_______________ Milli Kitabxana _______________
238
xilqətlərdən daha kamil olması müqabilində nəcib, xeyirxah, humanist olmalı,
özündən aşağı pillədə duranların hamısı qarşısında məsuliyyətini, cavabdehliyini daim
dərk etməlidir. İnsan bütün flora, fauna aləmini, bütün təbiəti sevib qorumağa,
yaşatınağa borcludur. Onun başlıca məziyyətlərindən biri cəmiyyəti kamilləşdirmək
və təbiətlə cəmiyyət arasında üzvi ahəngdarlıq yaratmaqdan ibarətdir.
1280 B. Bu beytdə Nizaminin humanizm konsepsiyasının məğzi verilib. Tanrıdan
öyrəndiyi "adlar elmi"ni və bütün bəşəri təcrübəsini Adəm öz törəmələri üçün qoyub
getmişdir. İnsan bu məsuliyyəti və kainatın əşrəfi olduğunu dərk etməlidir.
1280-1283 B. İnsan əzəli dayədən süd əmməyincə qənd, şəkər dadıb, yəni xilqətcə
gözəl, ülvi, humanist yaradılıb, suyu şirin və qanı şirin xəlq olunub. Məgər bundan
böyük yaxşılıq olar? İnsana yalnız mənəvi üstünlük, idrak adlı misilsiz töhfə deyil,
həm də cismani üstünlük verilib. Bütün xilqətlər ilə müqayisədə ən kamili, ən gözəli
İnsandır!
1286 B. Nizaminin fikrincə, bütün heyvanlar və quşlar və ümumən, canlı-cansız
təbiət İnsana xidmət üçün yaradılmışdır. Buna görə insan öz xidmətçisinin qədrini
bilməli, flora, fauna aləmini, ümumən, təbiəti qorumalıdır.
1294 B. Ay gündüzlər pərdəli gəldiyi, görünmədiyi halda, gecələr görünür,
deməli pərdəsiz qalır.
1295 B. Gecə hər şeyi öz qaranlıq pərdəsi altında saxladığı halda dan yeri- sübh
bu pərdəni aradan qaldırır və bütün gizlinləri faş edir.
1296 B. Yeni Bal arısının sirləri bəzən elə sirr olaraq qala bildiyi halda,sənin heç
bir sirrin bəşəriyyətin nəzərindən yayınmır. Bal arısının gül pərdəsi deşiksiz, bütöv
olduğu halda, sənin fəza, fələk, göy adlı pərdən şan-şan, göz-gözdür. O gözlər hər şeyi
apaşkar görür.
1297 B.
Hörümçək toru - acgözlük, nəfs, tamah toru, şöhrət, sərvət düşkünlüyü.
1298-1299 B.
Pərdə ardındakı Tanrı ərənləri - ilahi qüvvələr.
Pərdə dalından
çıxmaq - din yolundan çıxmaq.
1304 B. Sən heç olmasa qırx gün riyazət cəbrinə qatlaşa bilsən, bədənin cürbəcür
ehtiraslardan: sərvət, şöhrət, qadın düşkünlüyü və acgözlük azarı kimi müxtəlif
xıltlardan təmizləməyi bacarsan, ruhun yuvası, qaynağı olan könül kimi, can kimi
paka çıxarsan (prof. R.Əliyev).
1311 B. Ucuz ehtiraslar ardınca qoşmaq dəmirçixanaya getmək və od kürəsinə
yanaşmaq kimidir: üstünə çınqılar səpələnəcək, bəlkə də səni yandıracaqdır. Zəka və
təfəkkür, insanlığa xidmət ardınca getmək isə əttar dükanına varmağa bənzər. Bu
halda sən düşüncə və idrak rayihəsinə qərq olacaqsan!
1318 B. Məhəmməd peyğəmbərin əmisi Əbu-Talib islamiyyəti qəbul etmədiyinə
görə əslində cəhənnəmə vasil olmalıdır. Lakin Həzrətlə qohumluğu onu əsfələsafilin
atəşindən qoruyur. İslamı qəbul etməsə də, Əbu-Talib nəcib, xeyirxah kişi olmuş,
Həzrət peyğəmbər onun xətrini istəmişdir.
Do'stlaringiz bilan baham: