HƏyatin gerçƏK


Selakant (Cœlacanth) haqqındakı təkamülçü fərziyyələr



Download 1,74 Mb.
bet15/72
Sana02.05.2017
Hajmi1,74 Mb.
#7953
1   ...   11   12   13   14   15   16   17   18   ...   72

Selakant (Cœlacanth) haqqındakı təkamülçü fərziyyələr


Selakant sinfinə aid olan balıqlar bir zamanlar balıqlar və suda-quruda yaşayanlar arasında ara keçid forma dəlili hesab edilirdi. Təkamülçü biolqolar bu canlının fosillərinə əsaslanaraq canlının bədənində ibtidai (tam funksiya yerinə yetirməyən) ağciyər olduğunu irəli sürmüşdülər. Bu bir çox elmi mənbədə verilir, hətta selakantı dənizdən quruya çıxarkən göstərən rəsmlər də dərc edilmişdi. Bütün bunlar canlının nəsli kəsilmiş növ olması fərziyyəsinə əsaslanırdı.

Ancaq 22 dekabr, 1938-ci ildə Hind okeanında çox maraqlı kəşf edildi. 70 milyon il əvvəl nəsli kəsilmiş ara keçid forması kimi tanıdılan selakant ailəsinin latimeria növünə aid canlı üzvü açıq okeanda ələ keçdi! Selakantın “canlı” nümunəsinin tapılması, şübhəsiz, təkamülçülər üçün böyük şok idi. Təkamülçü paleontoloq J.L.B.Smit: “Yolda dinozavrla qarşılaşsaydım, bundan daha az təəccüblənərdim”, -demişdi.88 Sonrakı illərdə başqa ərazilərdə də 200-dən çox selakant tutuldu.

Bu balıqların tutulmasıyla bu canlılar haqqındakı fərziyyələrin əsassızlığı da başa düşüldü. Selakant iddiaların əksinə, nə ibtidai ağciyərə, nə də böyük beyinə malik idi. Təkamülçü tədqiqatçıların ibtidai ağciyər olduğunu düşündükləri forma balığın orqanizmindəki yağ kisəsindən başqa bir şey deyildi.89 Habelə “sudan çıxmağa hazırlaşan sürünən namizəd” kimi tanıdılan selakantın əslində okeanın ən dərin sularında yaşayan və 180 m dərinlikdən yuxarı qalxmayan balıq olduğu başa düşüldü.90

Bundan əlavə, selakantın təkamülçü KİV-lərdəki ad-sanı da aradan qalxdı. Piter Forey adlı təkamülçü paleontoloq “Təbiət” (Nature) jurnalında dərc edilən bir məqalədə bu barədə belə deyir:

Selakantların tetrapodların əcdadına yaxın olduğuna dair fikir uzun müddət boyu qəbul edildiyi üçün latimerianın (canlı növünün) tapılması ilə balıqlardan suda-quruda yaşayanlara keçid haqqında birbaşa məlumatların əldə ediləcəyi ümid edilmişdi... Amma Latimerianın anatomiyası və fiziologiyası üzərində aparılan təhlillər fərz edilən bu əlaq ənin sadəcə bir istəkdən ibarət olduğunu və selakantın “itmiş halqa” kimi göstərilməsinin heç bir əsasının olmadığını üzə çıxardı.91

Beləliklə, balıqlar və su da-quruda yaşayanlar arasındakı yeganə ara forma iddiası da əsassız oldu.



Sudan quruya keçid iddiasının fizioloji əngəlləri


Balıqların quruda yaşayan canlıların əcdadı olması iddiasının fosil tapıntıları qədər anatomik və fizioloji təhlillər tərəfindən də əsassız olduğu sübut edilmişdir. Dəniz canlıları ilə quru canlıları arasındakı böyük anatomik və fizioloji fərqləri təhlil etdikdə bu fərqlərin təsadüflərə əsaslanan mərhələli təkamül prosesi tərəfindən aradan qaldırılmasının mümkün olmadığını görərik. Sözügedən fərqlərin ən çox nəzərəçarpanlarını belə sadalamaq olar:

1. Ağırlığın daşınması: dənizlərdə yaşayan canlılar öz ağırlıqlarını daşımaq kimi problemlə qarşılaşmırlar. Bədən quruluşları da bu cür funksiyaya uyğun deyil. Lakin quruda yaşayanların böyük əksəriyyəti enerjilərinin 40%-ni bədənlərini daşımaq üçün istifadə edirlər. Quru həyatına keçdiyi iddia edilən bir s
Coelacanth

İchthyostega
u canlısının bu enerji ehtiyacını təmin etmək üçün yeni əzələ və skelet quruluşuna ehtiyac hiss etməsi labüddür, lakin bu kompleks formaların təsadüfi mutasiyalarla əmələ gəlməsi qeyri-mümkündür.

T
ichthyostega


əkamülçülərin selakant və buna bənzər balıqları “quruda yaşayan canlıların əcdadı” kimi təsəvvür etmələrinin əsl səbəbi isə bu balıqların üzgəclərinin sümüklü olmasıdır. Bu sümüklərin zaman ərzində ağırlıq daşıyan ayaqlara çevrildiyini güman edirlər. Ancaq bu balıqların sümükləri ilə quru canlılarının ayaqları arasında çox mühüm fərq var: balıqlardakı sümüklər canlının onurğasına bağlı deyil. Onurğaya bağlı olmadığı üçün də ağırlıq daşıma kimi funksiya yerinə yetirə bilməzlər. Quruda yaşayan canlılarda isə sümüklər birbaşa onurğaya birləşmişdir. Ona görə bu üzgəclərin yavaş-yavaş ayaqlara çevrilməsi iddiası da əsassızdır.

2. Temperaturun qorunması: quruda temperatur çox tez və böyük fərqlərlə dəyişir. Bir quru canlısının orqanizmindəki maddələr mübadiləsi bu yüksək temperatur fərqlərinə uyğunlaşır. Lakin dənizlərdə temperatur çox yavaş dəyişir və bu dəyişiklik qurudakı qədər böyük fərq əmələ gətirmir. Dənizlərdəki sabit temperatura uyğun orqanizmə malik olan bir canlı quruda yaşaya bilmək üçün qurudakı temperatur dəyişikliyinə uyğunlaşacaq tərzdə qorunma sistemi qazanmalıdır. Şübhəsiz, balıqların quruya çıxar-çıxmaz təsadüfi mutasiyalar nəticəsində bu cür sistemə malik olduqlarını irəli sürmək cəfəngiyyatdır.

3. Sudan istifadə: canlılar üçün həyati əhəmiyyəti olan su quruda az tapılır. Bu səbəbdən, suyun, hətta nəmin ölçülü istifadə edilməsi vacibdir. Məsələn, dəri su itirməyin və ya buxarlanmanın qarşısını alacaq formada olmalıdır. Canlı susama hissinə malik olmalıdır. Lakin əslində suda yaşayan canlıların susama hissi yoxdur və dəriləri də susuz mühitə uyğun deyil.
4. Böyrəklər: su canlıları başda ammonyak olmaq üzrə orqanizmlərində toplanan artıq maddələri olduqları mühitdə su bol olduqda dərhal süzərək atırlar. Şirin su hövzələrində yaşayan balıqda tərkibində azot olan artıq maddələrin çoxu (yüksək miqdarda ammonyak (NH3)) qəlsəmələrdən yayılma yolu ilə xaric olur. Böyrəklər ifrazat sisteminin bir hissəsi olmaqdan çox heyvanın su tarazlığını qorumağa yarayır. Dəniz balıqlarının iki növü var. Köpək balıqları, skat və pişik balıqları qanlarında çox yüksək səviyyədə sidik saxlaya bilirlər. Köpək balıqlarının qanı digər onurğalılardakı 0.01-0.03% olan nisbətə qarşılıq 2.5% sidik saxlayır. Başqa növ, məsələn, sümüklü balıqlar daha fərqlidir. Daim su itirirlər, ancaq dəniz suyunu içdikdən sonra duzdan təmizləyərək itirdikləri suyu bərpa edirlər. Orqanizmlərindəki ifrazat maddələrini xaric etmək üçün quruda yaşayan onurğalılarda olandan fərqli sistemlərə malikdirlər. Bu səbəbdən sudan quruya keçidin baş verməsi üçün böyrəyi olmayan canlılar dərhal bir anda böyrək sisteminə malik olmalıdırlar.

5. Tənəffüs sistemi: balıqlar suda həll olmuş oksigeni qəlsəmələriylə qəbul edirlər. Sudan kənarda isə bir neçə dəqiqədən artıq yaşaya bilmirlər. Quruda yaşamaq üçün bir anda qüsursuz ağciyər sisteminə malik olmalıdırlar.Bütün bu fizioloji dəyişikliklərin eyni canlıda təsadüflər nəticəsində və eyni anda meydana gəlməsi isə, əlbəttə, qeyri-mümkündür.
Sürünənlərin mənşəyi

Dinozavr, kərtənkələ, tısbağa və ya timsah... Bütün bu canlılar “sürünənlər” adlanan ailəyə daxildir. Dinozavrlar kimi bəzi sürünənlərin nəsli kəsilmişdir, amma bəziləri hələ də yaşayırlar. Sürünənlərin özünəməxsus xüsusiyyətləri var. Hamısının bədəni “pulcuq” adlanan bərk qabıqlarla örtülüdür. Soyuqqanlıdırlar, yəni öz bədən temperaturlarını özləri əmələ gətirmirlər. Buna görə də hər gün günəşə çıxıb bədənlərini isitmə ehtiyacı hiss edirlər. Balalarını isə yumurtlayaraq dünyaya gətirirlər.

Bu canlıların mənşəyini nəzərdən keçirdikdə təkamül nəzəriyyəsinin yenə çıxılmaz vəziyyətdə olduğunu görmək olar. Darvinistlər sürünənlərin suda-quruda yaşayanlardan təkamül yolu ilə törədiklərini iddia edirlər. Amma bu iddianı dəstəkləyən heç bir konkret dəlil yoxdur. Əksinə, suda-quruda yaşayanlar ilə sürünənlər arasında aparılan təhlil bu iki canlı qrupu arasında çox böyük fizioloji fərqlər olduğunu və “yarısürünən-yarısuda-quruda yaşayan” canlının yaşamasının qeyri-mümkün olduğunu göstərir.

Bunun bir nümunəsi iki fərqli canlı qrupunun yumurta formalarıdır. Amfibiyalar (suda-quruda yaşayanlar) suda yumurtlayırlar. Yumurtalar suyun içində inkişaf etmək üçün uyğun formadadırlar, olduqca keçirici və şəffaf pərdə və jeleyə bənzər qatılığa malikdirlər. Lakin sürünənlər quruda yumurtlayırlar və ona görə də yumurtaları da qurudakı quru iqlimə uyğun şəkildə yaradılmışdır. “Amniotik yumurta” adlandırılan sürünən yumurtasının bərk qabığı havanı keçirir, amma suyu keçirmir. Bunun sayəsində balanın ehtiyacı olan maye o yumurtadan çıxana qədər saxlanılır.

Suda-quruda yaşayanlar əgər quruda yumurtlasalar, qısa zamanda yumurtaları quruyar və içindəki embrionlar da ölər. Bu vəziyyət sürünənlərin mərhələli şəkildə suda-quruda yaşayanlardan təkamül yolu ilə törədiklərini irəli sürən təkamül nəzəriyyəsi baxımından açıqlana bilməyən problemdir. Çünki quruda yaşamağa başlayarsa, amfibiya yumurtası bir nəsil daxilində amniotik yumurtaya çevrilməlidir. Bunun təkamül mexanizmləri kimi irəli sürülən təbii seçmə-mutasiya tərəfindən necə əmələ gətirilməsi açıqlana bilmir. Bioloq Maykl Denton bu barədə təkamülçülərin düşdükləri çıxılmaz vəziyyəti belə izah edir:

Bütün təkamül dərslikləri sürünənlərin suda-quruda yaşayanlardan təkamül yolu ilə törədiklərini irəli sürürlər, ancaq heç biri sürünənlərin əsas ayırdedici adaptasiyası olan amniotik yumurtanın bir-biri ardınca meydana gələn kiçik dəyişikliklər nəticəsində necə mərhələli şəkildə əmələ gəldiyini açıqlaya bilmir. Sürünənlərin amniotik yumurtası suda-quruda yaşayanlarınkından daha böyük, daha kompleks və tamamilə fərqlidir. Bütün heyvanlar aləmində bir-birindən bu qədər fərqli iki yumurta yoxdur... Amniotik yumurtanın və amfibiya-sürünən keçidinin mənşəyi təkamül sxemlərində heç vaxt göstərilə bilməyən əsas onurğalı bölmələrindən biridir. Məsələn, bir suda-quruda yaşayanın ürək və aorta damar kanallarının necə mərhələli şəkildə sürünən və məməli şərtlərinə çevrildiyini planlaşdırmaq mütləq qorxunc problemlər ortaya çıxaracaqdır...92

Digər tərəfdən fosil qeydəri də sürünənlərin mənşəyinin təkamül yolu ilə açıqlanmasını əsassız edir.

Robert L.Karol “ən qədim sürünənlərin bütün suda-quruda yaşayanlardan çox fərqli olduqlarını və əcdadlarının hələ də tapılmadığını” qəbul etmək məcburiyyətində qalmışdır. Klassik əsəri olan “Onurğalıların paleontologiyası və təkamül” (Vertebrate paleontology and evolution) adlı kitabında “qədim dövr amniodları Paleozoy dövrünun bütün suda-quruda yaşayan canlılarından olduqca fərqlidir və əcdadları məlum deyil”93 yazır. 1997-ci ildə nəşr olunan “Onurğalıların təkamül modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı sonrakı kitabında isə: “Müasir suda-quruda yaşayan canlı növlərinin mənşəyi və qədim dövr tetrapodları arasındakı keçid və digər bir çox əsas qrupun mənşəyi haqqında hələ də çox az məlumat var”, -deyə etiraf edir.94

Eyni həqiqət Stefen Cey Quld tərəfindən də qəbul edilir və Quld: “Heç bir suda-quruda yaşayan fosili əsla quruda yaşayan onurğalıların (sürünən, quş və ya məməlilərin) əcdadına bənzəmir”, -deyir.95

İndiyə qədər “sürünənlərin əcdadı” kimi göstərilməyə çalışılan ən mühüm canlı isə seymouria adlı suda-quruda yaşayan canlı növü olmuşdur. Lakin əslində seymourianın ara keçid forma olmadığı seymourianın yer üzündə ilk dəfə ortaya çıxmasından 30 milyon il əvvəl də sürünənlərin yaşadığının məlum olması ilə aşkar olmuşdur. Ən qədim seymouria fosilləri Erkən perm təbəqəsinə, yəni bundan 280 milyon il əvvələ aiddir. Lakin məlum olan ən qədim sürünən növləri olan hylonomuspaleouthyris Erkən pensilvan təbəqələrində tapılmışdır ki, bu təbəqələr 330-315 milyon il əvvələ aiddir.96 “Sürünənlərin əcdadı”nın sürünənlərdən çox sonralar yaşaması, əlbəttə, qeyri-mümkündür.

Qısa desək, elmi tapıntılar sürünənlərin yer üzündə təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi mərhələli inkişafla deyil, heç bir əcdadı olmadan bir anda üzə çıxdıqlarını göstərir.


Download 1,74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   11   12   13   14   15   16   17   18   ...   72




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish