnifatlaşdıran tarixçi alimlərdən biri Armin Vamberi olmuşdur. Belə ki , onun 1908-ci ildə müəllifi olduğu "Dünya tarixçilərinin Dünya tarixi" adlı Londonda nəşr olunmuş çoxcildlik ensiklopediyanın 24-cü cildində Azərbaycan dili Türk dillərinin 3 qrupundan qərb qrupuna aid edilir və dialekt deyil , müstəqil dil kimi göstərilir

Cümhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul edilir. 1921-ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili olması ilə bağlı dekret imzalayırlar. 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyası qəbul olunur və oraya dövlət dili haqqında maddə salınmır. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur.

1936-cı ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili kimi qeyd edilir. Ancaq 1937-ci ilin aprel ayında qəbul olunun əsas qanunda dövlət dili haqqında heç bir qayda öz əksini tapmır. Ancaq Konstitusiyada xüsusi maddə olmasa da, 1936-cı ildən sonra bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili qeyd edilir.

1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul olunmuş Konstitusiyasına aşağıdakı məzmunda maddə əlavə edilir: "Azərbaycanın dövlət dili Azərbaycan dilidir…"[24]

Dövlət dilinə həsr edilmiş bütün iclaslarda demokratik şərait yaradıldığından müxtəlif fikirlər özünü göstərir:



  • Azərbaycan dilidir;

  • Türk dilidir;

  • Azərbaycan türk dilidir;

  • Azərbaycan türkcəsidir;

  • Türk dilləri ailəsinə daxil olan Azərbaycan dilidir.

Prezident Heydər Əliyevin çıxışından: "Gəlin türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir. Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumık dili var. Demək, bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Türkdilli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onların da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı var... Axı nə təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, Tatarıstan türküyəm"[25]

Yenə həmin iclasda dövlət başçısı qeyd edir: "… taleyimiz belə gətirib ki, məsələn bizə tatar deyiblər. Amma biz tatar deyilik axı. Neçə illər bizə tatar deyiblər. Elə Həsən bəy Zərdabi də özünə tatar deyibdir, o birisilər də özlərinə tatar deyiblәr Bu Bakıda, Azərbaycanda bir belə azərbaycanlı ziyalı olduğu halda məktəblər açılmışdı – "russko-tatarskaya şkola"… Mən bununla sadəcə demək istəyirəm ki, bizim taleyimiz belə olubdur. Rusiyada bizə tatar deyiblər. Rusiyanın burada qubernatorları bizə tatar deyiblər. Ondan sonra 1918-ci ildən 1936-cı ilə qədər türk deyilib. 60 ildir biz "Azərbaycan dili", "azərbaycanlı" deyirik. İndi bəs nə edək? Bunlara cavab olmalıdır ki, bir qərar qəbul edək".



Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Həmin müzakirələr göstərdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz "türk dili" adlandırılmasının əleyhinədirlər. Buna səbəb isə:

  • iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi – Türkiyə türkcəsi) adlandırmaq lazım gəlir;

  • Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar (talışlar, tatlar, kürdlər, ləzgilər və s.) "Azərbaycan dili"nin "türk dili" adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək "xırda millətçilik" hisslərini qızışdırırlar;

  • "Azərbaycan dili" adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir.[26]

Download 15,45 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish