D1 < 20% ; 20% > D2 < 40% ; D3 > 40% .
Qeyd edilən göstəricilərin hesablanması yolu ilə 24 sinfi əhatə edən təsnifat alınmışdır ki, hansı ki, LNAÜ-ın tətbiqinin bütün mümkün şərtlərini əks etdirir. Qeyd edilən siniflərdə LNAÜ-nın tətbiqinin bütün mümkün qiymətləndirilməsi göstərdi ki, layların neftverimini artırmaq üçün bir neçə yeni üsulların tətbiqi mümkündür.
Bu şərait bir halda istismar obyektlərinin geoloji-fiziki səciyyələrinin və ehtiyatdan istifadə dərəcəsinin yaxınlığı ilə şərtlənib, digər halda isə LNAÜ-nın tətbiqinin oxşar sahələri ilə şərtlənib. Təklif olunmuş təsnifatın bu cür həllındə LNAÜ-nı asan və məqsədə uyğun seçmək mümkündür.
Göstərilən üsulların yatağa eyni vaxtda tətbiqi mümkün deyil. Yataqların bu cür paylanmasına əsasən LNAÜ-nın hesabına neft hasilatını daha da artırmaq prinsipi qoyulmuşdur.
Mühazirə 3. Laylara suvurmada SAM-in tətbiqi (2s).
Quyu hasilatının vaxtından qabaq sulaşması və bunun neftvermə əmsalına təsiri - neftin lay şəraitində özlülüyünün suyun özlülüyündən yüksək olmasıdır. Göstərilən hadisə qeyri-bircinsli laylarda daha çox biruzə verir. Neftvermə prosesində laya cuzi miqdarda SAM-ın əlavəsi neft-su konturunda səthi gərilmə qüvvəsini xeyli azaldır, neftin lay şəraitində hərəkəti aktivləşir, sixişdırılma üçün daha yaxşı şərait yaradır. Bu halda süxurların islanması da artır. Nəticədə su neftli məsamələrə hopur və layda neftin müntəzəm surətdə sixişdırılması başlayır. Neft sənayesində geniş yayılmış səthi aktiv maddələrdən OP-10 sayılır. Neft laylarının istismarından alınan məlumatlar göstərir ki, laya suvurma prosesində əlavə olunmuş səthi aktiv maddə suyun nefti yumaq xassəsini artırır. Daha doğrusu yuxarıda dediyimiz kimi, neft-su sərhədində gərilmə qüvvəsi xeyli aşağı düşür. Neftlərin layda hərəkəti artır, məsamə arası maye süzülmə təzyiqi kiçilir, su sərfi azalır, yuyulma xassəsi yaxşılaşır. SAM süxurların su ilə islanmasına əlverişli şərait yaratdığından neftli süxurlarda kapilyarlara suyun hopulma dərinliyini artırır, məsaməli mühitdə neft və su üçün nisbi faza keçiriciliyi yaxşılaşır. Suvurmada neftverməni artırmaq üçün elə SAM seçmək lazımdır ki, o laycıqlara, təbəqələrə daha yaxşı hopa bilsin. Üsulun tətbiqində adsorbsiyanın miqdarı 0,4-0,8 mq/q ola bilər. SAM-ın əsas göstəricisindən biri sıxışdırma qabiliyyətidir. Bu göstərici müqayisə üsulu ilə qiymətləndirilir. Digər sözlə, nefti 0,05%-li SAM sıxışdırdıqda, sıxışdırma əmsalı su ilə sıxışdırmadan 10% artıqdırsa, təcrübənin nəticəsi kafi hesab olunur. SAM-ın səmərəliyi suvurma prosesində bir çox amillərdən asılıdır. Bunlardan başlıcası: obyektin düzgün seçilməsi, obyektin geoloji və texnoloji parametrlərinin əlverişli olması nəzərdə tutulmalıdır.
Layın qalınlıgı, qeyri-bircinsliliyi, neftin özlülüyü, qalıq neftin miqdarı,
suvurmanın təzyiqi, quyu avadanlığı və s. texnoloji proseslər, suvurucu quyuların sahədə yerləşdirilməsinə xüsusi fikir vermək lazımdır.
Bir çox tədqiqatçıların fikrincə SAM-ın sulu məhlulu yüksək faza arası gərilmə qüvvəsinin (5-8 mN/m) olan zəif gilli kvars çöküntülərində neftvermə əmsalını 2-5% artıra bilər.
SAM -nin tətbiqinin texnologiyasi və işləmə sistemi. Neft yataqlarının suvurma üsulu ilə SAM-lə təsir edilirsə, işləmə prosesinin texnologiyası və quyuların yerləşmə sistemi az dəyişdirilir. Vurulan suya 0.05-0.1% SAM əlavə edilməsi suvurmanın təzyiqinin dəyişməsinə və suvurma tempinə az təsir edir. Daha doğrusu vurulan suyun həcmi 2-3 dəfə layın neftlə doymuş məsamələrinin həcmindən çox olmalıdır. SAM-ın desorbsiyasını nəzərə almasaq, layın suvurma həcminə 0.1% konsentrasiyalı məhlul vurularsa, 5-10 dəfə artıq su vurmaq lazımdır. Bu həcmdən az vurularsa, istədiyimiz nəticəyə nail ola bilmərik. Bu halda layın təsirlə əhatəsi tam olmur. Məs: 0.05% konsentrasiyalı SAM məhlulu kvars layının məsamələrinin 2 həcminə qədər vurularaq bütün SAM adsorbsiya olur. Bu isə layın ümumi həcminin 10-20%-ni təşkil edir. SAM-ın məsaməli mühitdə adsorbsiyaya uğraması nəticəsində bəzən sıxışdırma önündə, yəni suyun tərkibində SAM ya azalır, ya da olmur.
Quyu şəbəkəsi üsulunun tətbiqi adi suvurma kimidir. Suvurucu quyular ancaq neft konturu daxilində yerləşdirilməlidir.
SAM-ın adsorbsiyası. Molekulyar qüvvələrin və ya cazibə qüvvələrinin təsiri nəticəsində SAM sulu məhluldan ayrılır. Məsamələrin səthinə hopur, bu proses məsaməli mühitin möhkəm hissələrinin adsorbsiya aktivliyindən asılıdır.
Kvars qumdaşları, karbonat süxurlar kiçik xüsusi səthə malik olduğundan 0,5-1,2 mq/q SAM az adsorbsiya olunur. Əksinə, alevrolitli, dolomitli kollektorlar yüksək xüsusi səthə malik olduğundan nisbətən böyük adsorbsiya aktivliyi ilə səciyyələnirlər.
İqtisadi səmərə. Üsulun effektivliyi onun tətbiqi nəticəsində 1 ton SAM-in sərfindən alınan əlavə neftlə ölçülür. Alınan əlavə neftin miqdarı məlum ediləndən sonra neftin qiymətini və sərf edilən reagentin qiymətini bilib onun maya dəyərini təyin edirlər. SAM-ın tətbiqində mütəxəssislərin ayrı-ayrı yataqlarda apardıqları təcrübə nəticəsində 10-200 tona qədər əlavə neft alına bilər. Bu qədər böyük diapazonda alınan əlavə neftin miqdarı üsulun imkanlarından yox, mütəxəssisin apardıgı hesablamadan asılıdır.
Üsulun çatışmayan cəhətləri. Kiçik konsentrasiyalı SAM-in sulu məhlulunun çatışmayan ən böyük cəhəti kimyəvi reagentlərin suxur üzərinə yüksək adsorbsiyasıdır və nəticədə neftlə vurulan məhlulun fazalar arası yüksək gərilmə qüvvəsinin qalmasıdır. Bu isə üsulun tətbiqini şübhə altına alır. Ətraf mühiti çirkləndirir. Məhlul parçalandıqda tərkibində mexaniki qarışıqlar, oksigen və.s onun tətbiqinin səmərəliyini 0-ra yaxinlaşdırır.
Do'stlaringiz bilan baham: |