MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n


MÜHAZİRƏ MÖVZUSU: MİLLİ SƏRVƏT, MƏCMU MİLLİ MƏHSUL VƏ MİLLİ



Download 362,16 Kb.
bet15/66
Sana03.12.2022
Hajmi362,16 Kb.
#877982
1   ...   11   12   13   14   15   16   17   18   ...   66
Bog'liq
iqtisadiyyat az

MÜHAZİRƏ MÖVZUSU: MİLLİ SƏRVƏT, MƏCMU MİLLİ MƏHSUL VƏ MİLLİ
GƏLİR. ÜMUMMİLLİ MƏHSULUN TƏKRAR
İSTEHSALI. SAHİBKARLIQ FƏALİYYƏTİ VƏ
FİRMALAR (MÜƏSSİSƏ) ONLARIN FƏALİYYƏT
MEXANİZMİ.


P l a n:
1. Milli sərvətin mahiyyəti və strukturu.
2. İctimai məhsulun təkrar istehsalı: mahiyyəti, tipləri və meyarı.
3. Sahibkarlıq fəaliyyətinin anlayışı, mahiyyəti və məqsədi
4. Azərbaycanda sahibkarlığın formalaşması
5. Firma (müəssisə) və onun fəaliyyət mexanizmi
6. Azərbaycanda firmanın (müəssisənin) fəaliyyət xüsusiy­yətləri
7. Menecment və onun əsas prinsipləri


Ədəbiyyat:

  1. Azərbaycan iqtisadiyatının bazar münasibətlərinə uyğun qurulması və tənzimlənməsi problemləri. Respublika elmi-nəzəri konfransının materialları. Bakı, 1996.

  2. İqtisadi nəzəyyə. T.S.Vəliyev, Ə.R.Bayev və M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə. Dərslik. Bakı, 2001.

  3. İqtisadi nəzəyyə. Dərslik. BDU. Bakı, 2001.

  4. A.Ə.Əliyev, A.Şəkərəliyev. Baar iqtisadiyyatına keçid: Dövlətin iqtisadi siyasəti. Bakı, 2001.

  5. Sahibkarlıq haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1996.

  6. Müəssisələr haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1996.

  7. N.Ə.Həsənoz. Sahibkalıq fəaliyyətinin idarə edilməsi. Bakı, 1997.

  8. P.Lətifov. Mülkiyət formaları və sahibkarlıq. Bakı, 1997.

  9. Ə.Q.Əlirzayev. azərbaycanda sahibkarlığın inkişafı problemləri və həlli yolları. Bakı, 2000.

1. Milli sərvətin mahiyyəti və strukturu.
Milli sərvət cəmiyyətin müəyyən tarixi inkişaf mərhələsində yaradılan maddi və mənəvi nemətlərin məcmusunu əks etdirir. Ona bütövlükdə milli iqtisadiyyatın inkişafının nəticəsi kimi baxmaq lazımdır. Çünki hər bir milli iqtisadiyyatın nəticəsi yalnız maddi nemət və xidmətlərin istehsalının yüksəldilməsində deyil, eləcə də sərvətin artırılmasında öz əksini tapır.
Sərvət yalnız cəmiyyət üzvləri tərəfindən qiymətləndirildikdə və onların mənafelərinə uyğun gəldikdə milli forma alır.
Sərvət anlayışı çox mənalıdır və əsasən adamların maddi və mənəvi nemətlərə olan tələbatlarının ödənilməsi mənbəyini təşkil edir və özü də bu tələbatların ödənilməsi həm istehsal istehlakını, həm də şəxsi istehlakı əhatə edir. Milli sərvət şəxsi tələbatı ödəməklə yanaşı eyni zamanda ictimai tələbatı da ödəməlidir.
Təbii resurslar, texniki vasitələr, adamların malik olduqları maddi və mənəvi nemətlər sərvətin spesifik formalarıdır.
Milli sərvət keçmiş dövrlərdə istehsal edilib yığılmış və cari dövrdə ondan istifadə edilərək yeni maddi və mənəvi dəyərlər yaradılır. Milli sərvətin göstəricisi, digər makroiqtisadi göstəricilər olan məcmu milli məhsuldan, məcmu daxili məhsuldan və milli gəlirdən fərqlənir.
Azərbaycanda tətbiq olunan metodikaya görə milli sərvətin tərkibinə aşağıdakılar daxil edilir:
- əsas istehsal fondları (bina və qurğular, maşın və dəzgahlar, nəqliyyat vasitələri, ötürücü qurğular, ətlik və işlək heyvanlar və s.);
- əsas qeyri-istehsal fondları (mənzillər, səhiyyə, təhsil sosial təminat, mədəniyyət, incəsənət, idman, istirahət və s. sahələrin binaları, qurğuları, tikililəri və s.);
- maddi istehsal sferasındakı maddi dövriyyə vasitələri;
- istehsal və xidmət sferasındakı ehtiyatlar;
- dövlətin istehsal vasitələri və istehlak şeyləri ehtiyatları.
Sadaladığımız bu elementlər eyni zamanda milli sərvətin strukturunu təşkil edir. Milli sərvətin strukturunu xarakterizə edərkən qeyd etməliyik ki, onun elementləri eyni rola malik deyildir. Məsələn, 1995-ci ildə əgər Azərbaycanda əsas fondların ümumi yığımı 1303 milrd. manat olmuşdursa da maddi dövriyyə vəsaitləri ehtiyatları 782 milrd. manat olmuşdur (Azərbaycan rəqəmlərdə 1995. Bakı 1996. səh. 103). Yalnız bu iki göstəricinin cəmi istifadə olunmuş 10376 milrd. manatlıq ümum daxili məhsulun 4,9%-ni təşkil etmişdir. Əsas fondların tərkibində də istehsal fondlarına xüsusi diqqət yetirmək lazımdır. Çünki, istehsal fondları bir qayda olaraq ümumi milli məhsulun təkrar istehsalının texniki imkanlarını müəyyən edir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dövriyyə istehsal fondları əsas istehsal fondlarının 25-30%-ni təşkil edir.
Qeyri istehsal fondları haqqında danışarkən qeyd etməliyik ki, bura dövlətin mənzil fondu və sosial-mədəni təyinatlı obyektlər daxil edilir. Mənzil fondu bura daxil edildiyindən qeyri istehsal fondlarının müəyyən edilməsi bir qədər şərti xarakter daşıyır. Çünki, mənzil qeyd olunarkən, ora daxil olan məişət avadanlıqları xüsusi rola malikdir. Lakin mənzillərdə olan mebel, xalılar, televizor, soyuducular və s. qeyri-istehsal təyinatlı fondlarda nəzərə alınmır. Halbuki, dünyanın əksər ölkələrində milli sərvətin strukturunda uzunmüddətli istehlak təyinatlı məlumatlar ayrıca qeyd olunur. Ölkəmizdə hələlik bu statistik qruplaşma aparılmasa da, gələcəkdə yəqin ki, onun hesablanması nəzərdə tutulacaq.
Material ehtiyatları haqqında danışarkən qeyd olunmalıdır ki, bura tədavül sferasında olan hazır məhsullar, firmalardakı material ehtiyatları, dövlət ehtiyat və sığorta fondları daxil edilir.
Öz təyinatına görə material ehtiyatları, iqtisadiyyatda sabitləşdirmə funksiyasını oynayır. İstehsalın fasiləsiz axınının təmin olunması, müxtəlif səpkili iqtisadi təcavüzün qarşısının alınması, təbii fəlakətlərdən xilas olunması imkanlarını özündə birləşdirən material ehtiyatları olduqca məhdud çərçivədə olmamalıdır. Başqa sözlə sığorta fondları və ehtiyatlar istehsal fondlarının heç olmasa dörddə birini təşkil etməlidir. İnkişaf etmiş dünya dövlətlərinin iqtisadiyyatında belə bir vəziyyət normal hal kimi qəbul edilir.
Milli sərvətin tərkibində təbii resurslar özünəməxsus spesifikliyi ilə mühüm yer tutur. Qeyd etmək lazımdır ki, yalnız təsərrüfat dövriyyəsinə cəlb olunan və yaxud yaxın müddətdə istifadə olunacaq təbii resursları da milli sərvət elementi hesab etmək lazımdır. Təbii resursları təsərrüfat dövriyyəsinə cəlb etmək və ondan istifadə etmək imkanları onu real milli sərvətə çevirir.
Vaxtilə iqtisadi nəzəriyyədə milli sərvətə cəmiyyətin real tələbatına cavab verən resurslar daxil edilirdi. Bu resurslar hesabına bəşəriyyət özünün sənayeləşmə dövrünü yaşamış, mexanikləşmə, avtomatlaşma mərhələləri ilə səciyyələnmişdir. Hazırda bəşər sivilizasiyası özünün sənayeləşmədən daha mütərəqqi dövrünə - robotlaşma, kompyuterləşmə, informasiyalaşdırma mərhələsinə daxil olmuşdur. Deməli, müasir dövrdə milli sərvətin həm qiymətləndirilməsinə, həm də hesablanmasına yeni mövqelərdən yanaşmaq lazımdır. Bu mövqelərin mərkəzində isə iki mühüm istiqaməti nəzərdə tutmaq lazımdır. Birincisi, cəmiyyətin informasiyalaşdırma və ya kompyuterləşdirmə səviyyəsi, ikincisi isə, onların yaşayış səviyyələrinin keyfiyyət cəhətdən artımını nəzərə almaq lazımdır. Buna sadə misal olaraq, rabitə sistemini göstərməklə kifayətlənmək olar. Əgər geri qalmış ölkələr hələ rabitə sisteminin ilkin mərhələsindədirsə inkişaf etmiş ölkələr artıq peyk əlaqələndirmə rabitə sistemindən istifadə edir. Deməli, informasiya cəhətdən texnologiyası inkişaf etmiş ölkələrin milli sərvəti, daha dolğun və yüksək olur.
Milli sərvətin strukturunda gedən mütərəqqi irəliləyişlər ölkə iqtisadiyyatının inkişafına səbəb olur.
İnformasiyanın və təbii resursların milli sərvəti strukturundakı yeri, ölkənin iqtisadi potensiallarının möhkəmləndirilməsində müxtəlif rola malikdir. Buna görə də Azərbaycanın milli sərvəti öyrənilərkən bütün bu struktur dəyişikliklər nəzərə alınmalıdır.
Sözün ən geniş mənasında milli sərvətə millətin malik olduğu maddi nemətlərlə yanaşı təbii resursları, incəsənət nümunələri, iqlim şəraiti və s. daxildir. Lakin bunların hesablanması və adamların şəxsi mənafelərinin reallaşmasına birbaşa daxil edilməsi çətin olduğundan adətən milli sərvət dar mənada nəzərdən keçirilir. Çünki yerin təkindəki milyon tonlarla neft ehtiyatı, dənizdəki balıq ehtiyatı, meşədəki ağaclar iqtisadi potensialın mənbəyi kimi imkan halında mövcuddur. İqtisadiyyat inkişaf etdikdə, insan əməyi ilə bu ehtiyat mənbələrindən istifadə olunduqca milli sərvət yaranır və təkrar istehsal olunur. Deməli, tarixi inkişafın müəyyən mərhələsi ərzində bir sıra nəsillərin əməyilə yaradılan və mövcud dövr ərzində hesablanması mümkün olan maddi, mənəvi və mədəni nemətləri milli sərvət adlandırmaq olar.
Ümum milli məhsul və onun təkrar istehsalı bilavasitə milli sərvətin artmasının mənbəyini təşkil edir. Ümumi milli məhsul təkrar istehsal olunduqca və onun bir hissəsi cari istehlakdan artıq olduqca milli sərvət artır. Eyni zamanda ümum milli məhsulun artırılması da mövcud milli sərvətin artımından asılıdır. Əgər milli sərvət qorunmazsa, o gələcək dövrlər ərzində ümum milli məhsulun təkrar istehsalı üçün yararsız vəziyyətə salınarsa, onda cari dövrdə onların heç birinin istənilən artımı baş verməyəcək. Məsələn, əgər respublikamızda neft maşınqayırması üçün binalar, qurğular, sıradan çıxarılarsa, onda neft hasilatı üçün imkanlar azalacaq, eyni zamanda tətbiqi ilə bağlı olan sahələr də inkişaf etməyəcək. Bu da milli məhsulun artımını ləngidəcək. Deməli, milli sərvətin həm mütləq həcmi, həm də onun səmərəli strukturu ümum milli məhsulun artımının sürətlənməsinə səbəb olur.
Bilmək lazımdır ki, 1988-ci ildən başlayaraq ölkəmizə qarşı törədilən təxribatlar, ermənilərin ərazilərimizin bir qismini işğal etməsi, SSRİ-ni dağılması ilə iqtisadi sahədə yaranmış iqtisadi böhran Azərbaycan xalqının uzun illər ərzində böyük zəhməti hesabına toplanan milli sərvətinə böyük zərbə vurulmuş, onun xeyli hissəsi talan edilərək dağıdılmışdır. Təkcə erməni təcavüzü zamanı işğalçılar 730 yaşayış məntəqəsini, 72 min hektar əkin yerini, 34 min hektar üzümlüyü, 65 min baş qaramalı, 240 min baş davarı, 173 sənaye obyektini, 122 tikinti təşkilatını, 9.500-dən artıq sosial məişət obyektlərinin (muzeylər, teatrlar, kitabxanalar, uşaq bağçaları və i.a.) məhv etmişlər. Bununla yanaşı, 1990-cı illərin əvvəllərindən başlayaraq sənaye müəssisələrinin, kolxoz və sovxozların, ASK-in əsas fondları dağıdılmış, onların xeyli hissəsi yararsız hala salınaraq metal kimi xarici ölkələrə satılmışdır.
Hazırki dövrdə qarşıda duran başlıca vəzifələrdən biri milli sərvətlərimizin dağıdılmasının qarşısını almaq, onları qoruyub saxlamaq, daha da artırmaq və keyfiyyət tərkibini yaxşılaşdırmaqdan ibarətdir.
Ümumi ictimai məhsulun istehsalı və artırılması yolları.
Cəmiyyətin inkişaf səviyyəsini xarakterizə edən göstəricilərdən biri ümumi ictimai məhsuldur. Ümumi ictimai məhsul iqtisadiyyatın bütövlükdə fəaliyyətinin nəticəsi kimi meydana gəlir. Başqa sözlə, ümumi ictimai məhsul il ərzində istehsal edilmiş və bazar qiymətləri ilə ifadə olunan əmtəə və xidmətlərin məcmusudur. Ümumi ictimai məhsul il ərzində xüsusi təsərrüfatlarda, şirkət və birliklərdə, dövlət sektorunda istehsal olunmuş, saxlanılmış əmtəə və xidmətlərin həcminin yekununda əks olunur. Azərbaycanın ümumi ictimai məhsulu, fəaliyyətdə olan faktiki qiymətlərlə, 1990-cı ildə 2354 mln.man. olmuşdursa, 1993-cü ildə 254499 milyon manat, 1994-cü ildə 2797381 milyon manat, 1995-ci ildə 18536,8 milyard manat, 1996-cı ildə isə 23754,4 milyard manat olmuşdur. Əgər iqtisadiyyatın əsas cəhətləri üzrə strukturunu nəzərdən keçirsək aydın olur ki, ümumi ictimai məhsulun istehsalında sənayenin payı 1990-cı ildə 1370 milyon manat, 1993-cü ildə 137365 milyon manat, 1994-cü ildə 1211199 milyon manat, 1995-ci ildə 9646,5 milyard manat, 1996-cı ildə isə 12027,2 milyard manat olmuşdur.
Xalq təsərrüfatının əsas sahələrindən biri olan kənd təsərrüfatında ümumi ictimai məhsulun payı 1990-cı ildə 507 milyon manat olmuşdursa 1993-cü ildə 53267 milyon manat, 1994-cü ildə 719998 milyon manat, 1995-ci ildə 3587,8 milyard manat, 1996-cı ildə 4204,3 milyard manat təşkil etmişdir. İqtisadiyyatın qalan sahələri üzrə bu göstərici Azərbaycan Respublikası Statistika Komitəsinin məlumatlarında öz əksini tapmışdır.
İctimai məhsul bir tərəfdən il ərzində istehsal amillərindən istifadə olunmasını, digər tərəfdən isə milli iqtisadiyyatın səmərəliliyini əks etdirir. Ümumi ictimai məhsul maddi - əşya cəhətdən və dəyərcə yaxud qiymətcə fərqləndirilir. Ümumi ictimai məhsulun maddi əşya tərkibi dedikdə istehsal vasitələri və istehlak şeyləri başa düşülür. İctimai məhsulun dəyərcə yaxud qiymətcə tərkibi dedikdə bura ödəmə fondu, yəni istehlak olunmuş əsas və dövriyyə kapitalın dəyəri, milli gəlir, yəni yeni yaradılmış dəyər başa düşülür.
Məsələn, fransız alimi F.Kene yaratmış olduğu “İqtisad cədvəl”ində kənd təsərrüfatı və sənaye məhsullarını ayırmış və orada istehsal vasitələri ilə istehlak şeylərinin həddini müəyyən etmişdir.
İngiltərədə klassik siyasi iqtisad elminin yaradıcısı A.Smit fəhlələri istehsal vasitələri və istehlak şeyləri istehsalında məşğul olan fəhlələri biri-birindən fərqləndirmişdir.
Görkəmli iqtisadçı-alim K.Marks ictimai məhsulun belə strukturuna əsaslanaraq ictimai istehsalı iki bölməyə ayırmışdır. İngilis iqtisadçısı C.Keyns də ictimai məhsulu maddi əşya tərkibinə görə və qiymətcə fərqləndirmişdir.
Qərb iqtisadi ədəbiyyatında məcmu ictimai məhsulun strukturu dörd əsas elementə bölünür.
1. İSTİFADƏ OLUNAN XƏRCLƏR. Bu xərclərə əsas vəsaitlərin ilkin və onların saxlanılması və yaxşılaşdırılmasına çəkilən xərclər daxil edilir. Başqa sözlə mövcud istehsal prosesində istifadə edilmiş istehsal vasitələrinin dəyəri (xammal, material, yanacaq, hissələr və s.) daxil edilir.
2. AMİLLƏR ÜZRƏ XƏRCLƏR. Bu, sahibkarların başqa istehsal amilləri sahiblərinə cari xidmətlərinə görə ödədikləri gəlirin bir hissəsidir. Yəni bura daxildir: a) əmək haqqı, b) borc kapitalına görə faiz, v) torpaq rentası. Bu xərclər bilavasitə tətbiq olunan məsrəflərdir və onların həcminin azaldılması gəlirlərin kəmiyyətinin çoxalmasına səbəb olur.
3. ƏLAVƏ XƏRCLƏR. Bura ictimai məhsulun dəyər tərkibində avadanlıqların qiymətdən düşməsi və yaxud tətbiq olunan avadanlıqdan istifadə üçün əlavə xərclərin çəkilməsi daxildir. Adətən bu növ xərclər avadanlıqların mənəvi aşınması şəraitində çəkilir.
4. SAHİBKARLARIN GƏLİRİ. Bura da fəaliyyətdə olan sahibkarların əldə etdiyi mənfəət daxil edilir.
Ümumi məhsulun dəyər tərkibinin bu şəkildə təsnifatı bazar sistemli ölkələrin tətbiq etdiyi üsuldur. Hazırda respublikamızda da bu üsulla məcmu ictimai məhsulun hesablanması aparılır.
Əlbəttə istehsal olunan bazar təyinatlı və bazar qiymətləri ilə reallaşdırılan məhsulların hesablanması işi nə qədər asandırsa, il ərzində istehsal olunan, lakin bazar qiyməti almayan əmtəə və xidmətlərin müəyyən edilməsi bir o qədər çətindir.
İş orasındadır ki, əvəzsiz ictimai xidmətlərin göstərilməsi (dövlətin təhsil, səhiyyə, müdafiə, hüquqi təminatlar və s.) konkret olaraq həmin müddət ərzində onlara çəkilən xərclərin dəyəri ilə müəyyən edilir. Öz tələbatını ödəmək üçün istehsal olunan dəzgahqayırma müəssisələrinin məhsulları müqayisəli qiymətlərlə müəyyənləşdirilir. Ev təsərrüfatında görülən xidmətlər bazara çıxarılmadığından onların hesablanması çətindir. Ona görə də bu qəbildən olan xidmətlərin və işlərin həcmi ümumi məhsulda nəzərə alınmır.
İqtsadi ədəbiyyatlarda və təsərrüfatçılıq təcrübəsində ictimai məhsulun həcminin müəyyənləşdirilməsində iki mövqe mövcuddur. Bir mövqeyə görə, daha doğrusu marksist nəzəriyyəsinə görə ictimai məhsul maddi istehsal sferasında yaranır, xidmətlər isə həmin məhsulların dəyərinə daxil edilmir. Belə yanaşma üsulu bizim ölkədə istifadə edilmişdir. Dünya təsərrüfatçılıq praktikasında isə ictimai məhsulu hesablayarkən bura təkcə maddi istehsal sferasının deyil, eyni zamanda xidmət sferasının nəticələri də daxil edilir.
Bununla yanaşı dünya ölkələrində ictimai məhsulun müəyyənləşdirilməsinin mühüm istiqamətlərindən biri, milli hesab sistemlərinin müəyyənləşdirilməsidir. Bu istiqamətlərdən biri ümumi daxili məhsulun (ÜDM), digəri isə ümumi milli məhsulun (ÜMM) hesablanmasıdır. Bu göstəricilərin hər ikisi istehsal və xidmət sferasının nəticəsini əks etdirir. Onların hər ikisi il ərzində iqtisadiyyatda son məhsul və xidmətlərin həcminin dəyərini göstərir.
ÜDM və ÜMM arasında başlıca fərq ondan ibarətdir ki, birinci göstərici üçün əsasən mövcud ərazidə yerləşən milli mənsubiyyəti nəzərə alınmayan müəssisələrdə istehsal olunan əmtəə və xidmətlərin dəyəri nəzərdə tutulur. İkinci göstərici üçün isə əsas xüsusiyyət ondan ibarətdir ki, heç bir ərazi əlaməti nəzərə alınmadan milli müəssisələrdə istehsal olunan əmtəə və xidmətlərin dəyəri nəzərdə tutulur. Belə müəssisələrin istər ölkə daxilində istərsə də xaricdə yerləşməsinin heç bir əhəmiyyəti yoxdur.
Əslində ÜDM ilə ÜMM arasındakı fərq ölkə daxilindəki xaricilərin əldə etdiyi mənfəətlə, xarici ölkələrdəki mövcud ölkə vətəndaşlarının əldə etdiyi mənfəət arasındakı fərqlə əlaqədardır.
Ona görə də adətən ÜMM hesablayarkən, ÜDM göstəricisinin üzərinə xarici ölkə investorlarının mənfəəti ilə mövcud ölkə vətəndaşlarının xaricdəki fəaliyyəti hesabına əldə etdiyi mənfəətin arasındakı fərq əlavə edilir. Respublikamızda ilk dəfə olaraq məhsulun, bu göstəricilər üzrə hesablanmasına 1988-ci ildən ÜMM-nun hesablanmasına başlanmışdır.
İstər ÜDM, istərsə də ÜMM hesablayarkən əsas məqsəd ondan ibarətdir ki, il ərzində istehsal olunmuş əmtəə və xidmətlərə çəkilən xərclər bir dəfə nəzərə alınsın. Daha doğrusu istehsal edilmiş əmtəə və xidmətlər son məhsul kimi nəzərə alınsın, ora aralıq məhsullar daxil edilməsin. Çünki aralıq məhsullar bir neçə dəfə istehsal prosesinə daxil olur və təkrar hesablanır.
Son məhsul istehlakçıların təkrar satış üçün deyil öz istifadələri üçün aldıqları əmtəə və xidmətlərin dəyər ifadəsində miqdarıdır.
Aralıq məhsullar dedikdə isə - gələcəkdə emal olunacaq və yaxud gələcəkdə bir neçə dəfə təkrar satılacaq əmtəə və xidmətlərin dəyəri nəzərdə tutulur.
Əgər ölkədə bütün sahələr üzrə istehsal edilmiş əmtəə və xidmətlərin dəyərini cəmləmiş olsaq, görərik ki, burada təkrar hesablamaya yol verilir.
Bu halda real istehsal edilmiş ictimai məhsulun həcmi həddindən artıq şişirdilmiş olacaq.
Məsələn neft yanacaq sənayesi üçün son məhsula – benzinə çevirilmək üçün bir neçə mərhələdən keçir. Əvvəla o hasil olunur, sonra emal sənayesinə daxil olur. Sonra isə yanacaq doldurma stansiyalarına göndərilir. Əgər hesab etsək ki, istehsal edilən neftin tonunun qiyməti manatdırsa, onda o üç dəfə istehsal, emal, istifadə olunma mərhələsində istehsal xərcinin tərkibinə daxil olacaq. Lakin neftin real dəyəri hər emal mərhələsindən sonra konkret müəssisələrin əmək haqqı, amortizasiya və mənfəəti kimi üzə çıxmalıdır.
Deməli, ÜDM və ÜMM təkrar hesablanmasını aradan qaldırılması üçün hər aralıq emal mərhələsindən sonra yaradılmış əlavə dəyəri nəzərə almaq lazımdır. Əlavə dəyər dedikdə istehsal prosesində yaradılmış məhsulun dəyərində mövcud müəssisənin real payı nəzərdə tutulur. Daha doğrusu həmin müəssisənin əmək haqqı, mənfəəti və amortizasiyası əlavə dəyərin həcmini müəyyən edir.

Download 362,16 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish