178
ETILEN PROPILEN BİRGƏ POLİMERİNİN
MEXANİKİ XASSƏLƏRİNƏ VULKANİZASİYANIN
TƏSİRİ.
Maqistr: Elmi rəhbər:
Mirzəzadə Elşən Valeh prof. K.S. Şixəliyev
II kurs, Qr. 3227A
Etilen-propilen birgə sopolimerinin əsasında rezinlərin
alınması üçün onun mexaniki xassələrini yaxşılaşdırmaq
məqsədilə qarışığa rezin ovuntusu əlavə etmişik. Alınmış rezin
qarışığının
vulkanizasiya
etmək
məqsədilə
kükürd
sürətləndirici sistemdən istifadə olunmuşdur. Alınmış rezin
qarışığını vulkanizasiya etmək vasitəsilə rezin ovuntusundan
asılı olaraq onun şişməsi təyin olunmuşdur. Hazırlanmış rezin
qarışığı vulkanizasiya presində 155 C və 30 dəqiqə
müddətində vulkanizasiya prosesinə uğradılmışdır.
Alınmış
vulkanizatın
fiziki-mexaniki
xassələri
öyrənilmişdir. Tədqiqat işini aparmaq üçün qalınlığı 1mm olan
rezinlləri 190 C 10 dəqiqə müddətində presslənmişdir.
Ədəbiyyat xülasəsi göstərmişdir ki SKEPT əsasında rezin
qarışıqlarına doldurucu kimi rezin ovuntusu əlavə etdikdə
vulkanizatın qırılmada möhkəmlik həddi və uzanması azalır.
Məhz buna görə hissəciklərin ölçüləri d= 0.4 mm olan rezin
qarışığından istifadə etmişik. Lakin bu zaman elastiklik modulu
azalır. Mexaniki xassəyə isə rezin ovuntusu heç bir təsir
göstərmir. Apardığımız elmi tədqiqat işində fazalar arası
qarşılıqlı əlaqə zəif olduğuna görə sistemə 1:1 nisbətində bitum
əlavə etdik. Eyni zamanda biz təyin etdik ki rezin ovuntusu və
SKEPT arasında kimyəvi əlaqə əmələ gəlməlidir. Alınmış
nəticələr göstərir ki SKEPT əsasında alınmış rezin qarışığına
bitum əlavə etməklə fazalar arası əlaqələr quruluşu tam
179
dəyişirlər.
Beləliklə aparılan elmi tədqiqat işləri nəticəsində SKEPT
əsasında rezinlərin alnması üçün onun modifikasiya olunması
mütləqdir. Modifikasiya məqsədilə istismardan çıxmış şinlərin
əsasında alınmış və hissəciklərin ölçüsü 0,4 mm olan rezin
ovuntularından istifadə etmək lazımdır. Vulkanizatın mexaniki
xassələrini artırçaq üçün isə neft bitumlarından istifadə olunur.
Aparılmış eksperimentlərin nəticələri kimi tikilməmiş
SKEPT polimerinin, rezin ovuntusu əsaslı press-materialın, və
tikilməmiş SKEPT və rezin qarışığının mxtəliif kütlə
nisbətlərində
olan dartılma diaqramları göstərilmişdir.
Həmçinin tikilməmiş SKEPT və rezin ovuntusunun mexaniki
möhkəmlik asılılıqları diaqramları göstərilmişdir. Həmçinin bu
nəticələr tikilmiş SKEPT və rezin ovuntusunun diaqramları
göstərilmişdir.
Alınan nəticələrdən təxmin etmək olur ki bitum-
modifikatorun
əlavə
olunması
fazalararası
təbəqənin
strukturunu dəyişir.
Do'stlaringiz bilan baham: