_______________ Milli Kitabxana _______________
223
573 B. Hatif(ə) - qışqıran, bağıran, hayqıran, dəruni səs, mələklərin, yaxud
vicdanın səsi.
576 B. Məni maddi dünyaya bağlayan təbii-bioloji instinktlərin hökmündən
qurtulmağı bacardım, ruh qüdrəti qazandım.
578 B. Maddi aləmdən qurtulmaq, mənəvi yüksəkliyə qalxmağı bacarmaq insana
baha tamam olur, yalnız canını dişinə tutmaqla bu işi görə bilirsən.
580 B. Yəni: açıldım, büküldüm, yumrulanıb topa döndüm, top kimi başsız,
ayaqsız bir şey oldum. Ətəyim yaxamdan seçilmədi.
587 B. Məhəbbət karvanımın öncülləri mənə nəvaziş göstərdilər, vücudumun
zahiri pərdəsini qaldırdılar ki, ürəyimi görə bilsinlər.
591 B. Prof. R.Əliyevin yozumuna görə yeddi xəlifə - ürəyin yeddi xidmətçisidir:
1. Ürəkcik. 2. Ağ ciyər. 3. Qara ciyər. 4. Öd kisəsi. 5. Dalaq. 6. Mədə. 7. Böyrək.
Birinci misra Firdovsinin "Şahnamə"sində İsfəndiyar ilə bağlı "Yeddi xan" ("Həft-
xan") dastanına işarə vurur.
592-595 B. Günorta şahı – Günəş (ürək). Nəfəsabadın istilənməsi -nəfəs alırkən
ağ ciyərin istilənməsi. Qızıl donlu süvari - ürək. Paltarı ləl rəngli gənc - qara ciyər.
Acıqlı bir cavan - öd kisəsi. Qədim təbabət anlayışına görə, öd kisəsinin iki ağzından
biri ağ ciyərə açılıb qanı təmizləyir, onun tortasını özünə çəkir, ikinci ağzı isə qursaq
ilə birləşib, qara səfranı mədəyə çatdırır, adama iştah gətirir, buna görə muəllif ona
şikar kəşfiyyatçısı ləqəbi vermişdir. Qara qul — dalaq. Kəməndatan — mədə, onun
kəməndi -bağırsaq. Misbədənli pəhləvan - böyrək.
600 B.
Dilək quşu - ruh. Dilək quşunun uçması - insanın dünyaya əlvida deməsi,
ruhun cismdən xilas olması.
601 B. Könül deyir ki, mənim odum, atəşim cismani ürək yuvasının tüstüsü ilə
ülfət yapa bilməz, çünki ürək səni maddi aləmə çəkir, məni isə mənəvi aləmə. Mən
duzam, ürək isə duzun nə olduğunu bilməyən bir parça et.
602 B. Söhbət yenə ruhun, könülün bədəndən, cisimdən, ürəkdən üstünlüyü
haqqında gedir. İkincilər, Nizaminin fikrincə, gəldi-gedər və müvəqqətidir, birincilər
əbədi, əzəli. Buna görə Nizami Gəncəvi ruhun kölgəsini dəhrin, bu dünyanın
sərvindən daha əzəmətli hesab edir. Ruhun ayağı və addımları adi insan ayağından və
insan addımlarından daha cəsur, daha qüdrətlidir.
603 B. Mən elə bir xəzinəyəm ki, çox da uzaqda olmadığım üçün istəsən məni
ələ gətirə bilərsən. Yaxşı ki, son dərəcə varlı olduğu halda həm də son dərəcə xəsis
olan və buna görə Tanrı tərəfindən cəzalandırılan və xəzinələri ilə birlikdə yerin
yarğanına gömdürülən Qarunun ixtiyarında deyiləm.
Do'stlaringiz bilan baham: |