_______________ Milli Kitabxana _______________
237
1219 B. Ceyranın dərisi nisbətən yüngül, zərif və möhkəm olduğuna görə
qədimlərdə bundan kağız yerinə istifadə olunarmış. Dəri, gön üstündə məktub
yazılarmış. İlk kitablar dəri-gön vərəqlərdən ibarətmiş.
1222 B. Gecədən səhərə doğru yürü, dan yeri sürdüyün köhlənin ağ nalı kimi
şəfəqlənsin. Yəni ibadətlə məşğul ol, şüalardan yaralanan səhər kimi ahın, nalən
ürəyini yaralasın, nalə qılıb Tanrıya yalvar, səhər namazının nuruna bürün!
1231 B. Prof. R.Əliyevin yozumuna görə, bu beytin ikinci misrası Qurani-şərifin
"ət-Təlaq" surəsinin yeddinci ayəsinin tərcüməsidir. Ayə belədir: "Tanrı hər sıxıntıdan
sonra genişlik (asanlıq, şadlıq) gətirir".
Do'stlaringiz bilan baham: |