59
Quyuya qoruyucu kəmər endirildikdən sonra, gilli
məhlulun parametrləri tənzimləndikdən və lazımi işlər
görüldükdən sonra sementləmə prosesi aparılmalıdır.
Sementləmə prosesində xüsusi qarışdırıcılarla təmin
olunmuş tutumlardan istifadə olunmalıdır ki, quyuya vurulan
sement məhlulunun sıxlığı lazım olan həddə hazırlansın.
Kəmər arxasında olan həlqəvi fəzada gilli məhlul sıxışdırılaraq
tam çıxarılmalıdır və çıxarılan gilli məhlulun sement məhlulu
ilə əvəz edilməsinin effektivliyinin artırılması üçün hidravliki
yarılma nəzərə alınmaqla quyuda yuma prosesi aparılmalı və
qoruyucu kəmər arxasında olan sement məhlulun qalxma
sürətinin 0,5-1,5m/san arasında olması təmin olunmalıdır.
Yüngülləşdirilmiş sement məhlulu tətbiq olunan dərin
neft quyularında sementin bərkiməsi prosesindən sonra baş
verə biləcək təzahürlərin qarşısının alınmasını təmin etmək
məqsədilə quyudibindən 200-250 m hündürlükdə həlqəvi
fəzanın daha yaxşı təcrid edilməsi üçün yüngülləşdirici qatqı
vurulmamış normal sıxlıqlı sement məhlulunun istifadəsi
məqsədə uyğun sayılır.
Mədən şəraitində sement məhlulunun lazım olan sıxlıqda
hazırlanması prosesində “kiçik təsir və həyəcan effekti”
əsasında sementə metal nanohissəciklərin (dəmir və yaxud mis)
0,001-0,0015% miqdarında əlavə olunması məqsədə uyğundur.
İstifadə olunmuş pereparatlar və reagentlərdən fərqli olaraq bu
nanohissəciklərin sement məhluluna vurulması sayəsində
sement məhlulunun kolloid-kimyəvi və struktur-mexaniki
xassələrinə heç bir ziyan vurmamaqla kəmər arxasında
formalaşan sement daşının əyilməyə və sıxılmağa qarşı
möhkəmlik həddi 25, nanosement daşının aqressiv mühit olan
lay suyuna davamlılığı isə 17% -ə qədər artır.
Nəticə olaraq qeyd etmək lazımdır ki, göstərilən metal
qarışıqlardan əlavə iqtisadi cəhətcə əlverişli olan digər metal
nanohissəciklərindən istifadəsi məsləhət görülür. Məsələn
metal xəlitələrini, metal tozlarını, alüminiumu misal göstərmək
60
olar. Nanohissəcik kimi istifadə olunan mis və dəmir ağır
metallardır. Bu metallar sement məhlulun ağırlığını artıraraq
quyudibi təzyiqin artırılmasına gətirib çıxara bilər ki, bu da
hidravliki yarılmanın baş verməsinə səbəb ola bilər. Təklif
edirəm ki, sement məhluluna elə nanohissəciklər əlavə olunsun
ki, bu hissəciklər sement məhlulunun sıxlığını artırmasın və ya
onu neytral şəkildə saxlaya bilsin. Bu səbəbdən toz şəkilli
nanohissəciklərdən istifadəsinin məqsədə uyğun olduğunu
düşünürəm.
Dərin neft quyularının tamamlanmasında qoruyucu
kəmərlərin sementlənməsinin keyfiyyətinin artırılması
məqsədi ilə müvafiq tədqiqatlar nəticəsində müəyyən edilmiş
təlimatlar əsasında icra olunması təmin olunmalıdır.
Ədəbiyyat siyahısı.
1. UOT 622.245.7:622.276. E.A.Kazımov, t.e.d., N.M.Əliyev,
t.e.n., N.Ə.Məcidov, t.e.n., Y.X. Rəhimova,
“Neftqazelmitədqiqatlayihə” İnstitutu, “Neft Təsərrüfat jurnalı”, №9,
2016.
2. Р.Д. 39-01472113-017-91.Руководства по
технологии
бурения , крепления, предупреждению аварий и осложнений
при проводке скважин/ Сеид-Рза М.К., Сафаров Н.Г., Кулиев
Р.Г. – Баку: Аз НИПИнефть, 374 с.
Do'stlaringiz bilan baham: