70.Avtomatlaşdırılmış iş yerləri
Avtomatlaşdırılmış iş yeri (AİY)- avtomatlaşdırılmış informasiya sistemləri, avtomatlaşdırılmış idarəetmə sistemləri ilə istifadəçi arasında qarşılıqlı əlaqələrin informasiya, texniki, riyazi-proqram və təşkilati-hüquqi üsul, vasitə və prosedurları yığımıdır. AİY-nin yaradılması zamanı əsas prinsiplərdən biri onun iqtisadi obyektlərin idarəedilməsində dəyişən şəraitə adaptasiya olunmasıdır. İş yerindən inzibatçıya çatdırılan məlumatlar informasiyalı, gerçək, tam və operativ olmalıdır. Avtomatlaşdırılmış iş yerlərindən inzibatçıya göndərilən verilənləri dərketmə baxımından tam aydın olmalı və qərarların qəbul edilməsi və planlaşdırmaya tam yararlı şəkildə təsvir edilməlidir. Yeni texnologiya şəraitində informasiya təminatı funksiyasını yerinə yetirən avtomatlaşdırılmış informasiya sistemi aparıcı mövqeyə malikdir. Verilənlərin məntiqi və fiziki müstəqilliyini təmin etmək üçün onlar 3 səviyyədə təsvir olunur: xarici (istifadəçi səviyyəsində), məntiqi (konseptual səviyyə) və fiziki(yaddaş səviyyəsində). Hər səviyyədə uyğun verilənlərin modeli yaradılır. AİY-də aşağıdakı funksiyalar reallaşdırılır: - ilkin sənədlərdən verilənlərin kompüterə daxil edilməsi; - daxil edilən verilənlərə nəzarət; - informasiyanın korrektirovkası; - mətn, cədvəl, qrafik və multimediya informasiyalarının emalı; - verilmiş düsturlar üzrə verilənlərin hesablanması; - verilənlərin toplanması və müəyyən olunmuş dövr üçün onların saxlanması; - sorğular üzrə informasiyanın alınması üçün ilkin informasiyanın məntiqi-riyazi emalı; - alınmış nəticələrin displeyə, maqnit daşıyıcılarına, printerlərə və s. verilməsinə uyğun icmal hesabatlar; - müəssisənin xüsusiyyətləri və göstəricilər üzrə verilənlərin qruplaşdırılması; - emal prosesinin müxtəlif mərhələlərində verilənlərin emalı və nəticələrin təqdimatı; - müəssisənin maliyyə-iqtisadi vəziyyəti üzrə qrafik və dioqramların qurulması; - əlaqə kanalları vasitəsilə abonentlərə verilənlərin ötürülməsi.
71. Süni intellekt
Süni intellektekt anlayışı müəyyən mənada mücərrəd bir anlayışdır. Əgər bu sahədə son otuz il ərzində görülmüş bütün işləri nəzərdən keçirsək görərik ki, sadəcə olaraq insan özünə uyğun bir avadanlıq yaratmaq istəyir ki, o insanın gördüyü müəyyən işləri daha az enerji və vaxt sərf etməklə həyata keçirsin. suni intellekt müxtəlif profilli mütəxəssislərin peşə maraqlarını birləşdirən fənlərarası tədqiqatlar nümunəsidir. Suni intellekt nəzəriyyəsi müstəqil elm sahəsi kimi qəbul edildi. Intellektual fəaliyyətin modellərinin yaranmasında iki əsas istiqamət – neyrobionik (neyrokibernetika) və informasiya istiqaməti (―qara yeşik kibernetikası‖) – formalaşdı.
Do'stlaringiz bilan baham: |