30
“QAZ-NEFT-MƏDƏN” BÖLMƏSİ
AÇIQ LÜLƏLİ QUYULARDA QUM TƏZAHÜRÜNƏ
QARŞI CS (CUP-SEAL) PAKERLƏRİN TƏTBİQİ
Magistr : Elmi rəhbər:
Nəsibli Təranə Namiq qızı İsmayılov Ş.Z.
II kurs, A2247
Dünya miqyasında neft-qaz sənayesində qapalı lülə ilə
tamamlamayla müqayisədə açıq lülə ilə tamamlanmaya daha
çox üstünlük verilir. Açıq lülə ilə tamamlamanın üstünlükləri
kimi kifayət qədər böyük layla kontakt sahəsinin olması, aşağı
təzyiq düşgüsündə daha çox hasilat əldə etmək və daha çox
karbohidrogen veriminin əldə olunması qeyd oluna bilər.
Bu sahədə daha çox şişən pakerlərə üstünlük verilməsinin
əsas səbəbi onların açıq lülə tamamlamalarında nizamsız
şişərək lülədə kələ-kötürlüyü qapaması və izolyasiya prosesini
həyata keçirməsidir. Buna baxmayaraq, şişən pakerlərin
tətbiqində özünə məxsus limitləri vardır. 1) şişmə prosesi uzun
müddət 12-14 gün çəkir bu da zaman və maliyyə itkisinə səbəb
olur 2) şişmə prosesi çox və ya az ola bilər ki, bu da layın
dağılmasına və ya kifayət qədər izolyasiya olunmaması ilə
nəticələnə bilər 3) dərin sulu hövzələrdə bu növ pakerlərin
tətbiqində məhduddiyyətlərə rast gəlinir.
CS pakerlər sürətli və effektiv şəkildə lülənin nizamsız
formasını alaraq tıxac rolunu oynayır. Bu tip pakerlərin tətbiqi
horizontal və açıq lüləli quyular üçün uyğundur. Pakerin “cup”
adlanan hissəsi genişlənərək müxtəlif diametrli quyu lüləsini
bağlayaraq burada olan qüvvələrin təsirini məhdudlaşdırır. Bu
da yüksək təzyiqin süxur səthinə daxil olmasını və layın
dağılmasının qarşısının alınmasına səbəb olur.
CS pakerlər qum təzahürünə qarşı mübarizənin və uzun
31
müddətli suvurmanın tətbiq olunduğu quyularda yüksək
təzyiqə qarşı kipləşdirici rolunu oynayır. Eyni zamanda böyük
diametrli quyularda ( 9.25 inch) təmin olunmasında tez
zamanda zonal izolyasının təmin edilməsində rol oynayır. Bu
dizayn suvarmanın daha yaxşı idarə edilməsində və quyuların
sayının azaldılmasında effektiv metoddur. Dərin sulu
hövzələrdə kipləşdirici element üzərində olan oxboyu yükü
azaldan lövbərən istifadə olunur ki, bu da müşahidə olunacaq
səviyyədə temperatur və təzyiq fərqinə səbəb olur. CS
pakerlərinin gələcəkdə əsas istifadə istiqamətinin izolasiya
edilmiş aşağı və yuxarı hissələrdə təzyiq və temperatur ölçən
cihazlar (DHPG) vasitəsiylə ayrı ayrı zonalardakı təzyiq və
temperatura nəzarət etmək imkanının olacağı düşünülür.
Bu tip pakerlərin istifadəsinin bir çox üstünlükləri vardır:
1) layın yüksək təzyiqdən təcrid olunması 2) uzun müddətli
istifadə olunması 3) xəta payının digərləri ilə müqayisədə daha
aşağı olması 4) xərcləri minimuma endirməsi 5) mürəkkəb
quyularda istifadə 6) yüksək təzyiqli və təhlükəli quyularda,
eyni zamanda dərin sulu quyularda tətbiqi
Do'stlaringiz bilan baham: