61.Elektron poçt. Elektron poçtu dedikdə elektron məlumatların kompüter şəbəkəsi ilə göndərilməsinə imkan verən texnologiya başa düşülür. Poçt serveri çox güclü kompüterdir. Həm də məlumdur ki, kompüterin yaddaşında bütün informasiya fayllarda saxlanır. Odur ki, elektron poçt qutusu dedikdə, kompüterin bərk diskində konkret istifadəçinin aldığı və göndərdiyi məktubların saxlanması üçün ayrılmış yaddaş oblastı (disk oblastı) nəzərdə tutur. Elektron poçtunun çox mühüm və inkarolunmaz üstünlükləri var: - Elektron məktubların göndərilmə sürəti çox yüksəkdir. Elektron məktublar faktiki olaraq saniyələr ərzində öz ünvanına çatır; - Eyni bir məktubun eyni vaxtda bir neçə ünvana çatdırılması mümkündür və bu əməliyyat saniyələr ərzində baş tutur; - Elektron məktuba mətndən əlavə istənilən formatlı fayl əlavə etmək mümkündür (məs. audio, video və ya fotoqrafiya); - Elektron poçt proqramının işlədilməsi asan və rahatdır. İstənilən şəxs bu proqramın istifadə qaydalarını çətinlik çəkmədən sərbəst şəkildə mənimsəyə bilər. Elektron poçt xidməti İnternetin indiyə qədər istifadəçilər üçün təklif etdiyi ən geniş yayılmış xidmət növlərindən biridir. Elektron poçtu İnternet vasitəsilə mətni informasiya mübadiləsinin aparılması və eləcə də istənilən tipli faylların göndərilməsində çox mühüm bir vasitədir.
62.Poçt proqramının quraşdırılması.? Windows Live poçt proqramının quraşdırılması prosesi aşağıdakı addımlardan ibarətdir: 1. Yuxarıda göstərilən ünvanlardan birinə, məsələn, http://download.live.com ünvanına müraciət olunur. Bu halda əvvəlcə Windows Live Essentials paketinin quraşdırılmasına hazırlıq prosesi başlayır. . Bu addım başa çatdıqdan sonra quraşdırma əməliyyatı üçün iki variant təklif edilir. a) Install all of Windows Essentials (Windows Live Essentials paketində olan proqram komponentlərinin hamısı (bütövlükdə paket) quraşdırılsın - Установить все Windows Essentials); b) Choose the programs you want to install (Quraşdırmaq istədiyiniz proqramı seçin - Выберите, какие программы вы хотите установить). 3. Beləliklə, təklif olunan quraşdırma variantlarından biri seçilir və bu halda quraşdırılacaq proqramların seçilməsi üçün müvafiq dialoq pəncərəsi açılır . Bu pəncərədə əks olunmuş siyahıdan Mail (Poçt) proqramı seçilir və İnstal (Quraşdırmaq) düyməsi basılır. Quraşdırma prosesi başa çatdıqda bu barədə müvafiq məlumat əks olunmuş dialoq pəncərəsi ekrana çıxır. Həmin pəncərədə Close (Bağlamaq ) düyməsi basılır. Yadda saxlamaq lazımdır ki, Windows Live Mail pəncərəsi açılarkən iki hal ola bilər: I. Windows Live Mail proqramı quraşdırıldıqdan sonra ilk dəfə icra olunur; II. Windows Live Mail proqramı indiyə qədər istifadə olunmuş