59. Qlobal kompüter şəbəkəsi. İnternet – dar mənada şəbəkənin birləşməsi adlanır. CP/IP birgə iş üçün nəzərdə tutulmuş şəbəkə protokolları ailəsidir. Onun tərkibinə bir neçə komponent daxildir: • İP (İnternet Protocol – Şəbəkələrarası protokol) – paketlərin bir kompüterdən digərinə daşınmasını təmin edir. • ICMP (Internet Control Message Protocol – İnternetdə məlumatların idarə olunması protokolu) – səhvlər haqqında, köməkçi marşrut üzrə tələbatlar və xəbərlərin alınması haqqında məlumatlar da daxil olmaqla İP protokolunu tanıyır; • ARP (Address Resolution Protocol – Ünvanların çevrilməsi protokolu) - İP-ünvanları aparat ünvanlara çevirir; • UDP (User Datagram Protocol – İstifadəçinin deytaqramlarının ötürülmə protokolu ) və TCP (Transfer Control Protocol - Ötürmələrin idarə olunması protokolu) göstərilmiş kompüterdə verilənlərin konkret əlavələrə çatdırılmasını təmin edir. Deytaqram – birləşmə tələb etməyən protokollarla ötürülən paketlərdir. Ġnternetə qoĢulma üsulları • Dial-Up bağlantı. • Birbaşa xətt vasitəsilə bağlantı. • Sürətli və genişzolaqlı bağlantılar. • Simsiz İnternet bağlantısı. • Mobil rabitə və İnternet. • Peyk İnterneti.
60.İnternet xidmətləri. İnternetin işi haqqında danışdıqda – bu zaman söhbət tam İnternetdən getmir, ancaq onun bir və ya bir neçə vəzifəsindən gedir. İnternetin vəzifələrinə aşağıdakılar daxildir: 1. Terminal rejim. Keçmişdə bu rejimdən daha çox riyazi hesablamaların aparılması zamanı istifadə olunurdu. 2. Elektron poçt (E – mail ) Poçt xidməti iki tətbiqi proqram əasaında qurulub: SMTP və POP3. SMTP vasitəsi ilə kompüterdən serverə məlumatın göndərilməsi baş verir. 3. Siyahıların göndərilməsi (Mail list) Bu xüsusi mətni serverdir , təyin olunmuş mətnlər üzrə məlumatı toplayır və abunəçilərə göndərilməni təmin edir. 4. Telekonfransların xidməti (Usenet) Bu xidmət növü elektron poçtun göndərilməsinin dövrü təkrar edilməsinə oxşayır,lakin,bu zaman məlumat bir müxbirə deyil,böyük müxbirlər qrupuna göndərilir. 5. Faylların ötürülməsi xidməti (File Transfer Protocol) – faylların ötürülməsi və qəbul edilməsi İnternet – qulluqda ən keyfiyyətli vəzifədir.FTP xidmətinin beynəlxalq şəbəkədə ös serveri var və burada verilənlərin arxivi saxlanır. 6. İRC xidməti (İnternet Realy Chat) – yəni real vaxt xidməti bir neçə adamla eyni vaxtda ünsiyyəti təmin edir. 7. İCQ. Hal – hazırki vaxtda İnternetə qoşulmuş insanın İP – ünvanın axtarışını təşkil edir. 8. World Wide Web (WWW) xidməti . Müasir İnterrnetiin ən məşhur xidmətidir. WWW – vahid məlumat fəzasıdır, bu öz növbəsində , Web- serverdə saxlanılan, bir – biri ilə bağlı olan yüz milyonlarla elektron sənədlərdən ibarətdir. 9. DNS xidməti. Biz İnternetin protokollarından danışan zaman,qeyd etdik ki, İnternetdə ixtiyari kompüterin və yaxud da ixtiyari lokal şəbəkənin ünvanı dörd bayt vasitəsi ilə ifadə oluna bilər.