_______________ Milli Kitabxana _______________
225
(əngin çöllərdə) yurd salmış türklərin aypara nişanlı döyüşçü çadırına oxşadır. Bu
çadır o qədər əzəmətlidir ki, Sürəyya ulduzunadək ucalıb da ona şölə verir.
647 B. Məcus - atəşpərəst, zərdüştçü. Nizami laləni atəşkədə atəşinə, alov
dillərini isə oda sitayiş qılan muğ kahinin yuxarı qalxmış əllərinə bənzədir.
648 B. Sehl və Lalə, Süheyl və Səmən əsatirdə aşiq-məşuqə sayılırlar."Türk
yasəmən" ifadəsi isə Nizamidə ənənəvi məcazlardandır. Türkün əbədi bahar, təzəlik,
paklıq rəmzi olduğuna işarədir.
649 B. Qaqum adlı heyvana yağı kəsilmiş sincabın mənası yaşıllıq deməkdir.
Müəllif demək istəyir ki, yumşaq axar su yaşıl otlara toxunur.
652 B. Yarpaqlar və budaqlar arasından yerə düşən şüalar klassik şeirdə kölgənin
dodaqlarına oxşadılır. Yarpaqlar tərpənirkən həmin şüalar da tərpəndiyinə və yer
dəyişdiyinə görə bunu da kölgənin nitqi hesab etmişlər. Hərəkət etməyən quma
məcazi mənada ölü qum deyilir.
İkinci misranın mənası: suyun təhriki ilə diriltmiş qum çay axarı boyunca
yürüşdədir (prof. R.Əliyev).
655 B. Lalənin manqalında (məcmərində) uzərrik yandırıb tustünü söyüdə
yelləyərlər ki, cadu sınsın, onun bədənindən çıxsın.
659-660 B. Keçmişdə güləş meydanına çıxan pəhləvan hərif axtaranda əlində
narınc atıb tutaraq var-gəl edərmiş.
Birinci beytin mənası: Günəş doğdu. Yəni Günəşi əlində narınc kimi atıb-tutan
göylər özunün yaşıl-mavi gözəlliyinə görə Yerə, onun turunclu bağlarına meydan
oxuyur.
İkinci beytin mənası: Öz gümrahlığı və coşğunluğu ilə öyünən bahar ilə bayrağını
şəfəqlərlə süsləmiş fələklər arasında da belə bir rəqabət var.
663 B. Fələk bağlardan keçəndə yaşıllığını girov qoyub əvəzində yaqut kimi
qırmızı, al şəfəqləri çalıb getmişdi.
667 B. Sərv ağacını çox sevən qırqovul adətən ölüm vaxtı yaxınlaşanda can
vermək üçün onun dibinə gəlir. Burada həm də ölü turac tapılanda güman eləmişlər
ki, o, qırqovulun canını almağa gəlmiş, caynaqları ilə sərvi zəncirləmək fikrinə
düşmüşdür. Başqa bir etiqada görə qırqovulu öldürən sərv ağacının qoxusudur.
669 B. Etiqada görə bayquş xarabalıqda yaşayır. Xarabalıqda isə çox vaxt xəzinə
yerləşir. Bayquşu adətən bəduğur sayıban öldürürlər. Nizami demək istəyir ki, xəzinə
sirrini saxlamağına bayquş başı ilə cavab verir, viranədə yaşamaq və viran olmaq
onun alnına yazılıb.
672 B. Şəmşad baharı gördüyü üçün qızışan, odlanan lalənin ürək döyüntülərini
hiss etdi, kölgəsini onun yanar bağrının üstünə saldı ki, lalə alışıb yanmasın.
673 B.
Gecənin göz titələri - ulduzlar.
674 B.
Qızıl kəndirli Yusif- Günəş, yaxud dan yeri.
Do'stlaringiz bilan baham: |