HƏyatin gerçƏK



Download 1,74 Mb.
bet17/72
Sana02.05.2017
Hajmi1,74 Mb.
#7953
1   ...   13   14   15   16   17   18   19   20   ...   72

Dəniz sürünənləri


Sürünənlər sinfinin digər maraqlı kateqoriyası isə dəniz sürünənləridir. Bu canlıların böyük hissəsinin nəsli kəsilmişdir, dəniz tısbağaları isə bu qrupun hələ də yaşayan cinsidir. Dəniz sürünənlərinin mənşəyi eynilə uçan sürünənlər kimi, təkamülçü yanaşma ilə açıqlana bilmir. Məlum olan ən əsas dəniz sürünəni ichthyosaur adlı canlıdır. Edvin H.Kolbert və Maykl Morales “Onurğalıların təkamülü” (Evolution of the vertebrates) adlı kitablarında bu canlıların mənşəyinin təkamül baxımından izah edilə bilməməsini belə qəbul edirlər:

Dəniz məməlilərinin bir çox cəhətdən ən xüsusiləşmiş növü olan ichthyozavr Erkən trias dövründə ortaya çıxmışdır. Sürünənlərin geologiya tarixinə daxil olması son dərəcə ani və dramatik şəkildə baş vermişdir. Trias dövründən əvvəlki dövrlərə aid fosil yataqlarında ichthyozavrların əcdadlarına aid heç bir iz yoxdur... İchthyozavr əlaqələri haqqında ən əsas problem bu sürünənləri məlum olan başqa hər hansı bir sürünən dəstəsinə daxil etmək üçün heç bir dəlilin tapılmamasıdır.103

Başqa bir onurğalı tarixi mütəxəssisi Alfred S.Romer isə belə yazır:

(İchthyozavr haqqında) heç bir ibtidai forma məlum deyil. İchtyhozavrın özünəməxsus xüsusiyyətləri təkmilləşmək üçün çox uzun zaman tələb edir və ona görə də bu canlıların mənşəyi çox qədim olmalıdır. Amma bu canlıların əcdadı kimi qəbul ediləcək heç bir Perm dövrü sürünəni məlum deyil.104

Karol ichthyozavrlar və nothozavrların (başqa dəniz sürünəni ailəsi) mənşəyinin təkamülçülər üçün “haqqında çox şey məlum olmayan” bir çox canlıdan biri olduğunu etiraf etmək məcburiyyətində qalmışdır.105

Beləliklə, sürünənlər sinfi daxilində yer alan müxtəlif canlılar aralarında təkamül xarakterli əlaqə olmadan yer üzündə ortaya çıxmışdır. Eyni vəziyyət sonrakı səhifələrdə görəcəyimiz kimi, məməlilər üçün də keçərlidir. Uçan məməlilər var (yarasa) və dəniz məməliləri vardır (delfinlər və balinalar). Bu fərqli siniflər isə təkamülə dəlil deyil, əksinə, təkamül üçün açıqlana bilməyən böyük problemdir. Çünki bütün fərqli siniflər aralarında heç bir keçid forma olmadan və tamamilə fərqli quruluşlarıyla yer üzündə ani surətdə üzə çıxmışlar.

Bu isə bütün bu canlıların yaradıldıqlarının çox açıq elmi sübutudur.


GERÇƏK TƏBİƏT TARİXİ -II-
(QUŞLAR VƏ MƏMƏLİLƏR)


Yer üzündə minlərlə növdə quş yaşayır. Bu quşların hər biri fərqli xüsusiyyətlərə malikdir. Şahinin iti baxışları, enli qanadları və sivri caynaqları var. Kalibr quşu uzun dimdiyi ilə bitkilərin kökünü yeyir. Bəziləri hər il minlərlə kilometr yol qət edərək dünyanın bir ucundan digər ucuna köç edirlər. Bütün bu quşları digər heyvanlardan ayıran çox mühüm xüsusiyyət var: uçmaq. Bioloji cəhətdən quş sinfinə daxil edilən heyvanların demək olar ki, hamısı uçmaq qabiliyyətinə malikdir.

Bəs quşlar necə mövcud olmuşdur?

Təkamül nəzəriyyəsi quşların mənşəyinə dair uzun ssenari ilə açıqlama verməyə çalışır: bu ssenariyə əsasən, quşların əcdadları sürünənlərdir. Quşlar dövrümüzdən təqribən 150-200 milyon il əvvəl bu sürünən əcdadlarından ayrılmışlar. İlk quşlar uçma qabiliyyəti zəif olan məxluqlar olublar. Ancaq təkamül prosesi əsnasında bu ibtidai quşların pulcuqlarla örtülü qalın dəriləri yerini uçmaq üçün istifadə etdikləri tüklərə veriblər. Ön ayaqlar da tamamilə tüklərlə örtülüb artıq ayaq kimi istifadəyə yararsız hala gəlib və qanadlara çevriliblər. Beləliklə, bəzi sürünənlər mərhələli təkamül prosesi nəticəsində özlərini uçmağa uyğunlaşdırıblar və dövrümüzün quşlarına çevriliblər.

Bu ssenari təkamülçü mənbələrdə elmi don geydirilərək müdafiə edilir. Ancaq bir az hərtərəfli nəzərdən keçirdikdə və elmi faktlar təhlil edildikdə ssenarinin elmi faktlara deyil, təxəyyülə əsaslandığını görmək olar.



Təkamülçülərə görə uçuşun mənşəyi


Quruda yaşayan canlı olan sürünənlərin necə uçmağa başladıqları təkamülçülər arasında müxtəlif fərziyyələrə səbəb olmuş mövzudur. Bu mövzuya dair əsas iki nəzəriyyə var: birinci nəzəriyyə quşların əcdadlarının ağaclardan yerə endiklərini müdafiə edir. Bu nəzəriyyəyə əsasən, quşların əcdadları ağaclarda yaşayan sürünənlərdir və onlar zaman ərzində “budaqdan-budağa tullanaraq qanadlanmışlar”. Buna arboreal nəzəriyyə deyilir. Digər fikir də quşların yerdən yuxarıya doğru qanadlandığı şəklindədir və kursorial nəzəriyyə kimi məlumdur.

Hər iki nəzəriyyə də tamamilə fərziyyələrə əsaslanır. Nə arboreal nəzəriyyəni, nə də kursorial nəzəriyyəni dəstəkləyən heç bir dəlil yoxdur. Təkamülçülərin bu problemə qarşı tapdıqları həll yolu da olduqca bəsitdir, onlar belə bir dəlilin olduğunu “fərz edirlər”. Kursorial nəzəriyyəni irəli sürən Yeyl Universitetinin geologiya professoru Con Ostrom bu fikrini belə açıqlayır:

Hər hansı bir pro-avisə (uçuşdan öncəki canlıya) aid heç bir fosil dəlili yoxdur. O tamamilə fərziyyəvidir... Belə bir canlı yaşamış olmalıdır.106

Ancaq arboreal nəzəriyyəyə əsasən, “yaşamış olmalı” bu ara keçid forma heç vaxt tapılmamışdır. Kursorial nəzəriyyə daha problemlidir. Bu nəzəriyyənin əsas arqumenti budur ki, bəzi sürünənlər həşərat ovlamaq üçün qabaq qollarını uzun müddət və tez-tez çırpmışlar və zaman ərzində bu qabaq qollar qanadlara çevrilmişdir. Qanad kimi olduqca kompleks bir orqanın milçək tutmaq üçün bir-birinə çırpılan qabaq qollardan necə meydana gəlməsi haqqında isə heç bir açıqlama verilmir.

Təkamül nəzəriyyəsini quşların mənşəyi məsələsində çarəsiz qoyan cəhətlərdən biri də qanadların kompleks quruluşudur. Başqa sözlə, qanadlar ancaq mükəmməl quruluşları ilə funksionaldırlar, “natamam” qanad isə heç bir funksiyanı yerinə yetirə bilmir. Bu təqdirdə təkamülün irəli sürdüyü yeganə mexanizm olan “mərhələli inkişaf” modeli heç bir şey ifadə etmir. Türk bioloq Engin Korur qanadların təkamül keçirməsinin qeyri-mümkünlüyünü belə qəbul edir:

Gözlərin və qanadların ortaq xüsusiyyəti budur ki, onlar ancaq tamamilə təkmilləşmiş olduqları təqdirdə funksional olurlar. Başqa sözlə, natamam gözlə görmək olmaz, yarımçıq qanadla uçmaq olmaz. Bu orqanların necə əmələ gəldiyi təbiətin hələ yaxşı başa düşülməyən sirlərindən biri kimi qalmışdır.107

Robert Karol isə: “Tüklərin uçuş orqanlarının bir ünsürü kimi, təkamülünün necə başladığını izah etmək çətindir, çünki archaeopteryxdəki kimi böyük ölçüyə çatanadək necə funksional olduqlarını anlamaq çox çətindir”, -deyərək etiraf etməyə məcbur olmuşdur.108 Daha sonra isə tüklərin izolyasiya üçün təkamül keçirdiyini iddia etmişdir, ancaq bu açıqlama tüklərin uçmaq üçün xüsusi şəkildə formalaşmış kompleks dizaynını izah edə bilmir.

Qanadların quşun döş çıxıntısına sağlam şəkildə birləşməsi quşu havaya qaldırmaq, havada müvazinətini saxlamaq və hər istiqamətə hərəkət etmək üçün əlverişli olması vacibdir. Quşun qanad və quyruq tüklərinin yüngül, elastik və bir-birinə uyğun nisbətdə olması, qısaca desək, uçmaq üçün əlverişli şəkildə mükəmməl aerodinamik quruluşda olması şərtdir. Təkamül məhz bu yerdə çıxılmaz vəziyyətə düşür. Qanadların bu qüsursuz quruluşunun ardıcıl təsadüfi mutasiyalar nəticəsində necə meydana gəlməsi sualı tamamilə cavabsızdır. Bir sürünənin qabaq ayaqlarının genlərində meydana gələn pozulma (mutasiya) nəticəsində necə qüsursuz qanada çevrilməsi əsla açıqlana bilmir.

Yuxarıda bildirildiyi kimi, “yarım qanadla uçmaq olmaz”. Ona görə, əgər hər hansı bir mutasiyanın bir sürünənin qabaq ayaqlarında qeyri-müəyyən dəyişiklik etdiyini fərz etsək belə, bunun ardınca yeni mutasiyaların baş verib “təsadüfən” bir qanad əmələ gətirəcəyini irəli sürmək tamamilə ağıldankənardır. Çünki qabaq ayaqlarda meydana gələn bir mutasiya canlıya funksional qanad qazandırmadığı kimi, onu qabaq ayaqlarından da məhrum edər. Bu isə canlının digər həmnövlərinə görə geridə qalacağına, şikəst olacağına səbəb olar. Təkamül nəzəriyyəsinin qanunlarına görə də təbii seçmə bu şikəst canlını aradan çıxara.

Biofizikii araşdırmalara gəlincə, mutasiyalar çox nadir baş verən dəyişikliklərdir. Ona görə də bu şikəst canlıların milyon illərlə yarımçıq və natamam qanadlarının kiçik mutasiyalarla tamamlanmasını gözləmələri hər cəhətdən qeyri-mümkündür. Həm də bu mutasiyalar əslində hər zaman zərərlidir...




Download 1,74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish