Səmərəli Dəyər –
“Səmərəli Dəyər” termini yalnız xərcləri deyil, həmçinin işin keyfiyyətini, zamanında yerinə yetirilməsini və digər texniki-kommersiya faktorlarını əhatə edir.
Səlahiyyət Həddləri –
İstənilən satınalma əməliyyatlarının keçirilməsini dəyər baxımından tənzimləyən, ARDNŞ-nin prezidentinin əmri əsasında Baş ofis və ARDNŞ-nin tərkibinə daxil olan hüquqi şəxslər üzrə, eləcə də hüquqi şəxslərin rəhbərininin əmri əsasında onların qurumları üzrə təsdiq edilmiş səlahiyyət hədləri.
Danışıqları Aparmaq Səlahiyyəti –
Müsabiqədən kənar satınalmaların həyata keçirilməsi məqsədilə malgöndərən (podratçı) ilə, eləcə də, müsabiqə təklifləinin qiymətləndirilməsindən sonra müsabiqə iştirakçısı ilə danışıqların aparılması üzrə Satınalmar Komitəsi tərəfindən verilən səlahiyyət
Müsabiqə –
Malların (işlərin və xidmətlərin) əldə olunması üçün rəqabətli satınalma prosedurlarının keçirilməsi metodlarını (açıq müsabiqə, seçmə müsabiqə və s.) birləşdirən və əvəz edən ümumi anlayış.
Müsabiqədən kənar Satınalmalar –
Rəqabətli müsabiqələrdən istifadə edilmədən, birbaşa danışıqlara girərək satınalma əməliyyatının tək və ya yeganə mənbədən həyata keçirilməsi.
Bağlı Zərf Prinsipi –
Ehtimal olunan dəyər ARDNŞ-nin prezidenti tərəfindən müəyyən edilmiş həddən yüksək olduqda, elektron hərraclardan başqa, bütün müsabiqə təkliflərinin bağlı zərfdə qəbul olunmasıdır
İki Zərf Prinsipi –
Ehtimal olunan dəyər ARDNŞ-nin prezidenti tərəfindən müəyyən edilmiş həddən yüksək olduqda, elektron hərraclardan başqa, texniki və maliyyə təkliflərin ayrı-ayrı zərflərdə təqdim olunmasıdır.
2.3. Satınalmalar siyasətinin məqsədi
ARDNŞ-nin Satınalmalar prosesinin məqsədi aşağıdakılardır:
-
ARDNŞ-nin satınalmalar əməliyyatlarına vahid yanaşmanın təmin olunması və;
-
ARDNŞ-nin satınalmalara sərf olunmuş məsrəfləri qarşılığında şirkət üçün Səmərəli Dəyəri əldə etmək və biznesin mənfəətliliyini maksimuma çatdırımaq.
Satınalmalar siyasətinin əsas prinsipləri - müvafiq normativ sənədlər əsasında işlərin keyfiyyətinin, nəzərdə tutulan xərclərin, malgöndərənin (podratçıların) etibarlılığının, texniki təhlükəsizliyinin, ətraf mühitin qorunmasının və tətbiq olunan qanunvericiliyin nəzərə alınmasından, ARDNŞ üçün malların (işlərin və xidmətlərin) satınalınmasında Səmərəli Dəyərin təmin edilməsindən ibarətdir.
2.4. Satınalmalarda etik prinsiplər
Satınalma əməliyyatlarına cəlb edilmiş ARDNŞ-nin bütün işçi heyəti iş münasibətlərində yüksək peşəkarlıq nümayiş etdirməyə və etik standartları qorumağa borcludur. ARDNŞ-də satınalmalar fəaliyyətini həyata keçirən nə Baş ofisin, nə də Struktur Vahidlərinin işçi heyəti şəxsi mənafeyi üçün öz səlahiyyətlərindən və vəzifəsindən istifadə edə bilməz.
Bütün satınalmalar elə tərzdə aparılmalıdır ki, onlar ictimaiyyətə və ya digər təşkilatlara aşkar olunsa ARDNŞ-nin imicinə və nüfuzuna zərər vurmasın.
Etik məsələlərlə bağlı hər hansı bir şübhəsi olan və ya fikrini aydınlaşdırmaq istəyən işçi heyətinin üzvü birinci növbədə bilavasitə tabeliyində olduğu şəxsə müraciət etməlidir. Sonrakı istiqamətləndirmə tələb olunarsa, Satınalmalar Komitəsinə müraciət edilə bilər.
2.5. Rəqabət prinsipi
Rəqabət prinsipi - satınalmalar üzrə keçirilən müsabiqələrə malgöndərənləri (podratçıları) cəlb etməklə, onlara eyni münasibət göstərərək onların müsabiqələrdə bərabər imkanlara malik olmalarını təmin edir.
Müsabiqədən kənar (tək və ya yeganə mənbədən) satınalmaların həyata keçirilməsi, biznes və texniki şərtlər nəzərə alınmaqla yalnız Normativ sənədlərdə nəzərdə tutulmuş hallarda və şərtlərlə aparıla bilər.
Malgöndərənlər (podratçılar) ilə uzun müddətli iş münasibətlərinin qurulması prioritetdir. Belə ki, ARDNŞ-nin satınalmalarının məqsədi davamlı inkişaf etmək və xərcləri minimuma endirməkdir. Bu baxımdan ARDNŞ-nin tələbatının cəmləşdirilməsi və uzunmüddətli müqavilələrin imzalanması strateji məqsədləri təmin edən yoldur.
ARDNŞ tərəfindən innovasiyaları tətbiq edən, istismar xərclərini azalda biləcək həll yollarını təklif edən, texniki təhlükəsizlik və ətraf mühitin qorunması aspektlərini əhatə edən, ARDNŞ tərəfindən qəbul edilmiş standartlara uyğun malları (işləri və xidmətləri) təchiz etmək bacarığına malik olan malgöndərənlərə (podratçılara) üstünlük verilir.
2.6. Qanunçuluq prinsipi
Satınalmalar zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunmalıdır.
ARDNŞ ilə xarici şirkətlər arasında bağlanan müqavilələrdə Azərbaycan və ya İngiltərə qanunvericiliyi tətbiq olunur və təsdiq olunmuş standart müqavilələrin şərtləri və müddəaları tətbiq edilir. Standart müqavilələrə hər bir dəyişiklik və əlavələr ARDNŞ-nin Baş ofisinin Hüquq İdarəsinin rəyi əsasında həyata keçirilir.
ARDNŞ tərəfindən Azərbaycan Respublikasının dövlət vəsaiti (dövlət büdcəsi, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar) hesabına malların (işlərin və xidmətlərin) satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun həyata keçirilir.
2.7. Satınalmalarda biznes strategiyası prinsipi
Satınalmalar əməliyyatları biznes strategiyası əsasında ARDNŞ-nin tələbatlarına uyğun və elmi-texniki inkişafı nəzərə almaqla aparılmalıdır. Səmərəli strategiya beynəlxalq təcrübə, qabaqcıl şirkətlərdə tətbiq olunan texnologiyalar və onların nailiyyətləri nəzərə alınmaqla formalaşdırılmalıdır.
2.8. Malgöndərən (Podratçılar) ilə əməkdaşlıq prinsipi
Satınalmalar proseslərinə cəlb edilmiş ARDNŞ-nin bütün işçi heyəti malgöndərənlər (podratçılar) ilə əməkdaşlığı şəffaf, etibarlı və səmimi şəkildə təşkil etməlidir.
Malgöndərənlər (podtratçılar) ilə əməkdaşlıq zamanı aşağıdakı qaydalara riayət olunmalıdır:
-
Podratçılar (malgöndərənlər) maraqların ziddiyyəti, qanuna zidd hədiyyələr və seçimlərdə kompromis yarada biləcək hər hansı himayəçilikdən çəkinməklə seçilməlidirlər.
-
Podratçılarla (malgöndərənlərlə) biznes münasibətləri qanunvericiliyin tələblərinə və etik davranış qaydalarına uyğun aparılmalıdır.
-
ARDNŞ-nin etik tələblərinə riayət etməyən podratçıların (malgöndərənlərin) hərəkətləri barədə rəhbərlik xəbərdar edilməli və hesabat verilməlidir.
-
Bir malgöndərən (podratçı) barədə konfidensial məlumatın digərinə ötürülməsinə yol verilməməlidir.
2.9. ARDNŞ üçün “Səmərəli Dəyər” prinsipi
Bütün satınalma əməliyyatları ARDNŞ üçün səmərəli dəyərin əldə olunmasına yönəlməlidir. “Səmərəli Dəyər” termini yalnız xərcləri deyil, həmçinin işin keyfiyyətini, zamanında yerinə yetirilməsini və digər texniki-kommersiya faktorlarını əhatə edir. Bu faktorlara aşağıdakılar aid ola bilər:
-
Podratçıların (malgöndərənlərin) bacarığı, etibarlılığı, imici və maliyyə gücü;
-
Podratçıların (malgöndərənlərin) tamamladığı işlərin həcmi;
-
Texniki innovasiyalar, xidmətlərin, materialların və avadanlıqların müvafiqliyi və keyfiyyəti;
-
Mövcud avadanlıqların standartlaşdırılması və uyğunluğu;
-
ARDNŞ-nin Sağlamlıq, Ətraf Mühitin Qorunması, və Texniki Təhlükəsizlik qaydalarına müvafiqliyi.
2.10. Daxili əməkdaşlıq prinsipi
Satınalmaların istənilən forması (müsabiqədən kənar satınalmalar istisna təşkil edir) ARDNŞ-nin satınalmalara dair normativ sənədlərinin tələblərinə uyğun olaraq yalnız Satınalmalar qrupu tərəfindən aparıla bilər.
2.11. Konfidensiallıq prinsipi
Satınalma əməliyyatlarında mübadilə olunan konfidensial məlumatların konfidensiallığının saxlanması təmin edilməlidir. Müsabiqə təkliflərinə elə tərzdə baxılmalıdır ki, onların məzmununun bir-biri ilə rəqabət aparan müsabiqə iştirakçılara məlum olmasına yol verilməsin. Müsabiqə iştirakçıları ilə təkliflərə dair aparılan hər bir danışıq konfidensial xarakter daşıyır. Normativ sənədlərdə və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, danışıqlarda iştirak edən tərəflərin heç biri qarşı tərəfin razılığı olmadan bu danışıqlara aid olan hər hansı qiyməti, texniki və ya digər məlumatı açıqlamamalıdır.
Konfidensial məlumatlara müsabiqə təklifləri, müqavilələrin konfidensial şərtləri və müvafiq hallarda işlərin (malların, xidmətlərin) spesifikasiyası və s. daxil olur. Əgər belə məlumatın alınması üçün ARDNŞ-nin işçi heyətinə yanaşmalar və təkliflər olunubsa, rəhbərlik bu barədə dərhal xəbərdar edilməlidir.
ARDNŞ konfidensiallıq prinsipinin pozulması yolu ilə cəlb oluna biləcək malgöndərən (podratçı) ilə əməkdaşlıq etməməlidir.
2.12. Maraqların ziddiyyəti prinsipi
ARDNŞ-dən hüquqi, maliyyə və ya təşkilati asılılığı olan podratçıların (malgöndərənlərin) keçirilən satınalma əməliyyatlarında iştirakına yol verilmir.
Struktur Vahidlər arasında malların (işlərin və xidmətlərin) satın alınması sahəsində münasibətlər ARDNŞ-nin digər daxili normativ sənədləri ilə tənzimənir.
ARDNŞ-nin iştirakı ilə yaradılmış müştərək müəssisələrin təqdim etdiyi malların (işlərin və xidmətlərin) satın alınması ARDNŞ ilə bağlanmış dəstək və ya çərçivə müqavilələrinin şərtlərinə və hazırki siyasətdə əks olunmuş prinsiplərə uyğun olaraq həyata keçirilir.
ARDNŞ-nin müştərək müəssisələrindən, alyanslarından və əməliyyat şirkətlərindən malların (işlərin və xidmətlərin) satınalınması yalnız aşağıdakı şərtlərlə həyata keçirilə bilər:
-
Satın alınan malları (işləri və xidmətləri) ARDNŞ-nin müəssisələri təklif etmirsə;
-
ARDNŞ ilə bağlanmış dəstək və ya çərçivə müqavilələri mövcud olduqda;
-
ARDNŞ üçün səmərəli dəyər təklif edildikdə.
Aşağıdakı şəxslər satınalma əməliyyatları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər:
-
Satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, himayəçilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar;
-
Satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar.
Podratçıların (malgöndərənlərin) tabe olduğu təsisçinin və ya onun filialının (nümayəndəliyinin) əməkdaşı olan şəxslər satınalma prosedurlarına dair sənədlərin hazırlanmasına cəlb edilə bilməzlər.
Bu bənddə göstərilən əsaslara görə müsabiqə təklifinin rədd edilməsi və onun səbəbləri satınalma prosedurları haqqında hesabatda göstərilir və dərhal Podratçılara (malgöndərənlərə) bildirilir.
Əgər maraqların ziddiyyəti baş verərsə, həmin şəxs bu barədə rəhbərliyini yazılı şəkildə xəbərdar etməlidir ki, ziddiyyət sahəsində hər hansı qərarın qəbul edilməsində bu şəxsin iştirak etməsinə yol verilməsin.
2.13. Korrupsiyanın yolverilməzliyi
Satınalma prosesləri ilə bağlı hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədi ilə Podratçıların (malgöndərənlərin) korrupsiya ilə məşğul olması müəyyənləşdirildikdə:
-
Həmin Podratçıların (malgöndərənlərin) təqdim etdiyi təkliflər rədd edilir;
-
Həmin Podratçıların (malgöndərənlərin) gələcək satınalma prosedurlarında iştirakı qadağan edilir;
-
Korrupsiya və saxtakarlıq hallarının araşdırılması üçün məlumatlar müvafiq səlahiyyətli orqanlara təqdim edilir.
Satınalma prosesində iştirak edən hər hansı şəxsin podratçıdan (malgöndərəndən) və ya satınalmanın nəticəsində maraqlı olan hər hansı şəxsdən hədiyyə, yəni hər hansı güzəştləri, məhsul və xidmət üzrə münasib şərtləri, nəqliyyat vasitələrini, istiqraz və qiymətli kağızları, evlərin təmirini, biletləri, hədiyyə kuponlarını və s. qəbul etməsi və ya onların nəqliyyat vasitələrindən istifadə etməsi qadağandır.
Lakin, biznes münasibətlərinin normal qaydası olaraq, 55 (əlli beş) manatdan baha olmamaq şərti ilə təqvim ili ərzində bir dəfə hədiyyəni qəbul etmək olar. Bu zaman hədiyyəni alan ARDNŞ-nin işçi heyətinin üzvü hədiyyənin biznes qərarlarının qəbul edilməsinə təsir edə bilməyəcəyini hədiyyəni təklif edən tərəfə bildirməlidir.
Qiymətindən asılı olmayaraq bütün hədiyyələr barədə rəhbərlik məlumatlandırılmalıdır.
2.14. Satınalmalarda müstəsna hallar.
Bank və bank olmayan kredit təşkilatlarının, habelə investisiya təşkilatlarının xidmətlərinin göstərilməsi, sponsorluq, turizm və sərnişin nəqliyyatı xidmətləri, sərgilərin təşkili və sərgi ilə bağlı malların (işlərin və xidmətlərin) sifarişi, daşınmaz əmlak, o cümlədən torpaq sahələrinin satın alınması, hazırlıq, tədris və ixtisasartırma kursları və təqaüd proqramları üzrə bağlanan müqavilələr müstəsna hal kimi Normativ sənədlərlə müəyyən edilmiş satınalma prosedurlarına daxil edilmir.
2.15. Satınalmaların keçirilmədiyi hallar.
ARDNŞ-nin prezidenti tərəfindən müəyyən edilmiş həddən yüksək olmadıqda malların (işlərin və xidmətlərin) alınması hazırki normativ sənədlərlə müəyyən edilmiş satınalma prosedurlarından kənar həyata keçirilir.
2.16. Qüvvədə olan müqavilələr üzrə münasibətlərin davam etdirilməsinin şərtləri.
Malların (işlərin və xidmətlərin) satın alınması satın alan təşkilatın təchizat planında (proqnozunda) nəzərdə tutulduqda, aşağıdakı şərtlərin hamısı mövcud olması şərtilə qüvvədə olan satınalma müqaviləsi satınalma prosedurları keçirilmədən müqavilədə nəzərdə tutulmuş şərtlərə əməl edilməklə eymi müddətə uzadıla bilər:
a. müqavilənin müddətinin uzadılması müqavilənin şərtlrəində nəzərdə tutulduqda;
b. satın alınan malın (xidmət və ya iş) vahidinin dəyəri artmadıqda;
c. ehtimal olunan dəyərin müəyyən edilməsi prosedurları keçirilərək mövcud bazarda malın (işin və xidmətin) dəyərində azalma müşahidə edilmədikdə.
3. Satınalmalar Konsepsiyası
-
Ümumi müddəalar
-
Təşkilati struktur və rollar
-
Satınalmalar prosesinin mərhələləri
-
Ümumi müddəalar
Satınalmalar konsepsiyası ARDNŞ-nin prezidenti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra - ARDNŞ) satınalmalar prosesinin təşkilati strukturunu, onun iştirakçılarının vəzifələrini, prosesə ümumi yanaşmanı və prosesin mərhələlərini əks etdirir. Satınalmalar Konsepsiyasının müddəaları ARDNŞ-nin Baş ofisi və Struktur Vahidlərinə şamil edilir.
Satınalmalar prosesi – ARDNŞ-nin Baş ofisinin və Stuktur Vahidlərinin normal fəaliyyəti üçün üçüncü tərəflərdən (podratçı və malgöndərənlərdən) tələb olunan mallar (işlər və xidmətlər) ilə təmin olunması prosesidir.
-
Təşkilati struktur və rollar
Satınalmalar əməliyyatlarına aidiyyəti olan struktur bölmələr və işçi heyəti aşağıdakılardır:
-
ARDNŞ-nin prezidenti:
ARDNŞ-nin nizamnaməsinə əsasən fəaliyyət göstərir. Prezidentin satınalmalar üzrə əsas rolu aşağıdakılardan ibarətdir:
-
Satınalmalar Siyasətini təsdiq etmək;
-
Satınalmalar Konsepsiyasını təsdiq etmək;
-
Satınalmalar Komitəsinin əsasnaməsini və tərkibini təsdiq etmək;
-
Satınalmalar Komitəsinin sədrini,,sədr müavinlərini üzvlərini və katiblərini təyin etmək;
-
Satınalmalar qrupunun əsasnaməsini təsdiq etmək;
-
Satınalmalar prosesinin iştirakçılarının səlahiyyət hədlərini təsdiq etmək;
-
Satınalmalara dair minimum hədləri və satınalmalara dair digər şirkətdaxili normaları müəyyən etmək.
3.2.2. Satınalmalar Komitəsi
Tərkibi ARDNŞ-nin prezidentinin əmri ilə təsdiq edilən və ARDNŞ-nin daxilində satınalmalar proseslərinə nəzarət edən kollegial orqandır. Satınalmalar Komitəsinin tərkibi Komitə Sədrindən, Komitənin sədr müavinlərindən, Komitə üzvlərindən və iki katibdən ibarətdir.
3.2.3. Baş ofis
Baş ofis ARDNŞ-nin Nizamnaməsinə və Normativ sənədlərə uyğun olaraq satınalmalar əməliyyatlarını həyata keçirir. Baş ofisin əsas rolları aşağıdakılardır:
-
Baş ofisin ehtiyacları üçün tələb olunan malların alınması;
-
ARDNŞ-nin Struktur Vahidlərinin bilavasitə fəaliyyətinə və istehsalata aidiyyəti olmayan, ümumi xarakterli aşağıdakı satınalma əməliyyatlarının həyata keçirilməsi:
-
Məsləhətçilik xidmətlərini;
-
Qiymətləndirmə xidmətlərini;
-
Audit xidmətlərini;
-
Hüquqi yardım (nümayəndəlik xidmətləri və s.);
-
Sığorta xidmətləri;
-
İki və daha artıq Struktur Vahidinin tələbatına aid olan, Satınalmalar Komitəsinin qərarı ilə mərkəzləşdirilmiş fondlar hesabına həyata keçirilən satınalma əməliyyatları;
-
Digər satınalma əməliyyatları.
-
Struktur Vahidlərinin istənilən yüksək dəyərli satınalmalarının Satınalmalar Komitəsinin qərarı əsasında həyata keçirilməsi.
3.2.4. Struktur Vahidlər
ARDNŞ-nin prezidenti tərəfindən təsdiq olunmuş Nizamnaməyə (Əsasnaməyə) və Normativ sənədlərə uyğun olaraq satınalmalar əməliyyatlarını həyata keçirən ARDNŞ-nin strukturuna daxil olan hüquqi şəxslər və hüquqi şəxs olmayan qurumlar.
-
İxtisaslaşmış Təchizat Bölməsi
Təsdiq olunmuş əsasnaməyə əsasən ARDNŞ-nin Baş ofisində və Struktur Vahidlərində fəaliyyət göstərən struktur bölmə. Əsas vəzifələri aşağıdakılardır:
-
Satınalmaların müvafiq səviyyədə planlaşdırılmasını aparmaq;
-
Proqnozları yuxarı təchizat bölməsinə təqdim etmək;
-
Proqnozların yerinə yetirilməsinə nəzarət etmək;
-
Satınalma əməliyyatlarında iştirak etmək.
3.2.6 Satınalmalar qrupu
Bu qrupun tərkibi Satınalmalar qrupunun Əsasnaməsində nəzərdə tutulmuş qaydada formalaşdırılır. Satınalmalar qrupunun funksiyaları Dəvət Sənədlərinin hazırlanmasından, təkliflərin qiymətləndirmə meyarlarının müəyyən edilməsindən, təkliflərin qiymətləndirilməsindən və əsasnamə ilə səlahiyyətlərinə aid edilmiş digər satınalma əməliyyatlarının keçirilməsindən ibarətdir.
3.2.7 Əlaqələndirici Şəxs
Onun əsas vəzifələri aşağıdakılardır:
-
Satınalmaların normativ sənədlərə uyğun aparılmasını təmin etmək;
-
Satınalmalar qrupunun tərkibində təkliflərin kommersiya və müqavilə aspektlərini qiymətləndirmək;
-
Satınalmalar qrupunun işini əlaqələndirmək;
-
Satınalmalar qrupunun üzvlərini Satınalmalara dair qaydalarla təlimatlandırmaq;
-
Müsabiqəyə Dəvət Sənədlərini hazırlamaq;
-
Podratçılarla (malgöndərənlərlə) əlaqə saxlamaq;
-
Müqavilə imzalananadək podratçılarla (malgöndərənlərlə) danışıqların aparılmasını təşkil etmək;
-
Müsabiqəyə dair protokolları hazırlamaq;
-
Danışıqların aparılması səlahiyyətlərinin alınmasına və müsabiqə nəticələrinin təsdiq edilməsinə dair Satınalmalar Komitəsinə müraciət məktubunu hazırlamaq;
-
Müqavilənin tamamlanması prosedurunu aparmaq;
-
Kartoteka üçün Müqavilə Sənədlərinin Qovluğunu hazırlamaq.
3.2.8. Sifarişçi
Tələbatların ödənilməsi üçün lazım olunan malları (işləri və xidmətləri) sifariş edən stuktur bölmələr və səlahiyyətli şəxslərdir. Əsas vəzifələri:
-
Mallara (işlərə və xidmətlərə) tələbatı aşkar etmək;
-
Mallara (işlərə və xidmətlərə) tələbatı proqnozlaşdırmaq və təkliflərini İxtisaslaşmış Təchizat Bölməsinə təqdim etmək;
-
Satın alınacaq malların (işlərin və xidmətlərin) texniki spesifikasiyalarını müəyyən etmək;
-
Satınalmanın ehtimal olunan dəyərini İxtisaslaşmış Təchizat Bölməsi ilə birlikdə müəyyən etmək;
-
Müsabiqəyə Dəvət Sənədlərinin hazırlanmasında Əlaqələndirici Şəxsə kömək etmək;
-
Satınalmalar qrupunun fəaliyyətində iştirak etmək;
-
Müqavilənin icrası zamanı malgöndərənin (podratçının) təqdim etdiyi malların (işlərin və xidmətlərin) müqavilənin texniki şərtlərinə uyğunluğuna nəzarət etmək.
ARDNŞ-nin bütün işçi heyəti Şirkətin məqsədlərinə nail olmaq üçün onların məsuliyyət dairəsinə aid olan satınalmalar əməliyyatlarına görə cavabdehdir.
3.3. Satınalmalar prosesinin ümumi mərhələləri
4. ARDNŞ-nin Satınalmalar Komitəsinin Əsasnaməsi
-
Ümumi Müddəalar
4.1.1. ARDNŞ-nin Satınalmalar Komitəsi (bundan sonra mətndə - Komitə) “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş ARDNŞ-nin strukturuna uyğun olaraq təşkil edilmişdir.
4.1.2. Komitə malların (işlərin və xidmətlərin) satın alınması sahəsində ARDNŞ-nin satınalmalar siyasətini həyata keçirən kollegial orqandır.
4.1.3. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, ARDNŞ-nin Nizamnaməsini, ARDNŞ-nin satınalmaların təşkili və idarəedilməsi üzrə, eləcə də şirkətdaxili digər normativ sənədlərini, satınalmalar sahəsində beynəlxalq neft-qaz əməliyyatlarında ümumi qəbul olunmuş prinsipləri və işgüzar təcrübəni rəhbər tutur.
4.1.4. Bu Əsasnamədə tətbiq olunan, lakin anlayışı verilməyən terminlər Azərbaycan Respublikasının qanunvericiliyi və ARDNŞ-nin satınalmaları tənzimləyən normativ sənədləri ilə müəyyən edilmiş mənanı daşıyır.
4.1.5. Komitə ARDNŞ-nin loqotipi və öz adı əks olunmuş möhürə, ştampa və blanka malikdir.
-
Komitənin məqsədi, hüquq və vəzifələri
-
Satınalmalar Komitəsinin əsas məqsədi satınalma əməliyyatlarının Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, ARDNŞ-nin Nizamnaməsinə, ARDNŞ-nin satınalmaları tənzimləyən normativ sənədlərinə, satınalmalar sahəsində beynəlxalq neft-qaz əməliyyatlarında ümumi qəbul olunmuş prinsiplərə və işgüzar təcrübəyə uyğunlaşdırmaqdır.
-
Komitənin hüquq və vəzifələri:
-
Satınalma prosedurlarının satınalmaları tənzimləyən normativ sənədlərin tələblərinə uyğun keçirilməsinə nəzarət etmək, mübahisəli məsələləri həll etmək;
-
Potensial malgöndərənlərin (podratçıların) siyahısını təsdiq etmək;
-
Səlahiyyət Hədləri çərçivəsində satınalma strategiyasını, müsabiqə iştirakçılarının siyahısını, müsabiqə nəticələrinin təsdiq etmək;
-
Malların (işlərin və xidmətlərin) müsabiqədən kənar satınalması üzrə satınalma strategiyasını təsdiq etmək;
-
Danışıqları Aparmaq Səlahiyyətini vermək;
-
Səlahiyyət Hədləri çərçivəsində ümumi müqavilə dəyərinin artırılmasına razılıq vermək;
-
Struktur Vahidləri arasında satınalma prosesini əlaqələndirmək;
-
Satınalma müqaviləsi bağlananadək satınalma prosedurlarını dayandırmaq;
-
ARDNŞ-nin satınalmaları tənzimləyən normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsi barədə ARDNŞ-nin prezidentinə təkliflər vermək;
-
ARDNŞ-nin satınalmaları tənzimləyən normativ sənədlərin tətbiqi ilə bağlı səlahiyyətləri çərçivəsində müvafiq qərarlar qəbul etmək (sənədlər təsdiq etmək);
-
Müsabiqə nəticələri barədə şübhə yarandıqda, yoxlamaların aparılması məqsədilə aidiyyəti struktur bölmələri qarşısında vəsatət qaldırmaq;
-
Satın alan təşkilat tərəfindən qəbul edilməsi nəzərdə tutulmuş təklifin qiyməti malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən əhəmiyyətli dərəcədə fərqlənərsə, satınalma nəticələrinin ləğv edilməsi və satınalma prosedurlarının yenidən keçirilməsi barədə qərar qəbul etmək;
-
İki və daha çox Struktur Vahidi tərəfindən keçirilən satınalma əməliyyatlarının Baş ofis tərəfindən mərkəzləşdirilmiş qaydada aparılması, habelə Struktur Vahidin istənilən yüksək dəyərli satınalma əməliyyatının Baş ofis tərəfindən həyata keçirilməsi barədə qərar qəbul etmək;
-
ARDNŞ-nin Baş ofisində fəaliyyət götərəcək Satınalmalar Qruplarının tərkibini təsdiq edir;
-
Satınalma əməliyyatlarının səmərəli aparılması, eləcə də ehtimal olunan dəyərin müəyyən edilməsi məqsədilə kənar məsləhətçiləri və ekspertləri cəlb etmək;
-
ARDNŞ-nin şirkətdaxili sənədlərinə uyğun olaraq satınalmalar sahəsində tələb olunan kadrların hazırlanması, ixtisasartırma kurslarının təşkil edilməsi üzrə tədbirlər görmək.
-
Satınalmalar Komitəsinin tərkibi
-
Satınalmalar Komitəsinin tərkibi ARDNŞ-nin prezidenti tərəfindən müəyyən olunur.
-
Komitə ARDNŞ-nin prezidenti tərəfindən sədrdən, 2 (iki) sədr müavinindən, 4 (dörd) üzvündən və 2 (iki) katibdən ibarət tərkibdə təşkil edilir.
-
Satınalmalar Komitəsinin sədri vəzifəsinə ARDNŞ-nin “Şirkət rəhbərləri arasında vəzifə bölgüsü haqqında” əmrinə əsasən təchizat sahəsinə nəzarəti həyata keçirən vitse-prezident təyin edilir.
-
Komitənin sədri aşağıdakı səlahiyyətlərə malikdir:
-
Komitənin işini təşkil edir və ona rəhbərlik edir;
-
Komitənin sədr müavinləri və katibləri arasında iş bölgüsünü aparır;
-
Komitənin qərar və protokollarını təsdiq edir, eləcə də Komitənin adından gedən sənədləri imzalayır;
-
Səlahiyyətləri çərçivəsində satınalmalar sahəsində icrası məcburi olan göstərişlər verir və onların icrasına nəzarət edir.
-
Komitənin gündəliyinə çıxarılan məsələlər üzrə tam və dəqiq məlumatların əldə olunması məqsədilə ARDNŞ-nin müvafiq struktur bölmələrinə sorğu verir.
-
Məsul şəxslərin əmək qanunvericiliyinə uyğun olaraq intizam məsuliyyətinə cəlb edilməsi məqsədilə işəgötürən qarşısında məsələ qaldırır;
4.3.5 Komitənin sədri üzrlü səbəbdən iş yerində olmadıqda (əmək qabiliyyətinin müvəqqəti itirmə, ezamiyyətdə, məzuniyyətdə və s.) Komitə sədrinin səlahiyyətlərini ARDNŞ-nin prezidentinin müvəqqəti təyin etdiyi sədr müavini icra edir.
4.3.6. Komitənin müavinləri səlahiyyətlərini rəhbərlik etdikləri struktur bölmələri vasitəsilə icra edə bilərlər.
-
Komitənin ümumi məsələlər üzrə və satınalmaların hüquqi təminatı üzrə 2 katibi fəaliyyət göstərir.
-
Komitənin katibləri Komitənin üzvü hesab olunmur və səsvermə hüququna malik deyildirlər.
-
Komitə katiblərinin səlahiyyətləri ARDNŞ-nin Baş ofisinin müvafiq sahə üzrə struktur bölmələrinin əməkdaşlarına həvalə edilə bilər.
4.3.10. Komitənin ümumi məsələlər üzrə katibinin vəzifələri:
-
Komitənin iclaslarını təşkil etmək, o cümlədən iclasın gündəliyinə salınan məslələri və iclasın keçirilmə vaxtını və yerini Komitə sədri ilə razılaşdırmaq, habelə Komitə üzvlərinin və dəvət olunacaq aidiyyəti şəxslərin Komitənin iclasları və gündəliyə çıxarılan məsələlər barədə vaxtında məlumatlandırmaq, habelə onların iştirakını təmin etmək;
-
Komitənin qərar, protokol və digər sənədlərin layihələrini hazırlamaq və Komitənin üzvləri ilə razılaşdırmaq;
-
Komitənin fəaliyyətini ARDNŞ-nin struktur bölmələri ilə əlaqələndirmək;
-
Komitənin fəaliyyətinin nəticəsi olan sənədlərin saxlanılmasını təmin etmək.
4.3.11. Komitənin satınalmaların hüquqi təminatı üzrə katibinin vəzifələri:
-
Müsabiqə təkliflərinin açılışında, o cümlədən nəzarət qaydasında istənilən prosedurların keçirilməsində iştirak etmək;
-
Təkliflərin qiymətləndirilməsi prosedurunun obyektivliyini araşdırmaq;
-
Satınalma prosedurlarının keçirilməsində hüquq pozuntusuna yol verildikdə prosedurların dayandırılması məqsədilə Satınalmalar Komitəsini məlumatlandırmaq;
-
Satınalmaları tənzimləyən normativ sənədlərin düzgün tətbiq edilməsinə dair tövsiyələr (məsləhətlər) vermək.
-
Satınalmalar Komitəsinin iş qaydası
4.4.1. Satınalmalar Komitəsi öz işini Komitə üzvlərinin müvafiq qaydada iştirak etdikləri iclaslarda, eləcə də iclaslar keçirilmədən Komitə üzvlərinin müvafiq qaydada təsdiq etdikləri qərarlarının qəbul edilməsi yolu ilə təşkil edir.
-
Komitə iclasları satın alınan malların (işlərin və xidmətlərin) spesifikası nəzərə alınmaqla çağırılır.
-
Aşağıdakı məsələlər barədə Komitənin qərarları müstəsna olaraq Komitənin iclaslarında qəbul edilir:
-
Baş ofisdə Satınalma qruplarının yaradılması;
-
layihə qrupunun tərkibində yaradılan Satınalmalar qrupunun tərkibinin təsdiq edilməsi;
-
Satınalma strategiyasının, müsabiqə iştirakçılarının siyahısının, müsabiqə nəticələrinin təsdiq olunması;
-
malların (işlərin və xidmətlərin) müsabiqədən kənar satın alınması üçün satınalmalar strategiyasının təsdiq olunması;
-
ümumi müqavilə dəyərinin artırılması;
-
satınalma prosedurunun dayandırılması;
-
iki və daha artıq struktur vahidinin tələbatına aid olan satınalmanın mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi;
-
Struktur Vahidin istənilən yüksək dəyərli satınalma əməliyyatının Baş ofis tərəfindən həyata keçirilməsi;
-
Komitə üzvlərinin yarısından çoxu iclasda iştirak etdikdə iclas baş tutmuş hesab olunur.
-
Qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Komitə sədrinin səsi həlledicidir.
-
Müzakirələrin nəticəsi olaraq, təkliflər ya qəbul olunur (təsdiq edilir) və ya rədd olunaraq əlavə işlənmə üçün geri qaytarılır.
-
Komitənin iclasında iştirak etmiş Komitə üzvləri, eləcə də iclasa dəvət olunanlar Komitənin qərarlarını imzalamalıdırlar. Qərar ilə razı olmayanlar, qərarı xüsusi rəy əlavə etməklə imzalamalıdırlar.
-
Komitə iclasları keçirilmədən qəbul edilən qərarların layihələri Komitənin ümumi məsələlər üzrə katibi tərəfindən hazırlanaraq imzalanmaq üçün Komitə üzvlərinə təqdim edilir.
-
Qərarlar Komitə üzvləri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.
-
Qərarın surəti ən gec 3 gün ərzində aidiyyəti üzrə göndərilir.
-
Komitənin iclasları Komitənin ümumi məsələlər üzrə katibi tərəfindən protokollaşdırılır. Protokolda aşağıdakılar göstərilir:
-
iclasın keçirilmə tarixi və yeri;
-
gündəlikdə olan məsələlər;
-
iştirakçıların çıxışları;
-
Protokol Komitə sədrinin və Komitənin ümumi məsələlər üzrə katibinin imzası və Komitənin möhürü ilə rəsmiləşdirilir.
-
Komitənin satınalmaların hüquqi təminatı üzrə katibi müəssisələrdə ARDNŞ-nin satınalmaları tənzimləyən normativ sənədlərin tələblərinin icra edilməsinə nəzarət etmək və digər vəzifələrini həyata keçirmək üçün öz işini müəssisələrin ixtisaslaşmış təchizat bölmələrinin rəhbərləri ilə əlaqələndirir.
Do'stlaringiz bilan baham: |