YERLİ XAMMALLARDAN İSTİFADƏ ETMƏKLƏ
MÜRƏKKƏB
GÜBRƏLƏRİN ALINMASI
Magistr: Elmi rəhbər:
Hacızadə Hacı Vüqar dos. G.M. Məmmədova
II kurs, qrup A3117
Hazırki inkişaf mərhələsi kimya sənayesinin istehsal
sahələrində müasir tələblərə cavab verən texnologiyaların
işlənməsini, istehsalın yerli xammal bazası əsasında yeni təbii
xammal mənbələri hesabına daha da genişləndirilməsini tələb
edir.
Mineral gübrələrə olan tələbat isə gübrə istehsalı
prosesinin intensivləşdirilməsini və gübrənin keyfiyyətinin
yüksəldilməsi məsələlərinin həllini zəruri edir.
Yüksək keyfiyyətli məhsulun alınması üçün kənd
təsərrüfatının mineral gübrələrə olan ehtiyacının təmin
edilməsinin
iqtisadi
cəhətdən
məqsədyönlü
istiqaməti
tərkibində bir neçə qida elementi olan gübrələrin istehsalının
təşkil edilməsi hesab edilir.
Mineral gübrələr torpağın bioloji quruluşu, pH-ı,
maddələr nisbəti, qida elementlərinin tarazlığı və hava və iqlim
kimi ekoloji faktorlarla yanaşı bitkinin torpaqdakı qida
elementlərindən faydalanma vəziyyətini təyin edən əsas amildir
və bu bitkinin inkişafı baxımından dəyərlidir, çünki mineral
gübrələr torpağın srtukturuna təsir etməklə torpaq məhlulunun
reaksiyasını və mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun
münbitliyini və məhsuldarlığını artırır.
Tədqiqatlarda təbii yerli xammal kimi həm fosforitdən,
həm də dolomitdən istifadə edilmişdir. Respublikamızda
dolomit ehtiyatlarının çox olması və bu mineralda Ca və Mg
171
duzlarının eyni vaxtda iştirakı onun gübrə sənayesində
tətbiqinə geniş imkanlar açır. Tədqiqatlarda Mg tərkibli
birləşmələrdən istifadə etməklə gübrənin əlavə qida elementi
ilə zənginləşdirilməsinə (MgNH
4
PO
4
·H
2
O) nail olunmuşdur.
Apardığımız tədqiqatlar fosfor və azot tərkibli mürəkkəb
gübrələrin NH
4
H
2
PO
4
alınması və onların xüsusiyyətləri ilə
bağlı nəticələr əldə etməyə imkan vermişdir. Eyni zamanda
məhsula müxtəlif qeyri-üzvi birləşmələr tətbiq etməklə
dənəvələşmə zamanı dənələrin strukturlarının yaxşılaşdırılması
mümkün olmuşdur.
Alınan
MgNH
4
PO
4
·H
2
O
gübrəsinin
hiqroskopik
xüsusiyyətləri tədqiq edilmiş, fiziki–kimyəvi xüsusiyyətləri
öyrənilmişdir, göstərilmişdir ki, bunun neqativ sonuclar
verməməsi üçün neytrallaşdırıcı əlavələrdən istifadə edilməsi
zəruridir və gübrədə maqneziumun maksimum 3% miqdarında
olması onun fiziki-kimyəvi xüsusiyyətlərinə mənfi təsir
göstərmir.
Mineral gübrələrin alınmasında tətbiq olunan və
məhsulun qiymətinin artmasına səbəb kimi göstərilən kənardan
gətirilən fosfat xammalarından istifadəni azaltmaq üçün təbii
yerli xammallardan olan fosforit və dolomit minerallarından və
karbamiddən istifadə edilməsi təklif edilmişdir və onlar
əsasında balanslaşdırılmış azotlu fosforlu gübrə alınmışdır.
Do'stlaringiz bilan baham: |