_______________ Milli Kitabxana _______________
224
BİRİNCİ XƏLVƏT - QƏLBİN TƏRBİYƏSİ
608 B. Riyazətlə məşğul olmaq - oruc tutmaq, namaz qılmaq, az yatmaq,yemək,
nəfsi, tamahı ram etmək və s. bu kimi vasitələr ilə qəlbi tərbiyələndirməkdir. Doqquz
fələyin çevrəsindən çıxmaq isə maddi aləm qayğılarından qurtulmaq deməkdir.
"Riyazət öyrədən" anlayışı orijinalda "rayiz"şəklində işlədilmişdir. Bu sözün digər
mənası xam atı ram edən minici deməkdir.
609 B. Keçmişdə döyüş atını döyüş şəraitinə alışdırmaq məqsədi də qıldan
düzəldilmiş kəndirdə düyün vurmaqla yeddi həlqə hazırlar, birincisini atın boynuna
salar, qalan hissəni yerin üstünə sərərmişlər. At ayağını həmin həlqələrə qoyub
irəliləməyi bacarsa, onu əhliləşmiş sayarmışlar. Riyazət yolu ilə kamilləşən Nizami
özünü həmin çətinlikləri dəf edən köhlənə bənzədir, qüdrətli əsər yazmaq üçün
varlığında qüdrət qaynaqları kəşf etdiyini bildirir.
610 B. Riyazət öyrədən pir məni elə təlimlərdən keçirdi ki, bütün əzab -
əziyyətlər, çətinliklər arxada qaldı, cismani dügümlərdən qurtuldum.
616 B. Qədim Misir fironu Əzizin Həzrət Yusif peyğəmbərə vurulmuş arvadı
Züleyxa klassik poeziyada şəhvət, tamah, çılğın ehtiraslar rəmzidir.
617 B.
Sübhün çırağı - Günəş.
619 B. Burada "bağa çatdıq" ifadəsi "ruh aləminə qovuşduq" mənasındadır.
622 B. Yəni: köksüm lalənin bağrı kimi dağlandı. Belimin qurşağı güllərin kəməri
kimi ləçək-ləçək, dağım-dağım oldu.
626 B. Nəfəsinin qüdrətilə ölüləri dirildən İsa peyğəmbər (Məsiha, Məsih) kimi
yarının rayihəsi mənə ürək, can verdi.
635 B. Göbəyinin yumşaq tükü ilə fərqlənən tülkü, dərisinin gözəl rəngini sanki
tikanlara bəxş eləyib. Ceyranlar isə göbəyindəki mişki (ətirli maddəni) elə bil rayihəsi
aləmi bürümüş çiçəklərə, güllərə bağışlamışlar.
639 B. Bir-birinə sarmaşan Xeyri gülləri yelpiyə dönərək bağın, gülüstanın
ənbərini, ətrini hər tərəfə yaymaqdadır.
640 B. Qaşları, kirpikləri boyamaq üçün istifadə olunan sürmənin tərkibində
zümrüd də vardır. Bu tərkib gözə işıq gətirdiyi halda, ilanın gözlərini kor edir.
642 B. Nizami Gəncəvi vur-tut bircə günlük ömrü olan süsən çiçəyini, dini əsatirə
görə anadan olduğu gün dil açıb danışan Həzrət İsa peyğəmbərə bənzədir. Bu çiçək
dini rəvayətə görə, cibinə salıb çıxaran kimi əli şüa saçan Musa peyğəmbərə bənzəyir,
Həzrət Musanın ərəbcə "bəyza" deyilən ağ əli kimi parıldayır.
646 B. Nizami yaradıcılığında Türk anlayışı gözəllik, qüvvət, paklıq, ağlıq və işıq
anlayışlarının atributudur. Burada o, ağ yasəməni qıpçaqlarda
Do'stlaringiz bilan baham: |