72.Ekspert sistemləri
Ekspert sistemi (ES) – müəyyən predmet sahəsində yüksək ixtisaslı mütəxəssislərin elmi biliklərini və istehsalat təcrübələrini özündə toplayan, yayan və onlardan nisbətən az ixtisas biliyi olanların istifadəsinə imkan yaradan mürəkkəb proqram kompleksidir. Hal – hazırda aşağıdakı ekspert sistemləri fərqləndirmək mümkündür: 1. İdentifikasiya ES - müşahidə olunan verilənlərlə bağlı vəziyyətin təyini surətlərin, dilin, radarlardan alınan siqnalların tanınması 2. Diaqnostik ES - Müşahidə olunan sistemdə ola biləcək xətalar əsasında nəticələrin çıxarılması. Xəstəliklərin diaqnozu, texniki nasazlıqların müəyyən olunması 3. İdarəetmə ES - Cari vəziyyətlərin ardıcıl şərhi, təhlili və idarəedici qərarın verilməsi. Dəmiryol, quru, hava, dəniz nəqliyyatlarının idarə edilməsi 4. Layihələndirmə ES Verilmiş sənədlərə uyğun mürəkkəb konfiqurasiyaların yaradılması. Verilmiş məhdudiyyətlər daxilində predmetin prototipinin yaranması 5. Proqnoz ES - Verilmiş vəziyyətə görə ehtimal olunan nəticələrin çıxarılması Havanın, hücum hərəkətinin təyin olunması, demaqrafik, ticarət ehtimalları 6. PlanlaĢdırma ES - Obyekti müəyyən vəziyyətə gətirən situasuyalar ardıcıllığı. Eksperimentlərin planlaşdırılması, robotun 289 hərəkətinin, obyekti müəyyən vəziyyətə gətirən situasiyalar ardıcıllığının öyrənilməsi 7. Моnitorinq ES - Əvvəldən ortaya şıxmış kritik vəziyyətlərin ardıcıl izlənməsi Əməliyyatdan sonra xəstənin halının izlənməsi, vəziyyətin əsas parametrlərinin izlənməsi 8. Təhsilləndirmə ES - Ekspertlərin təhsil alanlara məsləhətləri, tələbələrin biliklərinin yoxlanılması Öyrədici sistemlər
73.Ekspert sistemlərinin qurulmasının instrumental vasitələri. ES-lərin işlənməsinin instrumental vasitələri yaradılmışdır. Onları 4 qrupa bölmək olar: Ənənəvi proqramlaĢdırma dilləri (C, C+, Basic, Small Talk, Fortran və s.). Onıar əsasən ədədi alqoritmlər üçün hesablanmışdır, simvol və məntiqi məlumatlarla işləmək imkanı az olduğuna görə proqramçıdan çox işləmək tələb edir. 1) Süni intellekt dilləri - ən geniş yayılanları Lisp və Proloqdur. Onların universallığı ənənəvi proqramlaşdırma dillərindən aşağı səviyyədədir, lakin simvol və məntiqi məlumatlarla işləmək üçün geniş imkanları vardır. 2) Xüsusi proqram instrumentariləri - süni intellekt dillərinə nisbətən daha yüksək səviyyədə ES-lərin işlənməsini təmin edir. Onlar əsasən Lisp dilinin proqram xanası və üstlüyüdür. 3) Örtüklər (, shells) – örtük dedikdə bilik bazası olmayan ES – in hazır versiyası nəzərdə tutulur. ES-lərin iĢlənməsi texnologiyasını hazırda mütəxəssislər altı ardıcıl məntiqi mərhələyə bölürlər: 1) problem sahəsinin və məsələlərin müəyyən edilməsi; 2) prototip sisteminin işlənməsi; 3) ES-in işlənməsinin sənaye istismarı səviyyəsinə çatdırılması; 292 4) ekspert sisteminin qiymətləndirilməsi; 5) sistemin əlaqələndirilməsi; 6) sistemin dəstəklənməsi.
Do'stlaringiz bilan baham: |